Ilyas Ehmedov Siyasetci - Wikipedia
İlyas Əhmədov (19 dekabr 1960, Qazaxıstan SSR) — hərbi və siyasi xadim, Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrinin komandanı, Çeçen İçkeriya Respublikasının Xarici İşlər Naziri vəzifəsində çalışmış şəxs[1]. 2004-cü ildə ABŞ-dən siyasi sığınacaq almışdır.
İlyas Əhmədov | |
---|---|
Doğum tarixi | 19 dekabr 1960 (63 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | siyasətçi |
Bioqrafiyası
redaktəQazaxıstanda deportasiya edilmiş çeçenlərin ailəsində anadan olmuşdur[2]. Orta məktəbi Qroznıda bitirir. 1991-ci ildə Rostov Dövlət Universitetində təhsilini başa vurur. Sovet ordusunun zabiti olur. 1991-1994-cü illərdə Moskvada bizneslə məşğul olur.
1991-ci ildə Cövhər Dudayev Əhmədovu Çeçen İçkeriya Respublikasının xarici işlər nazirinin birinci müavini təyin edir.
1994-cü ilin avqustunda İlyas Əhmədov Şamil Basayevin dəstəsinin tərkibində Arqunda Ruslan Labazanovun müxalif dəstəsinə qarşı döyüşlərdə iştirak edir. Atışma zamanı ayağından yaralanır və 4 ay Çeçenistan Respublikasından kənarda müalicə olunur[3].
Birinci Çeçenistan müharibəsi
redaktə1994-cü ilin dekabrında Birinci Çeçenistan müharibəsi başlayandan sonra Çeçenistana qayıdır, Rusiya ordusuna qarşı döyüşlərdə iştirak edir. O, Şamil Basayevin adyutantı olub. İlyas Əhmədov prezident Aslan Masxadovun yaxın çevrəsinin üzvü olur.
31 dekabr 1994-cü ildə Qroznının Staropromıslovski rayonunda könüllü olaraq Qroznı uğrunda döyüşlərdə iştirak etmişdir.
ÇİR Xarici İşlər Naziri
redaktə1999-cu ilin iyununda ÇİR-nın Prezidenti Aslan Masxadov onu xarici işlər naziri təyin edir. Bəlkə də o zaman Əhmədov sonuncu dəfə Çeçenistanda olur. Əhmədov müxtəlif ölkələrə səfər edərək, bu ölkələrin hökumətlərinin və beynəlxalq təşkilatların rəhbərliyinin diqqətini Rusiyanın İçkeriya Respublikasının işlərinə müdaxiləsinə yönəltməyə çalışır. 1999-cu ilin sonunda Çexiyaya səfər edir. 2000-ci ilin fevralında o, AlmaniyaXarici İşlər Nazirliyinin İnsan Hüquqları üzrə müvəkkili tərəfindən qəbul edilmiş və bundan sonra mətbuat konfransı keçirmişdir. Rusiya Xarici İşlər Nazirliyi buna etiraz etmişdir.
2000-ci ilin mayında Əhmədova ABŞ-yə çoxdəfəlik giriş vizası alır. Bu Rusiya-Amerika sammitinin hazırlanmasında bəzi çətinliklərə səbəb olur. Səbəb isə Rusiya tərəfinin bəyanatlarına görə, Əhmədov "çeçen terrorçularının maraqlarını təmsil edir".
2000-ci ilin iyununda o, ABŞ dövlət katibi Madlen Olbrayt və Zbiqnev Bjezinski ilə görüşür.
2004-cü ildə Massaçusets ştatının Boston şəhərindəki İmmiqrasiya Məhkəməsinin qərarı ilə Əhmədova siyasi sığınacaq verilir. Rusiya hakimiyyətinin bu qərara etiraz etmək cəhdi uğursuz olur. 2004-cü ildə Amerikanın qeyri-hökumət təşkilatı "Demokratiya üçün Milli Fondu" Əhmədova Reyqan-Faszel tədqiqat qrantı ayırır, bu qrant çərçivəsində Əhmədov "Çeçenistan mübarizəsi: qələbə və məğlubiyyət" kitabını yazıb nəşr etdirir. Kitab 2010-cu ildə Makmillan tərəfindən nəşr olunub, kitaba ön sözü politoloq Zbiqnev Bjezinski yazıb.
20 yanvar 2011-ci ildə Vaşinqtonda Demokratiyanın İnkişafı Fondunda kitabın təqdimatı olur. Kitab Rusiya hakimiyyətinin növbəti etirazına və ABŞ-nin Moskvadakı səfirliyi qarşısında kütləvi etiraz aksiyasına səbəb olur.
İlyas Əhmədov hazırda ABŞ-də yaşayır. Ailəlidir və üç oğlu var.
İstinadlar
redaktə- ↑ "İlyas Əhmədov (siyasətçi)". 2021-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-27.
- ↑ "İlyas Əhmədovun bioqrafiyası". 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-27.
- ↑ "«Akhmadov Interview» — Small Wars Journal" (PDF). 2008-08-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-10-27.
Ədəbiyyat
redaktə- Ilyas Akhmadov, Miriam Lanskoy. The Chechen Struggle: Independence Won and Lost. — Palgrave Macmillan, 2010. ISBN 0-230-10534-3