Ilyas Abdullayev - Wikipedia
İlyas Kərim oğlu Abdullayev (10 (23) mart 1913, Ağstafa, Qazax qəzası – 30 aprel 1985, Bakı) — dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki. Azərbaycanda tutçuluq elminin əsasını qoyan görkəmli akademik, bioloq, ictimai xadim, eyni zamanda Azərbaycan SSR EA-nın Genetika və Seleksiya İnstitutunun tut bitkisinin genetika və seleksiyası şöbəsinin müdiri, Azərbaycan SSR EA-nın biologiya elmləri bölməsinin akademik katibinin müavini, Azərbaycan SSR kənd təsərrüfatı naziri (1950–1954), Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini (1954–1958), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1958–1959), SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin müavini (1958–1962). "Qırmızı Əmək Bayrağı", "Şərəf Nişanı", SSRİ medalları və SSRİ XTNS-nin qızıl medalları ilə təltif edilmişdir. "Azərbaycan SSR-in Atlası"nın hazırlanması və nəşri üzrə Azərbaycan SSR EA-sı komissiyasının sədri, Azərbaycan Sovet Ensiklopediyası elmi redaksiya şurasının üzvü, Azərbaycan genetiklər və seleksiyaçılar cəmiyyətinin prezidenti, Azərb. SSR EA "Xəbərləri" (biologiya elmləri seriyası) jurnalının redaktor müavini olmuşdur.
İlyas Abdullayev | |
---|---|
23 yanvar 1958 – 26 noyabr 1959 | |
Əvvəlki | Mirzə İbrahimov |
Sonrakı | Səftər Cəfərov |
9 mart 1954 – 23 yanvar 1958 | |
Sədr | Sadıq Rəhimov |
Əvvəlki | Möhbalı Əmiraslanov |
Sonrakı | Mahmud Məmmədov |
25 oktyabr 1948 – 27 may 1950 | |
Sədr | Teymur Quliyev |
6 yanvar 1954 – 9 mart 1954 | |
Əvvəlki | özü (kənd təsərrüfatı və tədarük naziri kimi) |
Sonrakı | Həsən Seyidov |
27 may 1950 – 26 mart 1953 | |
Əvvəlki | Əhməd Xəlilov |
Sonrakı | özü (kənd təsərrüfatı və tədarük naziri kimi) |
26 mart 1953 – 6 yanvar 1954 | |
Əvvəlki | özü (kənd təsərrüfatı naziri kimi) |
Sonrakı | özü (kənd təsərrüfatı naziri kimi) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 (23) mart 1913 |
Doğum yeri | |
Vəfat tarixi | 30 aprel 1985 (72 yaşında) |
Vəfat yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | akademik[d], siyasətçi, aqronom |
Elmi fəaliyyəti | |
Elm sahəsi | Aqronomiya[1], kənd təsərrüfatı[1] |
Elmi dərəcəsi |
|
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəİlyas Abdullayev 23 mart 1913-cü ildə Qazax qəzasının, Qıraq Kəsəmən kəndində dünyaya gəlmişdir. 1921–1926-cı illərdə Ağstafa beşillik dəmiryolu məktəbində oxuyub. 1926–1930-cu illərdə isə Zaqatala kənd təsərrüfatı texnikumunda təhsilini davam etdirib[2]. 1934-cü ildə Azərbaycan Kənd Təssərüfatı İnstitutunu bitirmiş və eyni zamanda 1932–1934-cü illərdə "İpəkçilik" kafedrasında laborant işləmişdir. 1939-cu ildə namizədlik dissertasiyasını müdafiə etmişdir.
1934–1938-ci illərdə AKTİ-nin aspirantı olmuş və eyni zamanda ipəkçilik şöbəsində tutçuluq kursundan mühazirələr oxumuşdur. İ. K Abdullayevin böyük istedadını nəzərə alaraq 1934-cü ilin avqust ayında Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi onu eyni zamanda Azərbaycan elmi-tədqiqat ipəkçilik stansiyasına işə göndərmişdir. Beləliklə də o, 1934–1935-ci illərdə tutçuluq şöbəsində elmi işçi, 1936–1940-cı illərdə isə müdir vəzifəsində işləmişdir. O, qısa zamanda özünü bacarıqlı təşkilatçı kimi göstərmiş və 1941–1942-ci illərdə eyni zamanda Azərbaycan elmi-tədqiqat İpəkçilik Stansiyasının direktoru vəzifəsində çalışmışdır[2].
