Implantlar - Wikipedia
İmplant — çatışmayan bioloji quruluşu əvəz etmək, zədələnmiş bioloji quruluşu dəstəkləmək və ya mövcud bioloji quruluşu gücləndirmək üçün hazırlanan tibbi cihaz. Tibbi implantlar transplantasiya edilmiş biotibbi toxuma olan transplantasiyadan fərqli olaraq süni cihazlardır. Bədənlə təmasda olan implantların səthi ən funksional olandan asılı olaraq titan, silikon və ya apatit kimi biotibbi materialdan hazırlana bilər.[1] Bəzi implantlar, məsələn, implantasiya edilə bilən həblər və ya dərman daxil edən stentlər kimi dərialtı dərman ötürmə cihazları bioaktivdir.[2]
Növləri
redaktəİmplantlar tətbiqinə görə şərti olaraq qruplara bölünə bilər:
Sensor və nevroloji
redaktəSensor və nevroloji implantlar ilkin hiss orqanlarına və beyinə təsir edən pozuntular, həmçinin digər nevroloji xəstəliklər üçün istifadə olunur. Onlar əsasən katarakta, qlaukoma, keratokonus və digər görmə pozuntuları kimi vəziyyətlərin müalicəsində istifadə olunur: otoskleroz və digər eşitmə problemləri, həmçinin orta qulaqın xəstəlikləri (məs. orta otit), epilepsiya, Parkinson xəstəliyi və müalicəyə davamlı depressiya kimi nevroloji xəstəliklər..[3][4]
Ürək-damar
redaktəÜrək-damar tibbi cihazları ürəyin, onun klapanlarının və digər qan dövranı sisteminin pozulduğu hallarda implantasiya edilir. Onlar ürək çatışmazlığı, ürək aritmiyası, mədəcik taxikardiyası, stenokardiya və ateroskleroz kimi xəstəlikləri müalicə etmək üçün istifadə olunur. Nümunələrə süni ürək, süni ürək qapağı, implantasiya edilə bilən kardioverter-defibrilator, süni kardiostimulyator və koronar stent daxildir.[3][4]
Ortopedik
redaktəOrtopedik implantlar bədənin sümükləri və oynaqları ilə bağlı problemləri aradan qaldırmağa kömək edir.[5] Onlar sümük qırıqları, osteoartrit, skolioz, onurğa stenozu və xroniki ağrıları müalicə etmək üçün istifadə olunur. Nümunələrə, sınıq sümükləri sağalarkən düzəltmək üçün istifadə olunan müxtəlif növ sancaqlar, çubuqlar, vintlər və lövhələr daxildir.[3][4]
Sink və kalsium əlavələri ilə maqnezium əsaslı metal şüşələr bioloji parçalana bilən tibbi implantlar üçün potensial metal biomateriallar kimi sınaqdan keçirilir.[6][7]
Ortopedik implantları olan xəstələr bəzən dayaq-hərəkət aparatının ətraflı müayinəsi üçün maqnit rezonans tomoqrafiyasından (MRT) keçməli olurlar. Buna görə də, implantın boşaldılması və xaric olması, ətrafdakı toxumalara termal ziyan vura bilən implant metalının qızdırılması və görüntüləmə nəticələrinə təsir edən MRT skanının təhrifi ilə bağlı narahatlıqlar qaldırılmışdır. 2005-ci ildə ortopedik implantların tədqiqi göstərdi ki, ortopedik implantların əksəriyyəti xarici fiksator sıxacları istisna olmaqla, 1.0 Tesla MRT skan aparatının altındakı maqnit sahələrinə reaksiya vermir.[8] Bununla belə, 7.0 Tesla-da bir neçə ortopedik implant, daban və fibular implant kimi MRT maqnit sahələri ilə əhəmiyyətli qarşılıqlı təsir göstərir.[9]
Elektrik
redaktəElektrik implantları revmatoid artrit ağrısını aradan qaldırmaq üçün istifadə olunur.[10] Revmatoid artritli xəstələrin boynuna elektrik implantı qoyulur, implant azan sinirindəki elektrodlara elektrik siqnalları göndərir..[11][12] Cihaz revmatoid artritli insanların həyatları boyu müalicəsinə alternativ olaraq sınaqdan keçirilir.[13]
Kontrasepsiya
redaktəKontraseptiv implantlar, ilk növbədə, arzuolunmaz hamiləliyin qarşısını almaq və menorragiyanın qeyri-patoloji halları müalicə etmək üçün istifadə olunur. Nümunələrə mis və hormon tərkibli kontraseptiv spirallar daxildir.[4][14]
Kosmetik
redaktəKosmetik implantlar — protezlər — bədənin bəzi hissələrini məqbul estetik normaya qaytarmağa çalışır. Onlar döş xərçəngi səbəbiylə mastektomiyadan sonra, bəzi eybəcərlikləri düzəltmək və bədənin hissələrini dəyişdirmək (məsələn, omba böyütmə və çənə böyütmə) üçün istifadə olunur. Nümunələrə döş implantı, burun protezi, göz protezi və inyeksiyon doldurucular daxildir.[3][4]
Digər orqan və sistemlər
redaktəBədəndə, o cümlədən mədə-bağırsaq, tənəffüs və uroloji sistemlərdə orqan disfunksiyasının digər növləri baş verə bilər. İmplantlar bu və digər yerlərdə qastroezofageal reflüks xəstəliyi, qastroparez, tənəffüs çatışmazlığı, yuxu apnesi, sidik qaçırma, nəcis saxlamama və erektil disfunksiya kimi xəstəlikləri müalicə etmək üçün istifadə olunur.[4][15][16][17][18][19]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Wong, J.Y.; Bronzino, J.D.; Peterson, D.R., redaktorlar Biomaterials: Principles and Practices. Boca Raton, Florida: CRC Press. 2012. 281. ISBN 9781439872512. İstifadə tarixi: 12 March 2016.
