Imisli - Wikipedia
Bu məqalə İmişli şəhəri haqqındadır. Rayon üçün İmişli rayonu səhifəsinə baxın. |
İmişli – Azərbaycan Respublikasının İmişli rayonunun inzibati mərkəzi.
Şəhər | |
İmişli | |
---|---|
39°52′11″ şm. e. 48°03′36″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 8 avqust 1930 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 0 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ3000 |
Digər | |
imishli.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə1938-ci ildə rayon mərkəzi Qaradonlu kəndindən İmişliyə köçürülmüşdür. 1944-cü ildə İmişli şəhər tipli qəsəbə, 1960[1]-cı ildə isə rayon tabeli şəhər statusunu almışdır.
İqtisadiyyatı
redaktə2006-cı ildə İmişlidə Azərsun Holdinq şirkətinin sərmayəsi ilə Cənubi Qafqazda ən böyük şəkər emalı zavodu olan İmişli Şəkər Zavodu açılmışdır. Zavoda bütövlükdə 97 milyon dollar sərmayə qoyulub. Zavod hər gün 1000 ton olmaqla il ərzində 300–350 min ton şəkər emal edəcək. 10 milyon dollar əlavə sərmayə qoyuluşundan sonra zavodun emal gücünün daha 50% artacağı planlaşdırılır. Zavodunun işçi heyəti 1.400 nəfərdir.[2]
Əhali
redaktə1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi tatar dilində danışan şiə tatarlardan ibarət olmuşdur.[3]
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
|
Görkəmli şəxsləri
redaktə- Müseyib bəy Əxicanov-Azerbaycan Demokratik Cumhuriyyetinin qurucularından biri, Bakı quberniyasının qubernatoru
- Vüsal Qasımlı – Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, İqtisad elmləri doktoru, professor
- İltizam Əkbərli – İmişli Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, Milli Məclisin deputatı
- Xanhüseyn Kazımlı – Milli Məclisin deputatı
- Nuşirəvan Məhərrəmli – Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri
- Bəhram Zahidov – AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitunun direktorunun elmi işlər üzrə müavini, Hüquq elmləri doktoru, professor, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Şamaxı, Sabirabad və Xəzər (Əzizbəyov) rayonlarının sabiq prokuroru
- Niyaməddin Musayev – müğənni, aktyor
- Səyyad Aran – Azərbaycanın İstanbuldakı keçmiş baş konsulu
- Şamil Hüseynov – Neftçala Rayon İcra Hakimiyyətinin keçmiş başçısı
- Akif Təvəkküloğlu- Milli Məclisin mətbuat katibi
- Qəşəm Nəcəfzadə – şair
- Simarə İmanova- xanəndə
- Elmira Qasımova- Milli Məclisin keçmiş deputatı
Qalereya
redaktəİstinadlar
redaktə- ↑ Президиум Верховного Совета Азербайджанского ССР. "Азербайджанская ССР, Административно-территориальное деление на 1 января 1961-го года". Азербайджанское государственное издательство, Баку, 1961, стр. 8
- ↑ İMİŞLİDƏ QAFQAZIN ƏN İRİ ŞƏKƏR ZAVODU AÇILIB [ölü keçid]
- ↑ Кавказский календарь на 1856 год (rus). Tiflis: Tipografiya kantselyarii Ye.I.V. na Kavkaze, kazenny dom. 1856. 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-16.
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1959).
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1970).
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1979).
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1989).
Azərbaycan haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Şəhər haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |