Incesenetin Klassifikasiyasi Haqqinda Mubahiseler - Wikipedia
Sənət tarixçiləri və sənət filosofları arasında uzun müddətdir davam edən və konkret mədəni forma və ya əsərin hissəsinin incəsənət kimi klassifikasiyasına əsaslanan bir mübahisə mövzusu mövcuddur. Nəyin incəsənət kimi qəbul ediləcəyi, nəyin isə qəbul edilə bilməyəcəyi haqqında mübahisələr bu günə kimi davam etməkdədir.[1]
Sənətin tərifi
redaktəSənətin tərifi çətinlik yarada bilər. Estetiklər və sənət filosofları tez-tez nəyin incəsənət kimi təyin edilə biləcəyi haqqında mübahisələrdə iştirak edirlər. Orijinal və geniş yayılmış tərifə görə sənət, (ingiliscədə işlədilərn "art" sözü latın dilində "sənətkarlıq" və "əl işi" anlamında işlədilmiş "ars" sözündən gəlməkdədir) müəyyən bir biliyin effektiv tətbiqi nəticəsində yaranmış, daha çox bacarığa əsaslanan məhsul və ya prosesdir; bu tərif özünü "liberal sənətlər" və "döyüş sənəti" kimi ifadələrdə daha aydın göstərir. Lakin, müasir anlamda söz, 1750-ci illərdən etibarən estetik nəticə üçün bacarığın istifadəsi kimi anlaşılır.[2]
Onlayn Britannika Ensiklopediyasına görə, "incəsənət bacarıq və təsəvvürlərin başqaları ilə paylaşılması üçün estetik obyektlər, mühit və ya təcrübənin yaradılmasıdır."[3] Lakin, müasir dövrdə "sənət" ifadəsinin necə istifadəsinin doğru olacağı haqqında çoxsaylı mübahisələr vardır; "sənət" ifadəsi altında nəyin nəzərdə tutulmasından bəhs edən çoxsaylı kitablar və jurnal məqalələri nəşr edilmişdir.[4] 1969-cu ildə Teodor Adorno qeyd edirdi ki, "aydındır ki, incəsənət haqqında heç nə aydın deyil." Aydın deyil ki, kimin incəsənəti bölmək hüququ var. Sənətkarlar, filosoflar, antropoloqlar və psixoloqlar hərəsi incəsənəti öz fəaliyyət sahələrinə uyğun olaraq istifadə edir və bir-birinə oxşamayan təriflər verirlər.
Sənət sözünün ikinci, daha dar, daha gec formalaşmış anlamı "yaradıcılıq işi" və "incəsənət" sözlərinin abbreviaturası kimi işlədilir. Burada söz sənətkarın yaradıcılıq işini və ya auditoriyanın estetik hisslərini ifadə etmək üçün işlədilir. Tez-tez ifadə heç bir praktiki funksiyası olmayan heykəllər və rəsm əsərlərindən başqa praktiki istifadəsi mümkün olan obyektlər üçün işlədilsə də, incəsənət əsəri deyərkən dekorativ incəsənət, tətbiqi sənət və sənətkarlıq məhsulları da nəzərdə tutulur. Anoloji olaraq, əgər ifadə kommersial və ya industrial sahə üçün işlədilirsə, bu zaman sənət yerinə dizayn nəzərdə tutulmuş olur. Bəzi tədqiqatçıların fikrincə incəsənət və tətbiqi sənət arasındakı fərqlərin dəyər mühakimələri istənilən aydın təyinedici fərqdən çoxdur.[5] Müasir incəsənət üçün nəzərdə tutulmuş təyinat kateqoriyaları daha çox metal işi, daş üzərində oyma, toxuma və digər tətbiqi sənətlərin üstünlük təşkil etdiyi orta əsrlər incəsənəti kimi qədim dövr incəsənətləri üçün keçərli deyildir, çünki, həmin dövrdə daha çox — ən azı sənətkarın əməyi ilə eyni səviyyədə, incəsənət əsərinin hazırlanmasında istifadə olunmuş materiallar və sərf edilmiş vaxta qiymət verilirdi.