- ↑ "Download Product Code Classification Files". FDA.org/medicaldevices. Food and Drug Administration. 4 November 2014. 24 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 March 2016.
Relevant info in the foiclass.zip file.
- ↑ 1 2 3 4 Wong, J.Y.; Bronzino, J.D.; Peterson, D.R., redaktorlar Biomaterials: Principles and Practices. Boca Raton, Florida: CRC Press. 2012. 281. ISBN 9781439872512. İstifadə tarixi: 12 March 2016.
- ↑ 1 2 3 4 5 6 McLatchie, G.; Borley, N.; Chikwe, J., redaktorlar Oxford Handbook of Clinical Surgery. Oxford, UK: OUP Oxford. 2013. 794. ISBN 9780199699476. İstifadə tarixi: 12 March 2016.
- ↑ Thomas, Daniel; Singh, Deepti. "3D printing in surgery - The evolving paradigm-shift in surgical implants on demand". International Journal of Surgery (London, England). 42. June 2017: 58–59. doi:10.1016/j.ijsu.2017.04.027. ISSN 1743-9159. PMID 28435025.
- ↑ Ibrahim, H.; Esfahani, S. N.; Poorganji, B.; Dean, D.; Elahinia, M. "Resorbable bone fixation alloys, forming, and post-fabrication treatments". Materials Science and Engineering: C. 70 (1). January 2017: 870–888. doi:10.1016/j.msec.2016.09.069. PMID 27770965. 2021-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-27.
- ↑ Nowosielski R., Cesarz-Andraczke K., Sakiewicz P., Maciej A., Jakóbik-Kolon A., Babilas R., Corrosion of biocompatible Mg66+XZn30-XCa4 (X=0.2) bulk metallic glasses Arxivləşdirilib 2016-11-21 at the Wayback Machine, Arch. Metall. Mater. 2016 vol. 61 iss. 2, s. 807–810
- ↑ Ritabh, Kumar; Richard, A Lerski; Stephen, Gandy; Benedict, A Clift; Rami, J Abboud. "Safety of orthopedic implants in magnetic resonance imaging: An experimental verification". Journal of Orthopaedic Research. 24 (9). 12 July 2006: 1799–1802. doi:10.1002/jor.20213. PMID 16838376.
- ↑ David, X Feng; Joseph, P McCauley. "Evaluation of 39 medical implants at 7.0 T". British Journal of Radiology. 88 (1056). 9 November 2015: 20150633. doi:10.1259/bjr.20150633. PMC 4984944. PMID 26481696.
- ↑ "With Bioelectronic Medicine, SetPoint Medical Wants To Revolutionize Autoimmune Disease Treatment". Forbes Magazine (ingilis). 2019-03-29. 2022-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-19.
- ↑ "Arthritis sufferers offered hope after electrical implants leave". The Independent (ingilis). 2014-12-23. 2019-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-01.
- ↑ Peeples, Lynne. "Core Concept: The rise of bioelectric medicine sparks interest among researchers, patients, and industry". Proceedings of the National Academy of Sciences (ingilis). 116 (49). 2019-12-03: 24379–24382. doi:10.1073/pnas.1919040116. PMC 6900593. PMID 31796581.
- ↑ Association, Press. "New arthritis implant hailed as 'magic'". The Guardian (ingilis). 2014-12-23. ISSN 0261-3077. 2022-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-01.
- ↑ Duke, J.; Barhan, S. Chapter 27: Modern Concepts in Intrauterine Devices // Falcone, T.; Hurd, W. (redaktorlar ). Clinical Reproductive Medicine and Surgery. Elsevier Health Sciences. 2007. 405–416. ISBN 9780323076593. İstifadə tarixi: 12 March 2016.
- ↑ "Upper G.I. Surgery - Gastroesophageal Reflux Disease (GERD)". Keck School of Medicine of USC. 9 May 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 March 2016.
- ↑ "Gastric Electrical Stimulation". The Regents of The University of California. 30 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 March 2016.
- ↑ Chapter 1, Part 2, Section 160.19: Phrenic Nerve Stimulator (PDF) // Medicare National Coverage Determinations Manual. Centers for Medicare and Medicaid Services. 27 March 2015. 1 September 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 19 February 2016.
- ↑ Simmons M, Montague D. "Penile prosthesis implantation: past, present, and future". International Journal of Impotence Research. 20 (5). 2008: 437–444. doi:10.1038/ijir.2008.11. PMID 18385678.
- ↑ Hjort, H; Mathisen, T; Alves, A; Clermont, G; Boutrand, JP. "Three-year results from a preclinical implantation study of a long-term resorbable surgical mesh with time-dependent mechanical characteristics". Hernia. 16 (2). April 2012: 191–7. doi:10.1007/s10029-011-0885-y. PMC 3895198. PMID 21972049.