Ioahim Fon Ribbentrop - Wikipedia
İoaxim fon Ribbentrop (alm. Ullrich Friedrich Willy Joachim von Ribbentrop; 30 aprel 1893[3][4][…] – 16 oktyabr 1946[3][4][…], Nürnberq Məhkəmə Həbsxanası[d][5]) — alman siyasi xadim, Üçüncü Reyxin Xarici İşlər Naziri.
İoaxim fon Ribbentrop | |
---|---|
alm. Ullrich Friedrich Willy Joachim von Ribbentrop | |
Üçüncü Reyxin Xarici İşlər Naziri | |
4 fevral 1938 – 30 aprel 1945 | |
Əvvəlki | Konstantin fon Neyrat |
Sonrakı | Artur Zeys-İnkvart |
Şəxsi məlumatlar | |
Doğum adı | Ulrich Friedrich Wilhelm Joachim Ribbentrop |
Doğum tarixi | |
Doğum yeri | Vessel, Prusiya krallığı |
Vəfat tarixi | (53 yaşında) |
Vəfat yeri | Nürnberq, Almaniya |
Vəfat səbəbi | asılma[d] |
Partiya | |
Fəaliyyəti | siyasətçi, diplomat |
Həyat yoldaşı | Anna Elizabet Henkel |
Uşağı | 5 |
Hərbi xidmət | |
Mənsubiyyəti | Üçüncü Reyx |
Döyüşlər | |
Rütbəsi | ober-leytenant[d] |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
İlk illəri
redaktəUşaqlığı İngiltərə, Fransa və İsveçrədə nizamsız olaraq müxtəlif özəl məktəblərdə təhsil almaqla keçmişdir. 1904-cü ildən 1908-ci ilə qədər Mets şəhərində fransız dili dərsləri almışdır. Bir müddət Nyu-York və Bostonda jurnalist kimi işləmiş daha sonra tuberkulyoz xəstəliyindən əziyyət çəkdiyi üçün Almaniyaya geri qayıtmış və istirahət etmişdir. Daha sonra Kanadaya qayıdıb Monrealda təhsil alıb, dəmiryollarının çəkilməsində işləyir. 1913-cü ildə Ottavada alman şərab və şampanlarını idxal edən bir şirkət qurdu.
Birinci dünya müharibəsi başlayan Kanadanı Böyük Britaniyanın bir hissəsi gördüyü üçün tərk edir. 15 avqust 1914-cü ildə Nyu-Cersidən yola çıxan Hollandiya-Amerika gəmisiylə Almaniyaya qayıdır və könüllü olaraq 125-ci Hussar alayına yazılır. Döyüşlərdə fərqləndiyinə görə Dəmir xaç ordeni ilə təltif olunur. 1918-ci ildə leytenant rütbəsiylə qərargah zabiti olaraq İstanbula göndərilmişdir. Osmanlı dövlətində qaldığı müddətdə Franz von Papen adlı generalla yaxın dost olur.
1919-cu ildə ordudan tərxis edilir.
Nasist karyerası
redaktə1928-ci ildə xarici əlaqələri olan bir biznesmen olaraq Adolf Hitlerlə tanış olur. 1930-dan etibarən Nasional Sosialist Fəhlə Partiyasını maddi cəhətdən dəstəkləyir. NSDAP partiya biletindəki nömrəsi 1199927 idi. 1933-cu ildə SSə qatılır (SS nömrəsi 63083). 1933-dən 1945-ci ilə qədər Reyxstaqda millətvəkili olaraq işləyir. 1934-dən 1939-cu ilə qədərsə Almaniyanın xarici işlər nazirliyində çalışır. 1935-ci ildə SS-Oberführer, 1936-da SS-Gruppenführer və nəhayət 1940-cı ildə SS-Obergruppenführer rütbəsini alır. 1936-cı ilin avqustunda Hitler Ribbentropu İngiltərəyə anglo-alman ittifaqını müzakirə etmək üçün səfir təyin edir. 1938-ci ildən etibarənsə Hitler Konstantin von Neurathun yerinə İoaxim fon Ribbentropu xarici işlər naziri təyin edir. Xarici işlər naziri kimi fəaliyyətini şərti olaraq 3 dövrə bölmək olar. 1-ci mərhələ 1938-1939-cu illər arasında Almaniya tərəfdən çıxış etməsi üçün dövlətlərlə danışıqlıqlar apardı. 1939 və 1943-cü illəri əhatə edən 2-ci mərhlədə bitərəf dövlətləri Almaniya tərəfdən çıxış etmələri və ya ən azından müharibəyə girmələri üçün, 3-cü mərhələdə isə (1943-1945) müttəfiqləri əldə tuta bilmək üçün çalışmışdır. Hər 3 mərhələdə də Ribbentrop İtaliya, Yaponiya, İspaniya, Ruminiya Bolqarıstan və Macarıstan rəhbərləri ilə silsilə görüşlərdə iştirak etmişdir.
