Intibah Memarligi - Wikipedia
İntibah memarlığı — antik memarlığın dirçələrək yenidən inkişaf etməsi dövrüdür.
İntibah dövrü memarlığı XIV əsrdə İtaliyada yaranmış, sonralar XV əsrin II yarısında - XVI əsr boyu Avropa ölkələrində yayılmışdır. Memarlıqda yenidən təkmilləşmiş antik order sistemi təsdiq olundu. Yeni tipli ictimai binalar yaranmağa başladı.[1]
Tarixi
redaktə"İntibah" sözü — oyanış, oyanma, canlanma, dirçəlmə, yenidən yüksəliş mənalarını ifadə edir.[2][3] "İntibah" anlayışı isə hansısa bir tarixi inkişaf dönəmini əks etdirən termin kimi hələ orta əsrlərdə italyan mütəfəkkirləri tərəfindən işlədilmişdir.[4] İntibah terminini ilk dəfə fransız tarixçisi Jules Michelet (1798 – 1874) tərəfindən istifadə etmişdir.
İntibah memarlığı sənətkarlarının universallığı onların memarlıq, heykəltaraşlıq məşğul olması, öz sənətlərini təkmilləşdirmək üçün ədəbiyyat, poeziya, fəlsəfə, habelə dəqiq elmlərin öyrənilməsi ilə birbaşa əlaqələndirilmişdir.
Klassik orta əsrlərdə Avropada, xüsusilə İtaliyada Florensiya, Roma, Venesiya və Milan ölkənin başlıca şəhərləri idi. Florensiya ticarət yolları üzərində yerləşirdi. Elə bu səbəbdəndə bu şəhər intibahın vətəni sayılan şəhərdir. Avropada intibah memarlığının İtaliyada meydana gəlməsinin əsas səbəbi burada burjuaziyanın daha tez yaranması olmuşdur.[5]
İntibah memarlığının mərhələri
redaktəİtalyan İntibahı dövrü aşağıdakı mərhələlər ayrılır:
- Protorenessans (XIII-XIV əsrin II yarısı),
- Erkən İntibah (XV əsr),
- Yüksək İntibah (XV əsrin axırı – XVI əsrin əvvəlləri),
- Son İntibah (XVI əsrin sonları).
Memarlıqda İtaliya sənəti uzun müddət orta əsr ənənələrinin qanunlarına uyğun mövcud idi ki, bu əsasən qotika motivlərində daha aydıncasına görünürdü ki, bu da gələcək İntibah memarlığının başlanğıcından xəbər verirdi. Ona görə də bu dövrü, məhz Protorenessans (daha doğrusu, Renessansa giriş kimi də başa düşmək olar, Protorenessans yunanca «ilkin deməkdir») adlandırırlar. Bununla yanaşı, İtaliya qotikası daha çox sakit, iti formalara, memarlığın horizontal bölgülərinə, divarların geniş səthlərinə daha diqqət yetirirdi. Florensiyanın ən böyük kilsəsi sayılan Santa-Kroçe Arnolfoun Kambio tərəfindən XIII əsrin sonlarında tikilməyə başlamışdı. Tikili özünün geniş aralıqları, vahid işıqlı daxili məkanı, qotik tacları ilə digərlərindən seçilirdi.
Erkən İntibah abidələri Florensiyada qorunub saxlanılır. Memar Filippo Bruneleskinin (1377-1446) layihəsi ilə nəhəng Santa-Mariya-del-Fiore (1420-1434) kilsəsinin gümbəzi tikilib və qorunur. Gümbəzin hündürlüyü - 13.5m, diametri - 42m-dir. İtaliyada İntibah memarlığınin əsas yerini vətəndaş memarlığı tutur - şəhər sarayları (palasso) - 3-mərtəbəli düzbucaqlı binalar- təntənəli qəbul üçün tikilmişdir.[6]
1296-cı ildə Florensiyada Santa-Mariya del Fore kilsəsi tikilməyə başlayır. Onun tikintisinin sona yetməsi yalnız erkən İntibah çağlarına qədər davam edir. 1334-cü ildə cottonun layihəsi əsasında zəngli kilsənin tikintisinə başlanır. Buna kampanila da deyirdilər.
İntibah dövründə şəhərləri daimi (düzgün) plan ilə layihələşdirirdilər. XVII əsrdə böyük şəhərlərdə (Roma, Paris) meydanları və xaotik tikilən orta əsr küçələrin vahid birlikdə tikintisi aparılırdı.[7]
Şəhər sarayları içərisində isə Florensiyadakı palatso della Sinyoriya adlı tikili daha məşhur idi. Belə güman edilir ki, onun da müəllifi Arnolfo di Kambiodur. Bu bina Florensiyanın müstəqilliyinin rəmzi kimi özünü tanıtmışdı.[8]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Mir-Bağırzadə S.A. İncəsənət tarixi. Bakı, MSA, 2012. səh 17" (PDF). 2022-06-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-10-29.
- ↑ "İntibah". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-29.
- ↑ Azərbaycan dilinin izahlı lüğəti, 4 cilddə. Şərq-Qərb nəşriyyatı. —Bakı, 2006. II cild, səh. 560.
- ↑ Şərq qapısı qəzeti, Naxçıvan: tarixin üç intibahı[ölü keçid]
- ↑ S.D.Skazkin. Orta əsrlər tarixi. I-II cildlər Bakı,1988.
- ↑ "Mir-Bağırzadə S.A. İncəsənət tarixi. Bakı, MSA, 2012. səh 45" (PDF). 2022-06-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-10-29.
- ↑ "Mir-Bağırzadə S.A. İncəsənət tarixi. Bakı, MSA, 2012. səh 23" (PDF). 2022-06-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-10-29.
- ↑ "İntibah (Renessans)". 2021-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-29.