Indiqo Usaqlar - Wikipedia
İndiqo uşaqlar — qeyri-adi qabiliyyətə, fenomen istedada malik yeni nəsil insanlar.
İndiyə qədər elm hesab edirdi ki, Homo Sapiens təkamülün ən yüksək dərəcəsidir, amma alimlər indi daha çox ehtimal edir ki, bizim öz növümüz də inkişaf mərhələsindədir. Söhbət indiqo uşaqlardan gedir.
"İndiqo uşaqlar" haqqında ilk dəfə amerikan ekstrahiss və sinestetiki Nensi Enn Tepp 1982-ci ildə çıxardığı "İşıq vasitəsilə həyatı necə qaydaya salmaq olar" kitabında qeyd etmişdir. Ekstrahiss insanların auralarını yoxlaması zamanı bu qeyri-adi uşaqların aurasının başqalarından fərqli rəngdə — tünd göy rəngdə olduğunu bildirmiş və belə auralı insanları indiqo insanlar adlandırmışdır.
Onların görünüşü
redaktəİndiqo uşaqların istedadı həqiqətən fenomenaldır. V. İ. Vernadski demişdir ki, XX əsrdə insan noosfera ilə əlaqə qurmağı öyrənəcək və yeganə əlaqə vasitəsi intuisiya olacaq. İndiqoların fərqli cəhəti də odur ki, onlar ətraf aləmi dərk etmək üçün intuisiyaya daha çox üstünlük verirlər. Müəyyən situasiyanın həlli yolunu intuisiya ilə daha çox tapırlar. Bunda əlavə, indiqo rəngli auraya malik insanlar telepatik olaraq uzaq məsafələrdən bir-biri ilə əlaqə qurumağı da bacara bilirlər. Onlardan əksəriyyəti rentgen kimi insanların daxili organlarını görə, hiss edə, ovucları ilə kitabları oxuya və s. fenomenal qabiliyyətlərə də malikdirlər. İndiqo insanlar keçmiş həyatını, uşaq yaşlarında baş verən hadisələri kiçik detalları ilə olduğu kimi yadda saxlaya bilirlər. Bəzi indiqo insanlar noosfera ilə əlaqəyə girib, oradan lazımı informasiyaları qəbul edir, bəziləri hətta kosmosdan gələn signalları belə analiz etmək imkanına malik olur.
Bəzi indiqolar fərqli immunitet lərinə görə başqalarından seçilir. Belə ki, XX əsrin 90-cı illərində HİV virusuna yoluxmuş ana bir uşaq dünyaya gətirir. Analizlərin cavabına əsasən bu uşaq da HİV-ə yoluxmuş hesab edilir. Bir müddətdən sonra, uşağı 6 yaşında ikən təzədən qanın analizi zamanı heç bir virus tapılmır. Alimlərin analiz üçün həmin uşaqdan götürdükləri DNT-yə əsasən müəyyən oldu ki, bu uşaqda 20 kodon əvəzinə 24 kodon "işləyir". (Normal insanda 60 kodon vardır, hansı ki, bunlardan cəmi 20-si "işləyir". Kodon- genetik informasiyaların daşıyıcısı).
Onların ümumi cəhəti
redaktəAmerikan psixologu Li Kerroll özünün "indiqo uşaqlar" kitabında onları 4 tipə ayırır və hər tipin həyat programlarını təsvir edir.
- Humanistlər.Gələcəkdə onlar həkim, hüquqşunas, müəllim, dənizçi, biznesmen, siyasətçi, elmi işçi olacaqlar. Bu tipə daxil olan uşaqlar həddən çox müxtəlif məlumatlara meyilli olurlar. İstənilən insanlarla, istənilən mövzuda uzun və səmimi söhbətə girə bilirlər. Onlar hiperaktivdirlər. Özlərinə o qədər də fikir vermirlər. Otaqları səliqəsiz, dağınıqlı olur. Uşaq vaxtı onlar heç cür dərk edə bilmirlər ki, bir oyuncaqla necə oynamaq olar. Onlar bütün oyuncaqlarını dağıdıb ya hamısı ilə oynayacaq, ya da ki, heç birinə əl vurmayacaq.
- Konseptualistlər.(konseptualizm — insan ağlında ümumi təsəvvürlərin mövcudluğu) Daha çox yayılmış tipdir. Bunlar gələcəyin mühəndisi, arxitektoru, dizayneri, kosmonavtı, hərbçisi, səyahətçisidir. Bu tipə daxil olan uşaqlar gözəl bədən quruluşları ilə seçilirlər. Diribaş, enerjili, lider olmağa can atmaqları ilə fərqlənirlər. Uşaq vaxtı xüsusi qayğıya tələbkardırlar. Oğlan uşaqları ən çox anaya, qızlar isə ataya meyilli olurlar. Əgər onları valideynlərindən ayırsalar, bu onlarda dərin psixoloji nəticəyə gətirib çıxarır. Belə indiqolar yeniyetmə dövründə pis adətlərə meyilli olur, ən çox da narkotiklərə. Valideynləri onlara qarşı daha diqqətli olmalıdırlar.
