Inam Bogazi - Wikipedia
İnam_boğazı - Haqqında Məlumat
İnam boğazı (rus. Надежда (Пролив)) — Sakit okeanına daxil olan Matua adasını Rasşua adasından ayırır. Oxot dənizini Sakit okeanı ilə birləşdirir. Uzunluğu 15 km, ən dar eni isə 29 km təşkil edir. Dərinliyi 500 metrə çatır. Sahilləri sıldırımlı və qayalıdır. Boğazda Severnıy (Rasşua), Poloqıy (Matua) burnuları vardır. Sahillərinə yaxın sularda çoxlu sualtı və su üstü daşlı qayalıqlar vardır. Matua adasının şimalında Zakatnıy buxtası yerləşir. Boğazın sahillərində dərinlik 1,0 m təşkil edir. Sahillərində yaşayış məntəqələri yoxdur. Saxalin diyarının ərazisinə daxildir. Adlanmasına gəldikdə isə İvan Kruzenşternın 1805-ci ildə boğazı keçdiyi (rus. Надежда) gəmisinin şərəfinə adlandırılmışdır.
İnam boğazı | |
---|---|
rus. Надежда (Пролив) | |
Ümumi məlumatlar | |
Eni | minimum 29 km |
Uzunluğu | 15 km |
Ən böyük dərinliyi | 500 m |
Yerləşməsi | |
47°55′ şm. e. 153°08′ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Akvatoriyası | |
Ayırır | Matua adasını Rasşua adasından |
|