İncəsənətin klassifikasiyası haqqında nəzəriyyələr
redaktəİntibah dövründən başlayaraq ənənəvi Qərb klassifikasiyasında, pillələrə əsaslanmış, əsərin müəllifin qədim kökləri olan bədii nəzəriyyədən istifadə edərək ortaya çıxardığı yaradıcı yanaşmasını sərgiləyən janrların iyerarxiyası mövcud olmuşdur. Bu cür yanaşma Romantizm estetikasından da təkan almışdır. Oxşar nəzəri baza Çin incəsənətində də mövcuddur; misal üçün, həm Qərb, həm də Uzaq Şərq incəsənətinin peyzaj (qoxua) ənənələrində xəyali təsvirlər real yerlərin təsvirlərindən daha üstün hesab edilmiş, Qərbdə topoqrafik görüntülər üstünlük təşkil etmişdir.
Bir çox tədqiqatçılar incəsənətin və ya gözəlliyin klassifikasiyasına cəhd etmənin belə səhv olduğunu bildirərək, onların heç bir spesifikaya çalik olmadıqlarını, buna görə də, qruplaşdırılmalarının düzgün olmadığını iddia edirlər. Tez-tez deyilir ki, incəsənətin bir nəzəriyyəsi yoxdur və o, nəzəriyyələr cəmlənməsindən ibarətdir. Bu cür yanaşmanın əsas tərəfdarları Morris Veytz və Beris Qautdur.
Digər bir yanaşmaya görə isə, incəsənət sosioloji kateqoriyadır, bütün sənət məktəbləri, muzeylər və sənətkarlar formal bölünmələrdən uzaqdadır. Bu institusional sənət nəzəriyyəsi Corc Diki tərəfindən müdafiə edilmişdir. Marsel Düşan və Endi Uorhol tərəfindən sənət kontekstində istifadə olunmamışdan qabaq heç kim pissuar və ya diş pastası qabına incəsənət nümunəsi kimi baxmırdı.
Proseduralistlərin fikrincə, hansısa obyekti, sənət əsərinin yaradılması prosesi və ya obyekti sənət əsərinə çevirən proses incəsənət nümunəsinə çevirir, onun ilkin xarakteri və ya təyinatı isə bu zaman heç bir rol oynamır. Məsələn, Con Douinin fikrincə əgər şair hansısa bir parçanın şeir olduğunu qeyd edirsə, başqa şair və yazıçıların nə düşünməsinin əhəmiyyəti yoxdur. Eyni zamanda, əgər oxşar bir mətn sonradan məqaləni yazmaq üçün ilkin fikirlər formasında qələmə alınmış olsa, bu şeir kimi qəbul edilməyə bilər.
Digər tərəfdən, Lev Tolstoy qeyd edir ki, sənəti sənət edən onun müəllifi yox, onu qəbul edən auditoriyadır. Monro Berdsli kimi finksionalistlər isə qeyd edirlər ki, əşyanın sənət əsəri kimi qəbul edilməsi onun aid olduğu kontekstdə hansı finksiyanı yerinə yetirməsindən asılıdır. Məsələn, qədim bir yunan vazası bir kontekstə qeyri-sənət xüsusiyyəti (şərab qabı kimi) digər kontekstdə isə sənət əsəri xüsusiyyəti (insan fiqurlarının gözəlliyini qiymətləndirməyə kömək etməklə) daşımış ola bilər.
İncəsənətin klassifikasiyası haqqında mübahisələr
redaktəFilosof Devid Novitz qeyd edir ki, "insanların sosial həyatlarında yaşadıqları problemlər və onların maraqları incəsənətin bölünməsi haqqında mübahisələrdən daha vacibdir. Məsələn, "Daily Mail" Demien Herst və Treysi Eminin əsərini tənqid edərək "1.000 illik incəsənət tarixi boyunca biz ən gözəl incəsənət qollarından birinə sahib olmuşuq. Bu gün duzlu quzu və çirkli çarpayı bizim hamımızı barbarlara çevirmək istəyir" deyəndə incəsənətin klassifikasiyası yox, Hers və Eminin işinin dəyəri müzakirə olunur."
Digər tərəfdən Tyerri de Düv qeyd edir ki, incəsənətin klassifikasiyası haqqında mübahisələr Marsel Düşanın əl işlərinin incəsənət nümunəsi kimi təqdim edilməsinin labüd nəticəsidir. 1996-cı ildə nəşr edilmiş "Kant Düşandan sonra" adlı əsərində o, Kantın "Məhkəmənin tənqidi" əsərini şərh edərək "bu gözəldir" ifadəsini "bu incəsənətdir" ifadəsi ilə əvəzləyir, Kant estetikasını Düşandan sonrakı incəsənətə ünvanlayır.[6]
Konseptual incəsənət
redaktəFransız sənətkar Marsel Düşanın 1910–1920-ci illər arasında yaratdığı sənət işləri, kateqorizasiyaya meydan oxuyaraq və prototipik konseptual işlərə nümunə olaraq (məsələn əl işləri) konseptualist sənətkarlar üçün cığır açdı. Konseptual incəsənət bir hərəkat kimi 1960-cı illərdən vüsət almağa başlamışdır. Konseptual incəsənət hərəkatının ilk dalğası 1967–1978-ci illərdə yaranmışdır. Henri Flint, Robert Morris və Rey Conson kimi erkən konseptualist sənətkarlar, yaradıcılıqları sonrakı dövrə təsadüf edən Den Qrehem, Hans Heeki və Duqlas Hubler kimi sənətkarlara təsir göstərmişlər.
1990-cı illərdə Demien Herstin rəhbərlik etdiyi Gənc Britaniya rəssamları ("Young British Artists"/YBA-lar) məşhurlaşmağa başlayırlar, onların əsərləri konseptual sənət nümunəsi kimi qəbul edilsə də, tədqiqatçılar hansısa incəsənət əsərinin təsirini qeyd eləməkdə çətinlik çəkirlər. Bu termin ona görə onlara ünvanlandırılaraq işlədilir ki, təqdim etdikləri obyekt sənət əsəri olmur və adətən tapılmış, xüsusi sənətkarlıq bacarığı tələb etməyən istənilən obyekt (redi-meyd) onların əsərinin əsas materialına çevrilə bilir. Treysi Emin YBA-ların öndəgələn konsptualistlərindən biri olsa da, özü bunu təkzib edir.
Konseptual incəsənət üzrə mübahisələrə nümunələr
redaktə1991: Çarlz Saatçi Demien Hersti maliyyələşdirir, növbəti il Saatçi qalereyasında onun "Yaşayan birinin zehnində ölümün fiziki mümkünsüzlüyü" adlı əsəri sərgilənməyə başlayır. Əsər vitrinə salınmış pələng köpəkbalığından ibarətdir.
1993: Vanessa Bikroft gənc qızları yemək gündəliyinin ikinci auditoriyası kimi istifadə edərək İtaliyanın Milan şəhərində ilk performansını təqdim edir.
1999: Treysi Emin Törner mükafatına namizəd göstərilmişdir. Onun "Mənim yatağım" adlı işinin bir hissəsində qarışıq çarpayının ətrafına prezervativ, qan ləkəli alt paltarı, şüşə butulka və tərliklər kimi əşyaların səpələnməsi göstərilmişdi.
2001: Martin Krid "Sönən və yanan işıq" işinə görə Törner mükafatına layiq görülmüşdür. Onun bu işində boş otaqda işığın sğnməsi və yanması təsvir edilmişdi.
