Inzibati Erazi Bolgusu - Wikipedia
İnzibati-ərazi_bölgüsü - Haqqında Məlumat
İnzibati-ərazi bölgüsü — unitar dövlətin ərazisinin təbii, siyasi, iqtisadi, etnik, milli və digər amillərə görə yerli hakimiyyət orqanları sisteminin qurulduğu hissələrə, yəni inzibati-ərazi vahidlərinə bölünməsi. İnzibati-ərazi bölgüsü federal dövlətlərin subyektlərinə də xasdır, çünki sonuncular, bir qayda olaraq, unitar qurumlardır. Unitar dövlətlərdən fərqli olaraq federasiyaların ərazi quruluşu federativ quruluşla xarakterizə olunur.
İnzibati-ərazi bölgüsü dövlət ərazisinin vilayətlərə, rayonlara, distriktlərə, əyalətlərə, idarələrə və s. bölünməsini təmin edir.[1]
İstinadlar
redaktə- ↑ Большой Энциклопедический словарь. 2000. АДМИНИСТРАТИВНО-ТЕРРИТОРИАЛЬНОЕ ДЕЛЕНИЕ.