1955-ci ildən Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü, 1959-cu ildən Azərbaycan SSR EA-nın Genetika və Seleksiya İnstitutunun tut bitkisinin genetika və seleksiyası şöbəsinin müdiri olmuşdur.
Fəaliyyəti
redaktəAzərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsinin müdir müavini və müdiri (1942–1948), Azərbaycan SSR Nazirlər Soveti Sədrinin müavini (1948–1950), Azərbaycan SSR kənd təsərrüfatı naziri (1950–1954), Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini (1954–1958), habelə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1958–1959) vəzifələrində çalışmışdır.
SSRİ Ali Soveti və Azərbaycan SSR Ali Sovetinin bir neçə çağırışlarının deputatı, Ümumittifaq kommunist (bolşeviklər) partiyası, SovİKP, və Azərbaycan Kommunist Partiyası və Kommunist Partiyasının bir sıra qurultaylarının deputatı, Azərbaycan KP (b) və KP-nın Mərkəzi Komitəsi habelə Azərbaycan KP-nın Bürosunun üzvü, SovİKP Mərkəzi Komitəsi Plenumlarının iştirakçısı olmuşdur.
Mükafatları
redaktə"Qırmızı Əmək Bayrağı", "Şərəf Nişanı", SSRİ medalları və SSRİ XTNS-nin qızıl medalları ilə təltif edilmişdir.
SSRİ EA-nın akademiki Nikolay Dubinin onun fəaliyyətini belə qiymətləndirmişdir: "Akademik İ. K. Abdullayevin işləri, genetika, sitologiya, və seleksiya ittifaqının ən gözəl nümunələrindən biridir. Onun əməyi, genetika və eksperimental poliploidiya metodları ilə bir çox seleksionerlərə bitkilərin təbiətini dəyişdirilməsi işlərində yol göstərir".
İlyas Abdullayev 30 aprel 1985-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Əsərləri
redaktə- Azərbaycan SSR üçün tutçuluq üzrə aqroqaydalar. Bakı: Azərnəşr, 1959, 128 s.
- Azərbaycan yem tutlarının sort tərkibi (rus dilində). Bakı: Azərbaycan SSR EA-nın nəşri, 1964, 156 s.
- Çiyələyin biologiya və seleksiyası məsələləri (rus dilində). Bakı: Elm, 1970, 116 s. (həmmüəllif Musayev A. İ).
- Azərbaycanda üzümün genetika və seleksiyası məsələləri (rus dilində). Bakı: Elm, 1981, 76 s.
- Poliploid tutunun anatomik xüsusiyyətləri (rus dilində). Bakı: Elm, 1984, 52 s. (həmmüəllif Şiriyeva L. A.)
Seçilmiş mənbələr
redaktə- İlyas Kərim oğlu Abdullayev: biobiblioqrafiya məlumat toplusu / müəllif-tərtibatçılar Fəhəm Paşa oğlu Kəsəmənli, V. B. Stupak. – Sankt-Peterburq, 2008. – 47 s. (rus dilində)
- İlyas Kərim oğlu Abdullayev // Təbiətşünaslıq və texnika xadimlərinin bioqrafik lüğəti. – M.: Böyük Sovet Ensiklopediyası, 1958. c. 1. – S. 4–5. (rus dilində)
- İlyas Kərim oğlu Abdullayev // Kiçik Sovet Ensiklopediyası. – M.: Böyük Sovet Ensiklopediyası, c. 1. – S. 14–15. (rus dilində)
- İrsiyyəti dəyişərək // Pravda, 1971, 13 oktyabr. (rus dilində)
- Abdullayev İlyas Kərim oğlu // Azərbaycan Sovet Ensiklopediyası, Bakı, 1976, c. 1. – S. 17.
- İ. K. Abdullayev (nekroloq) // "Kommunist" Qəzeti, Bakı, 1985, № 102, 2 may. – S.4.
- İlyas Kərim oğlu Abdullayev // 3-cildlik üzümçülük ensiklopediyası. Kişinyov: Moldaviya Sovet Ensiklopediyasının Baş Redaksiyası, 1986, c. 1. – S. 9 (rus dilində)
Şəkillər
redaktə-
Oğulları, Fikrət və Hikmətlə, 1980-ci il
-
Həmkarları ilə (solda akademik Mirzəağa Əlizadə)
Mənbə
redaktə- Əli Hüseynov, Məcnun Babayev. "Məşhur biologiya alimləri", Bakı, "Maarif", 2002. səh.157
İstinadlar
redaktə- ↑ 1 2 Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ 1 2 "Görkəmli elm və dövlət xadimi". 2016-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-25.