2002: Vitni Biennalisində Miltos Manetas "Whitneybiennial.com" saytını təqdim etmişdir.[7]
2005: Simon Starlinq "Anbarqayıqanbar" ("Shedboatshed") işinə görə Törner mükafatına layiq görülmüşdür. İş taxtadan hazırlanmış anbardan ibarətdir. Reyn çayında üzərkən qaylğa çevrilən anbar, geri qayıdarkən yenidən əvvəlki halını alır. [8]
Birləşmiş Krallıqda mübahisələr
redaktə1999-cu ildə əsası qoyulmuş Stukist rəssamlar birliyinin üzvləri özlərinin müasir fiqurativ rəssamlıq tərəfdarı olduğunu və anlamı olmadığına görə konseptual incəsənətə qarşı çıxdıqlarını bildirmişlər. Onlar konseptualizmi pafoslu, heç nə ilə yadda qalmayan və darıxdırıcı adlandırmış, 25 iyul 2002-ci ildə keçirilmiş Stukist nümayişində isə Vayt Kub qalereyasının qarşısında sərgilənən tabutun üstündə "Konseptual sənətin ölümü" yazmışdılar.[9][10] 2003-cü ildə Beynəlxalq Stukizm qalereyasında sərgilənən əsər "Ölü köpək balığı incəsənət deyil" adlandırılmış və Demien Herstin məşhur əsərinə istinad edilmişdir.[11]
2002-ci ildə Müasir İncəsənət İnstitutunun rəhbəri İvan Massou konseptual incəsənəti "ibarəli, öz rahatlığını fikirləşən və bacarıqsız" adlandırmış, "Teyt qalereyasından Ser Nikolas Serota kimi digərlərinin də işlətinin məhv olacağından qorxduqlarını" [12] bildirmişdir. Bu fikirləri səsləndirdikdən sonra Massou istefa verməyə məcbur olmuşdur. İlin sonunda incəsənət məktəbi məzunu olan Mədəniyyət Naziri Kim Houells Törner mükafatını "soyuq, mexaniki və konseptual zibil"[13] adlandırmışdır.
2004-cü ildə Saatçi Qalereyası açıqlamasında bildirmişdir ki, "rəsm əsərləri sənətkarların ünsiyyəti üçün əsas yol olaraq qalmaqdadır."[14] Bu açıqlamadan sonra Çarlz Saatçi özünün Gənc Britaniya rəssamları kolleksiyasından olan əsas işləri satmağa başlamışdır.
Kompüter və videooyunlar
redaktəKompüter oyunlarının tarixi 1947-ci ildən başlasa da, 1970-ci illərə kimi bu oyunlar geniş auditoriya arasında məşhur olmamışdır. Kompüter və videooyunlarının özündə müxtəlif növ incəsənət sahələrini (bu zaman incəsənət anlayışına yanaşmanın müxtəlif olmasını nəzərə almaqla) birləşdirdiyini imtina etmək çətin və qəribə olardı. Videooyunların qrafikasında kompüter incəsənəti, qrafik incəsənət və qismən video incəsənəti istifadə olunur, oyunların orijinal sondtreki isə əsl musiqi nümunəsidir. Lakin, videooyunlara ümumilikdə sənət əsəri kimi baxılması məsələsi mübahisə mövzusu olaraq qalmaqdadır, bəzi tədqiqatçılar onları interaktiv incəsənət nümunəsi hesab edirlər.
