Iqor Savcenko - Wikipedia
İqor Andreyeviç Savçenko (11 oktyabr 1906, Vinnitsa, Ukrayna – 14 dekabr 1950, Moskva, RSFSR) — SSRİ yazıçısı, ssenarist, rejissor.
İqor Savçenko | |
---|---|
İqor Andreyeviç Savçenko | |
Doğum tarixi | |
Doğum yeri |
|
Vəfat tarixi | (44 yaşında) |
Vəfat yeri | Moskva, RSFSR, SSRİ |
Dəfn yeri | |
Fəaliyyəti | kinorejissor, ssenarist, fotoqraf, aktyor, pedaqoq |
Janr | sosialist realizmi |
Mükafatları |
|
Həyatı
redaktəİqor Andreyeviç Savçenko 11 oktyabr 1906-cı ildə Vinnitsada (Ukrayna) anadan olmuş, 14 dekabr 1950-ci ildə Moskvada vəfat etmişdir.
Fəaliyyəti
redaktəİqor Savçenko 1919-cu ildən müxtəlif teatrlarda işləmişdir. 1926-1929-cu illərdə Leninqrad Səhnə Sənətləri İnstitutunda oxumuşdur. 1929-1932-ci illərdə Bakı Kinostudiyasında, 1932-1935-ci illərdə Moskvada işləmişdir. 1933-cü ildən "Mejrabpomfilm", 1938-ci ildən Bakı kinostudiyasının rejissoru olmuşdur. 1941-1945-ci illərdə Aşqabad kinostudiyasında rejissor, "Soyuzdetfilm" kinostudiyasında bədii rəhbər, "Mosfilm" kinostudiyasında isə rejissor vəzifələrində çalışmışdır. Ömrünün son illərində, yəni, 1945-1950-ci illərdə Ümumittifaq Kinematoqrafiya İnstitutunda dərs demişdir.
Ad və mükafatlar
redaktəFilmoqrafiya
redaktəƏsər müəllifi kimi
- Nikita İvanoviç və sosializm (film, 1931) (tammetrajlı bədii film)
Ssenari müəllifi kimi
- Əlsiz adamlar (film, 1932) (tammetrajlı bədii film)
İkinci rejissor kimi
- Nikita İvanoviç və sosializm (film, 1931) (tammetrajlı bədii film)
Aktyor kimi
- Nikita İvanoviç və sosializm (film, 1931) (tammetrajlı bədii film)
- 26 komissar (film, 1932) (tammetrajlı bədii film)(rol: eser lideri)
Rejissor kimi
- Əlsiz adamlar (film, 1932) (tammetrajlı bədii film)
Mənbə
redaktə- САВЧЕНКО Игорь Андреевич Arxivləşdirilib 2007-09-02 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ Савченко Игорь Андреевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.