- Sənətkarlar.Bu tipə daxil olan insanlar müasir həyatla uzlaşa bilmirlər. Onlar çox həssas və zərif olurlar. Onlar gələcəkdə öz sənətinin sənətkarına çevrilirlər. Əgər onlar tibbdədirsə yaxşı cərrah, incəsənətdədirsə, məşhur aktyorlara çevrilirlər. Onlar artıq 4–10 yaşında bir neçə sənətlə maraqlanır, axırda isə birini seçirlər.
- Bütün ölçülərdə yaşaya bilən.Bu tip indiqolar dalaşqan, daha çox agressiv olurlar. Qalan 3 tipdən fərqli olaraq yekəpər bədən quruluşuna və düşdüyü mühitə uyğunlaşması ilə seçilirlər. Bu uşaqlar hər şey haqqında biləndirlər. Hətta gənc yaşlarından valideynlərinə məsləhət də verirlər. Hər şeyi özləri etməyə çalışır. Belə çox bilmişlərdən gələcəkdə böyük şəxsiyyətlər çıxır. Bunlar dünyaya yeni fəlsəfə, yeni din gətirən insanlardır.
İndiqo uşaqlar XX əsrin 70-ci illərindən doğulmağa başlayıblar. O vaxtlar onlara tək-tək rast gəlinirdi. 80-ci illərdə isə artıq 15%-ə çatırlar. Günü-gündən onların sayı artmaqdadır. Bəzi hesablamalara görə artıq onların sayı 60 milyona çatıb. Psixologların gəldiyi qənaətə görə, demək olar ki, bu gün 50 yaşlılar arasında 1%, 30 yaşlılar arasında 10%, 12 yaşlılar arasında 25% insanlar təşkil edir.
Onların missiyası
redaktəHəyatın itirlimiş harmoniyasını geri qaytarmaq. Hələ qədim Yunanıstanda Appolon məbədində belə bir yazı yazılmışdı. "Özünü dərk et". İndiqo uşaqlar da belədir. Onlar özünü dərk edir. Öz dünyasını ələ almağı, psixikasını, düşüncələrini və hisslərini idarə etməyi bacarır.
İndiqo insanların adi insandan fərqi
redaktəİndiqo auralı insanlar daxilən ziddiyətli şəxslərdir. Onların insanlara sevgisində xüsusi bir ahənglik olur. Sadə və fərasətli, agressiv, başqaları ilə o qədər də maraqlanmamaq kimi bir çox xüsusiyyətləri özündə cəmləyirlər. Onlar nüfuzlu insanları qəbul etmir, özlərini daha əhəmiyyətli sayırlar.
İndiqo insanların marağına səbəb olan bir şeyi onlar yarımçıq cümlədən mənimsəməyə, dərk etməyə başlayırlar. Bundan əlavə onların rəgəmli texnologiyalardan yaxşı başı çıxır. İndiqo insanların reallığa baxışı tam fərqli olur və onlar müəyyən problemləri heç kəsin görə bilmədiyi və gözləniləməyən tərəfdən həll etməyə çalışır.
Onların çatışmayan cəhəti
redaktəÖzlərinin unikallığına baxmayaraq, onların da bəzi çatışmazlıqları vardır. Ətrafdakıların onları başa düşməməsi səbəbindən özlərinə qapılırlar. İntellektual potensiallarının çox olmasına baxmayaraq, onlar dərs programlarını çox çətinliklə ödəyə bilirlər. Öz daxili meyarlarına rəhbərlik edən indiqolar özlərinə lazım olan və lazım olmuyanı öyrənməyə çalışırlar. Onlara imtahan vermək çətindir. Onlar heç cür dərk etmir ki, oxuyub kiməsə cavab verməlidirlər. Onlar ətraf cəmiyyətə, onların hərəkət tərzinə uyğunlaşa bilmirlər. "Düzəlməkdən" imtina edirlər. "Öz səhvlərini" qəbul etmək istəmirlər. İndiqo üçün vacibi onun özü kimisi ilə bir yerdə olmasıdır.
İndiqolar zərər gətirə bilərlərmi?
redaktəİidiqolar özləri-özlərinə təhlükəli deyillər. Onların nəyisə dağıtmaq məqsədi də yoxdur, amma əgər cəmiyyət onu qəbul etmirsə, onun hərəkətlərinə normal baxmırsa, onda onlar agressiv ola bilirlər. Düşdüyü mühit onları qəbul etmirsə, o qisas ala bilir. İndiqo uşaqları aldatmaq təşəbbüsü heç cür mümkün deyil. Sonra isə onun inamını qaytarmaq da qeyri-mümkündür.
İndiqolar hər zaman müşahidəçi və ağıllı olurlar. İndiqolar hətta valideyn və ətrafındakılarının zəif nöqtələrini bilib, onları idarə etməyi də bacarırlar. İndiqolar əmindirlər ki, onlar seçilmişlərdən biridir və Yerdə öz missiyaları var və onlara qarşı heç kim çıxa bilməz.