Almaniya və İngiltərənin SSRİ-yə qarşı birləşməsi fikrini müdafiə edirdi. 1937-ci ildə ingilis kralı VI Georq Almaniya ilə müzakirəyə görə bu ölkəyə səfər edir. 1938-ci ildəsə Fransa və İngiltərə Almaniyanın şərtlərinə boyun əyərək Çexoslovakiyanın bir hissəsinin Almaniyaya verilməsini şərtləndirən Münhen sazişini imzalayır.
1939-cu ildə SSRİ ilə Nasist Almaniyası arasında saldırmazlıq paktının bağlanmasında rus həmkarı Molotovla birlikdə böyük rol oynayır.Təsadüfü deyildir ki,müqavilənin adı Molotov—Ribbentrop Paktı olur.1940-cı ildəsə İtalya,Almaniya və Yaponya arasında SSRİ-yə qarşı bağlanan Anti-Kominiterin paktını imzalayır. Ribbentrop 1945-ci il 20 apreldə Berlində Führerbunkerdə Hitlerin 56 yaşını qeyd edənlər arasında idi.3 gün sonrasa Hitlerə edəcək daha vacib işləri olduğunu bildirərək sığınacağı tərk edir.Bu hadisədən sonra Hitler öz yaxınlarına artıq Ribbentropu öz ətrafında görmək istəmədiyini demişdir.1945-ci il 16 iyunda Hamburq yaxınlığında Çavuş Jacques Goffinet adlı fransız zabiti tərəfindən həbs olunmuşdur.
Mühakiməsi və edamı
redaktəNürrnerq məhkəməsində mühakimə edildi. Qəsidli şəkildə müharibə çıxarmaq, müharibə günahları, insanlıöa qarşı günahlar təşkil etmə və sülhə qarşı günah törətmədə təqsirli bilindi. Prokurorlar onu aktiv alman hücümunu planladığına və ölüm düşərgələrinə Yəhudiləri sürgünə göndərməsiylə bağlı faktlar irəli sürdü.Beynəlxalq Hərbi Məhkəmənin bütün üzvləri onu günahkar bildi. Amerikan Ordusundan Gustave M. Gilbert adlı bir psixoloqa Ribbentropu incələməsinə icazə verildi.Gustave M. Gilbern apardığı İQ testinə əsasən Ribbentrop 120 balla Nasist rəhbərlər arasında 10-cu oldu.
16 oktyabr 1946-cı ildə asılaraq edam edilən ilk siyasətçi oldu. Asılmazdan əvvəlki son sözləri isə belədir "Tanrı Almaniyanı qorusun. Tanrım ruhuma mərhəmət et. Son arzum Almaniyanın birlik və barış uğruna, şərq və qərb arasındakı anlayışı qurtarmaq gərəkliyidir. Dünyaya barış arzu edirəm" Asıldıqdan sonra bədəni Münhendə yandırıldı, külləri isə "İsa çayına" atıldı.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Dienstaltersliste der Schutzstaffel der NSDAP, Stand vom 1. Dezember 1936. 1936.
- ↑ 1 2 Nuremberg Trials Project. 2016.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 NNDB (ing.). 2002.
- ↑ Andrus B. C. I was the Nuremberg jailer (ing.). first NY: Coward-McCann, Inc., 1969. 210 p.