Ilqar Mahmudov - Wikipedia
İlqar Akif oğlu Mahmudov (2 iyun 1975, Bakı) — Quba Rayon İcra Hakimiyyətinin başçısı (2023).
İlqar Mahmudov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 iyun 1975 (49 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | dövlət xadimi |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
Həyatı
redaktə2 iyun 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1992-ci ildə Bakı şəhəri Nəsimi rayonu 211 saylı tam orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Əlaqələr fakültəsinə daxil olmuş, 1997-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 2001–2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Münasibətlər və 2007–2010-cu illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültələrində əlavə təhsil almışdır.[1]
Əmək fəaliyyətinə 1997-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyində başlamışdır. 1997–2003-cü illərdə nazir köməkçisi, 2003–2016-cı illərdə Bakı Humanitar Kollecinin direktoru, 2016–2018-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Şəki, Oğuz, Qəbələ rayonları üzrə 4 saylı Ərazi Maliyyə Hesablama Mərkəzinin rəisi, 2018–2019-cu illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Ümumi təhsil şöbəsinin müdir müavini, 2019-cu ildən 2023-cü ilin sentyabr ayınadək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Hüquq elmləri namizədidir.
Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2023-cü il tarixli Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.[2]
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir iki övladı var.
İstinadlar
redaktə- ↑ "İcra hakimiyyətinin başçısı". 2024-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-26.
- ↑ "İ.A.Mahmudovun Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-26.