Iordaniya Universiteti - Wikipedia
İordaniya Universiteti (ərəb. الجامعة الأردنية) — İordaniyanın paytaxtı Amman şəhərində yerləşən dövlət dəstəkli universitet. Əsası 1962-ci ildə qoyulan universitet İordaniyanın ən böyük və ən yaşlı ali təhsil müəssisəsidir.
İordaniya Universiteti | |
---|---|
الجامعة الأردنية | |
32°00′50″ şm. e. 35°52′22″ ş. u.HGYO | |
Əsası qoyulub | 1962 |
Tip | Dövlət |
Tələbə sayı | 37.692 (2009/2010) |
Şəhər | Amman |
Ölkə | |
Sayt | ju.edu.jo |
Vikianbarda əlaqəli mediafayllar |
Universitet ölkədə ən yüksək qəbul göstəricilərinə malik olmaqla İordaniyanın bir nömrəli və ərəb dünyasının ən prestijli universiteti hesab edilir.[1] Universitet Ammanın Universitet rayonunun Cübəyha bölgəsində yerləşir. Hazırda universitetin 1400 işçisi və 37 min tələbəsi var.[2]
Tarixi
redaktəUniversitet 1962-ci ildə kral sərəncamı ilə yaradılmışdır. Universiteti əhatələyən bölgə Ammanın mərkəzi hissələrindən biridir və Universitet rayonu adlanır.
Tədris
redaktəİordaniya Universiteti 20 fakültə və institutda bakalavr və magistr təhsili təqdim edir.
Mərkəzlər və institutlar
redaktəİnstitutlar:
- Arxeologiya institutu [1] Arxivləşdirilib 2014-09-10 at the Wayback Machine
- Başqa dildə danışanlar üçün beynəlxalq ərəb dili öyrətmə institutu [2]
- Sosial işlər institutu [3] Arxivləşdirilib 2012-08-02 at the Wayback Machine
- Kənd təsərrüfatı araşdırmalarının təkmilləşdirilməsi və tədrisi institutu
- Müasir Dünyada İslamın Tədrisi İnstitutu
Universitet xəstəxanası
redaktəUniversitet xəstəxanası 1973-cü ildə yaradılmışdır. Universitet, həmçinin Kral Hüseyn Xərçəng Mərkəzi ilə də əlaqələrə malikdir. Bu mərkəz ABŞ-dən kənarda JCI Spesifik Xəstəlik Sertifikasiyasından keçmiş ilk xərçəng mərkəzidir. (noyabr 2007)[3]
Beynəlxalq əlaqələr və razılaşmalar
redaktəİkitərəfli razılaşmalar
redaktəİordaniya Universiteti əsasən tələbə mübadilə proqramları üzrə yüzlərlə razılaşma imzalamışdır ki, onlardan 16-sı ABŞ universitetləridir.[4][5]
Üzv olduğu təşkilatlar
redaktəTələbələr
redaktəUniversitetin tələbə təşkilatı olan İordaniya Universiteti Tələbə Birliyi illik seçilən 80 üzvdən ibarət tələbə şurasıdır və tələbələr üçün xüsusi maraq kəsb edən məsələlərdə tələbələrlə universitet rəhbərliyi arasında vasitəçi kimi çıxış edir. Təşkilat həmçinin aylıq "Savt əl-Tələbə" (azərb. "Tələbələrin səsi") qəzetini nəşr etdirir.[6]
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2011-08-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-22.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2011-03-13 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-07-22.
- ↑ "Medical Tourism Magazine". 2011-05-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-22.
- ↑ Bilateral agreement University of Jordan and Vanderbilt University Arxivləşdirilib 2012-02-24 at the Wayback Machine.
- ↑ Agreements Arxivləşdirilib 2011-09-27 at the Wayback Machine University of Jordan
- ↑ "Arxivlənmiş surət". 2010-07-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-22.
Xarici keçidlər
redaktə- ju.edu.jo — Rəsmi saytı
- Jordan Ministry of Education
- Jordan Ministry of Higher Education and Scientific Research
- American University of Madaba (AUM)
- University of Jordan Guys Forum
- Faculty of Agriculture
- Faculty of Foreign Languages
- Faculty of Arts
- Center for Strategic Studies Jordan Arxivləşdirilib 2013-05-25 at the Wayback Machine