Ilk Cixis Sureti - Wikipedia
İlk çıxış sürəti və ya Mərminin çıxış sürəti — odlu silahlarda barıtın itələmə qüvvəsi ilə mərminin qüllədən çıxdığı zamandakı sürətini göstərir.
Mərmi çıxış sürəti mərminin qüllədən çıxdığı andakı sürətini göstərməklə bərabər, eyni zamanda silahın gücünü də göstərir. Mərmi çıxış sürəti tez-tez mərmi sürəti ilə qarışdırılır. Bundan əlavə, qətiyyətlə demək olar ki, bugünkü texnologiyalar ilə heç bir mərmi mənzili daxilində eyni sürət ilə hərəkət etmir. Mərmi çıxış sürəti yalnız qüllədən çıxma sürətini göstərir və mərminin sürəti ilə qarışdırılmamalıdır. Mərmi çıxış sürəti dövrə və zamana, növünə və kalibrinə, qüllə çapına, həmçinin silahın içərisindəki pərçim dəstlərinə (yiv səthləri) görə dəyişir. İlkin sürət 330 m/s (subsonik) ilə 1800 m/s arasında fərqli qiymətlər ala bilər. Tanklar tərəfindən istifadə edilən KE mərmisi yüksək qüllədən çıxış sürətinə malikdir.
Xarici keçidlər
redaktə- Atıcı silah patronlarının ballistik testi üçün cihaz
- Silah emalatxanası: İlk çıxış sürəti: əsas faktorlar
Hərb haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |