Irevan Seferi 1635 - Wikipedia
İrəvan səfəri — 17. Osmanlı sultanı IV Murad tərəfindən Səfəvilər üzərinə tərtib edilmiş səfər. Osmanlı-Səfəvi müharibəsinin son mərhələsinə aid bu səfər Osmanlıların qələbəsi ilə başa çatmışdır.
İrəvan səfəri türk. Revan Seferi | |||
---|---|---|---|
Səfəvi-Osmanlı münasibətləri | |||
Tarix | 15 oktyabr 1633 — 19 dekabr 1635 | ||
Yeri | Qərbi Azərbaycan torpaqları | ||
Səbəbi | Səfəvilərin Gürcüstana və Van qalasına hücumlar etməsi | ||
Nəticəsi |
Osmanlı ordusu qələbə qazandı;
|
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
|
Səfər öncəsi
redaktəDövlət idarəsini tamamilə əlinə alan Sultan Murad 1632-ci ildə Şah Səfinin Gürcüstanı işğal edib Van qalasını mühasirəyə almasının ardından Murtuz Paşanı Van qalasının mühafizəsi ilə vəzifələndirdi və sədrəzəm Mehmed Paşa idarəsindəki Osmanlı ordusunu Üsküdara göndərdi (15 oktyabr 1633). Həmin gün Van qalası mühasirədən azad oldu və sərdar yola davam edərək Hələbə, oradan isə ayaqlanan yeniçəriləri yatırtmaq üçün Diyarbəkirə gəldi.
Səfərin gedişi
redaktəŞeyxülislam Yəhya Əfəndi ilə birlikdə 28 mart 1635 tarixində Üsküdardan yola çıxan Sultan Murad yol boyunca vəzifələrini yerinə yetirməyən bəzi qazıları, vəzirləri və tütün istifadə edənləri edam etdirmişdir. Bayburt yaxınlığında sədrəzəm Mehmed Paşa ilə görüşən Sultan Murad ordunun rəhbərliyini ələ alıb Səfəvi sərhəddi hesab edilən Qars qalasına doğru irəlilədi (17 iyul 1635). Qaynaqların verdiyi məlumata görə bu əsnada Osmanlı ordusu 200 min əsgər və 125 döyüş topu ilə Səfəvi torpaqlarına daxil olurdu. 26 iyulda İrəvan qalası önlərinə gələn Sultan Murad öz çadırını qalaya yaxın bir yüksəklikdə qurdurdu və bu təpəlik sonralar Hünkar yüksəkliyi adlandı. 11 günlük müdafiənin ardından İrəvan qalası təslim oldu (8 avqust). Padşah qalanın hakimi və dövrün Səfəvi şahı I Səfinin uzaq qohumu sayılan Əmirgünə oğlu Təhmasibqulu xanı möhtəşəm bir mərasimlə qəbul etdi və şahın müdafiə üçün göndərdiyi Mir Fəttah xan idarəsindəki Mazandaranlı tüfəngçiləri azad edərək qalanın bərpa edilməsini əmr etdi. Murtuz Paşa 12 minlik orduyla qalanın mühafizəsi ilə vəzifələndirildi. Anası ilə birlikdə təslim olan Təhmasibqulu xan Hələb bəylərbəyi təyin edildi. Sünniliyi qəbul edib Yusif Paşa adını alsa da, ömrünün sonuna qədər Əmirgünəoğlu olaraq tanınmışdır. İki ay burada qaldıqdan sonra gələn şikayətlər səbəbilə paytaxta çağırılmış, burada ona vəzirlik rütbəsilə birlikdə İstanbul boğazı sahilində böyük bir bağça (Firidun Paşa bağçası, indiki Əmirgan) və bir saray təsis edildi.
Sultan Murad Kənan Paşa idarəsindəki qüvvələri Axısqa qalasının işğaldan azad olunması üçün göndərdikdən sonra Təbrizə irəlilədi. Ancaq Xoy yaxınlığında xəstələndi və kəcavəyə alındı. Bu əsnada paytaxtdan gələn xəbərlərlə anasının saray çevrilişi hazırlığında olduğunu öyrəndi və paytaxtdakı qardaşları Şahzadə Süleyman və Şahzadə Bəyazidin edam edilməsini əmr etdi (27 avqust). Sultan Murad 11 sentyabrda Təbrizə çatdı ancaq şəhər boşaldılmışdı. Təbrizi tamamilə darmadağın edən Sultan Murad şeyxülislamın müdaxiləsi ilə Cahanşah və Sultan Həsən məscidlərinə toxunmadı.
Səfər sonrası
redaktəQışın gəlişi və xəstəliyinin ağırlaşması səbəbilə geri döndü. İzmitdə onu Axısqa ilə yanaşı bir neçə qalanı da ələ keçirən Kənan Paşa ilə Əmirgünəoğlu qarşıladı. Sultan Murad İzmitdən gəmiylə yola çıxdı (17 dekabr 1635 çərşənbə axşamı günü) və Üsküdara gəldi. Ardından cümə axşamı günü böyük bir mərasimlə İstanbula daxil oldu.
Buna baxmayaraq Osmanlı ordusunun çəkilməsinin ardından İrəvan qalası yenidən Səfəvilərin əlinə keçdi (1 aprel 1636). Şah Səfi İrəvanı geri aldıqdan sonra Kiçik Əhməd Paşanı məğlub etdi və ardından Maqsud xanı elçi olaraq İstanbula göndərdi. Ancaq Sultan Murad elçiyə cavabın Bağdadda veriləcəyini deyib yeni bir səfər hazırlığına başladı.
Həmçinin baxın
redaktəMənbə
redaktə- IV. Murad’ın Revan Seferi Menzilnâmesi (haz. Nezihi Aykut, TD, sy. 34 [1984] içinde), s. 191-246;
- Topçular Kâtibi Abdülkadir (Kadrî) Efendi Tarihi (haz. Ziya Yılmazer), Ankara 2003, II, 783-1134;
- Peçuylu İbrâhim, Târih, II, 393-451, 460-462, 486;
- Kerim Yans, IV. Murad Devrinde Osmanlı-Safevî Münasebetleri (doktora tezi, 1977), İÜ Ed. Fak., s. 77-214;
- Süheyl Ünver, “Dördüncü Sultan Murad’ın Revan Seferi Kronolojisi”, TTK Belleten, XVI/64 (1952), s. 547-576.