Məsələn, film tənqidçisi Rocer Ebert qeyd edir ki, videooyunları sənət nümunəsi deyil və struktur xüsusiyyətlərinə görə həmişə filmlərdən geridə qalacaqlar, lakin, sonradan o etiraf edir ki, "oxumağa yaxşı kitab və ya baxmağa yaxşı film olduğu müddətcə heç vaxt videooyun oynamayacaq" və buna görə də bu sahədə məlumatı azdır.[15] Videooyun dizayneri Hideo Kojima razılaşır ki, videooyun oynamaq incəsənət deyil, lakin, oyunlar bədii stil və incəsənət xüsusiyyətinə malikdirlər.[16][17] Videooyun dizayneri Kris Krouford qeyd edir ki, videooyunlar incəsənət nümunəsidir.[18] "Esquire" jurnalının köşə yazarı Çak Klosterman da videooyunları incəsənət nümunəsi adlandırır.[19] Tadk Kelli qeyd edir ki, oyun oynamaq özü incəsənət olmasa[20] da, oyunların hazırlanmasında incəsənət izləri görmək mümkündür.[21]
İstinadlar
redaktə- ↑ "Semiotics of the Media By Winfried Nöth". 2014-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-18.
- ↑ Hatcher, 1999
- ↑ Britannica Online, Art Arxivləşdirilib 2022-10-04 at the Wayback Machine
- ↑ Davies, 1991 və Carroll, 2000
- ↑ Novitz, 1992
- ↑ Thierry de Duve, Kant After Duchamp. 1996
- ↑ Mirapaul, Matthew. "ARTS ONLINE; If You Can't Join 'Em, You Can Always Tweak 'Em". The New York Times. 4 March 2002.
- ↑ One man and his boat shed sail into a storm over the Turner Arxivləşdirilib 2016-03-12 at the Wayback Machine, The Times
- ↑ Cripps, Charlotte. "Visual arts: Saying knickers to Sir Nicholas Arxivləşdirilib 2009-01-05 at the Wayback Machine, The Independent, 7 September 2004. Yoxlanılıb: 22 dekabr 2015.
- ↑ "White Cube demo 2002" Arxivləşdirilib 2019-08-08 at the Wayback Machine stuckism.com. Yoxlanılıb: 22 dekabr 2015
- ↑ Alberge, Dalya. "Traditionalists mark shark attack on Hirst" Arxivləşdirilib 2010-06-01 at the Wayback Machine, The Times, 10 April 2003. Yoxlanılıb: 22 dekabr 2015
- ↑ Concept art is pretentious tat, says ICA chief Arxivləşdirilib 2008-01-05 at the Wayback Machine, The Guardian
- ↑ Former minister Kim Howells to stand down as MP, The Daily Telegraph
- ↑ Reynolds, Nigel 2004 "Saatchi's latest shock for the art world is – painting" Arxivləşdirilib 2012-09-14 at Archive.today The Daily Telegraph 10 February 2004. Yoxlanılıb: 22 dekabr 2015
- ↑ "Why did the chicken cross the genders?". Chicago Sun-Times. 2010-06-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-22.
- ↑ "Official PlayStation Magazine (US)". Feb 2006. 2006.
- ↑ "A videogame is not art! — Hideo Kojima". 2018-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-22.
- ↑ Chris Crawford, The Art of Computer Game Design 1982 mirrored with permission at [1] Arxivləşdirilib 2010-06-12 at the Wayback Machine
- ↑ Chuck Klosterman "The Lester Bangs of Video Games" Esquire July 2006. at [2] Arxivləşdirilib 2008-05-16 at the Wayback Machine
- ↑ "Tadhg Kelly, Fun: Simple to Explain, Hard to Accept, 2011, at". 2015-10-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-22.
- ↑ "Tadhg Kelly, Living Galleries, 2011". 2015-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-22.
Ədəbiyyat
redaktə- Noel Carroll, Theories of Art Today. 2000
- Thierry de Duve, Kant After Duchamp. 1996
- Evelyn Hatcher, ed. Art as Culture: An Introduction to the Anthropology of Art. 1999
- David Novitz, ’’Disputes about Art’’ Journal of Aesthetics and Art Criticism 54:2, Spring 1996
- Nina, Felshin, ed. But is it Art? 1995
- David Novitz, The Boundaries of Art. 1992
- Stephen Davies, Definitions of Art. 1991
- Lev Tolstoy, İncəsənət nədir?