Ingiltere Iran Muqavileleri 1801 - Wikipedia
İngiltərə-İran müqaviləsi (1801) — İngiltərə ilə İran arasında bağlanmış siyasi və ticarət müqavilələri.
İngiltərə ilə İran arasında münasibətlər
redaktəİran-İngiltərə münasibətləri dərin tarixi köklərə malik olub, geniş məsələləri əhatə edir. Bu münasibətlərdə Azərbaycanla bağlı məsələlər də, özünəməxsus yer tutmuşdur. Ona görə də İran-İngiltərə dövlətlərarası müqavilələrini də burada nəzərdən keçirməyə ehtiyac yaranmışdır. XVIII əsrin sonları-XIX əsrin əvvəllərində İngiltərənin İranla əlaqələrinə Böyük Fransa inqilabı (1789–1794) və Napoleon müharibələri dövründə kəskinləşən İngiltərə-Fransa münasibətləri mühüm təsir göstərmişdi. İngiltərə Fransanın fəaliyyətini Şərq müstəmləkələri, xüsusilə Hindistan üçün təhlükə hesab edirdi. Ona görə də fransızların İran vasitəsi və ya İranın köməyi ilə Hindistana nüfuzunun qarşısının alınmasına böyük səy göstərilirdi. Bunun nəticəsində XVIII əsrin sonları-XIX əsrin başlanğıcında İngiltərənin İranda diplomatik fəallığı gücləndi. Hindistan general-qubernatoru Uelsli ingilislərin xidmətində olan Mirzə Mehdi Əli xan xüsusi təlimatla Tehrana göndərdi. Mehdi Əli xan təlimatı yerinə yetirməyə nail oldu, İranla müqavilələr imzalandı. Lakin Uelsli bunun ardınca eyni təlimatla Con Malkolmu Tehrana göndərdi. Malkolm 1783-cü ildə Hindistandakı ingilis ordusunda xidmətə başlamış, səkkiz il ərzində kapitandan general rütbəsinədək yüksəlmiş, Bombey qubernatoru təyin edilmişdi. Beləliklə, İngiltərə-İran müqavilələrinin imzalanmasının Malkolma həvalə edilməsi təsadüfi xarakter daşımırdı. Malkolmun min nəfərədək zabit və digər şəxsləri əhatə edən missiyası İranda geniş diplomatik və hərbi-kəşfiyyat işləri apardı. 1801-ci il 4 yanvarda Con Malkolm və İranın birinci naziri Hacı İbrahim xan arasında siyasi və ticarət əlaqələrinə həsr edilmiş iki müqavilə imzalandı.
Müqavilələrin mahiyyəti və şərtləri
redaktəBu müqavilələr antirus və antifransız səciyyə daşıyırdı. Məhz bu müqavilələrlə İranın İngiltərə, sonralar isə digər Avropa dövlətləri ilə qeyri-bərabər müqavilələrinin bağlanması təcrübəsi artdı.ı. Bu müqavilələr antirus və antifransız səciyyə daşıyırdı. Məhz bu müqavilələrlə İranın İngiltərə, sonralar isə digər Avropa dövlətləri ilə qeyri-bərabər müqavilələrinin bağlanması təcrübəsi artdı.
Siyasi müqavilə — Müqavilə 5 maddədən ibarət idi. I maddəyə görə hər iki dövlət arasında sülh və qarşılıqlı yardım bərqərar olunurdu. II maddədə göstərilirdi ki, əgər əfqan hakimi Hindistana soxulmaq qərarına gələrsə, onda şah öz qoşunlarını əfqanları dağıtmaq və sakitləşdirmək üçün əfqan torpaqlarına göndərməyi öhdəsinə götürür. II maddə Əfqanıstan hakimi və İran şahı arasında ola bilsin ki, bağlanacaq sülh müqaviləsində Əfqanıstan hakiminin və onun silahlı dəstələrinin ingilis mülklərinə hər cür hücum planlarından əl çəkməsini nəzərdə tutmalı idi. IV maddə ilə ingilis hökuməti istənilən əfqan hakiminin və ya fransızların İrana hücumu halında şaha nə qədər mümkündür, о qədər top, hərbi material və mütəxəssislər göndərməyi öhdəsinə götürürdü. V maddədə bildirilirdi ki, hər iki sazişə girən dövlət əgər fransız ordusu Fars körfəzinin istənilən adalarından birinə və ya sahillərinə çıxarsa fransız qoşunlarını qovmaq və məhv etmək üçün birgə hərəkət edəcəkdir.
Ticarət müqaviləsi. – Müqavilə 5 əsas və yekun maddədən ibarət idi. I maddəyə görə müqaviləyə girən yüksək tərəflərin tacirləri tam təhlükəsizliklə hər iki ölkənin ərazisində gəzib-dolaşa bilərdi. Bütün şəhərlərin hakimləri və qubernatorları onların mülkiyyət və malının mühafizəsini öz borcu hesab etməli idi. II maddədə göstərilirdi ki, ingilis hökumətinin qulluğunda olan ingilis və hind tacirlərinə İranın istənilən liman və şəhərlərində sakin olmağa icazə verilir. Bu hökumətə məxsus olan mallara heç bir hökumət gömrüyü, vergisi və rekviziyası qoyulmamalı idi; adi gömrüklər alıcılardan alınmalı idi. II maddədə qeyd olunurdu ki, əgər tacirlər quldurlar tərəfindən qarət edilərsə, günahkarların cəzalandırılmasına və qarət edilmiş malların qaytarılmasına bütün mümkün tədbirlər görülməlidir. Əgər İran taciri ingilis hökumətinin borcunu ödəməkdən qaçar və ya yubadarsa, sonuncu bu barədə həmin halda sərəncamında olan bütün vasitələrlə kömək göstərməli olan qubernatora məlumat verib, öz tələblərinin təmin edilməsinə istənilən üsulları tətbiq edə bilər. IV maddəyə görə ingilis hökumətinin borclusu olan iranlı öldüyü halda, yerli hakim hər şeydən əvvəl ingilis hökumətinin, sonra isə istənilən digər kreditorun tələblərinin təmin olunmasına hakimiyyətini tətbiq etməli idi. V maddə ilə ingilislər istənilən İran limanında və şəhərində sərbəst yaşayış evləri və saraylar tikə, sata və icarə edə bilər. İran limanlarında ingilisgəmiləri zədələndiyi halda, onların hakimləri bu gəmilərin təmirinə kömək göstərməli idi. Yekun maddəyə görə ingilis hökumətinin İranda olan İngiltərə və ya Hindistan əhli olan qulluqçuları, əgər onlar bunu arzu edərlərsə, maneəsiz İrandan çıxa və özlərilə mülkiyyətlərini apara bilərdilər.
Həmçinin bax
redaktəMənbə
redaktə- Aitchison C. U. A Collection of Treaties, Engagements and Sanads Relating to India and Neighbouring Countries. T. XIII. Calcutta, 1933, p.49–534.
- Malcolm J. A history of Persia. Vol. 1–2. L., 1823
- Жигалина О.И. Великобритания на Среднем Востоке XIX-начала XX в. Анализ внешнеполитических концепций. М., 1990
- История XIX века. Под ред. проф. Лависса и Рамбо. Перeв. с франц. т.2, М, 1938
- Кузнецова Н.А. Иран в первой половине XIX века. М., 1983
- Новая история Ирана. Хрестоматия. М., 1988, с.67–68, 68–69.
- Туманович Н.Н. Европейские державы в Персидском заливе в 16–19 вв. М, 1982.