Ilham Rehimov - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
İlham Rəhimov (14 yanvar 1951, Qaraxanlı, Tovuz rayonu) — Azərbaycan alimi, hüquq elmləri doktoru, professoru, biznesmeni.
İlham Rəhimov | |
---|---|
Doğum tarixi | 14 yanvar 1951 (73 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı |
|
Elm sahəsi | Hüquq |
Elmi dərəcəsi | Hüquq elmləri doktoru |
Elmi adı | Professor |
Təhsili |
|
Elmi rəhbəri | Nikolay Belyayev[1] |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəRəhimov İlham Məmmədhəsən oğlu 14 yanvar 1951-ci ildə Tovuz rayonunda anadan olmuşdur. 1970–1975-ci illərdə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsində təhsil almış, 1975–1978-ci illərdə Leninqrad Dövlət Universitetinin cinayət hüququ kafedrasında əyani aspirantı olmuş, 1978-ci ildə isə hüquq elmləri namizədi elmi adını almışdır. Onun elmi rəhbəri Rusiya Federasiyasının əməkdar elm xadimi, hüquq elmləri doktoru, Sankt-Peterburq Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ kafedrasının professoru, Rusiya Təhsil Nazirliyinin hüquq elmləri üzrə Baş Şurasının sədri Nikolay Aleksandroviç Belyayev (1923–2004) olmuşdur.
1988-ci ildə Leninqrad Dövlət Universitetində doktorluq dissertasiyası müdafiə etmişdir. Bununla da o postsovet məkanında cinayət hüququ sahəsində ən gənc elmlər doktoru olmuş, 1996-cı ildə isə professor elmi adını almışdır.
Əmək fəaliyyətinə Azərbaycan EA Fəlsəfə və Hüquq İnstitutunda kiçik elmi işçi kimi başlamış, uzun müddət Azərbaycan Respublikası Ədliyyə Nazirliyində idarə rəisi vəzifəsində işləmişdir. 1982–1992-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik idarəsinin müdiri vəzifəsində işləmiş, Kollegiyanın üzvü olmuşdur. Həmin dövrdə İ. Rəhimov tərəfindən çoxlu sayda normativ aktlar, eləcə də qanunvericilik aktları üzrə nəticələr hazırlanmışdır.
1992–1996-cı illərdə Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya problemləri üzrə Elmi-tədqiqat institutunun direktoru vəzifəsində işləmişdir. 1996–2000-ci illərdə müxtəlif ali məktəblərdə hüquq fənnindən dərs demiş, eləcə də Ali Diplomatiya Kollecində (indiki Avrasiya Universitetində) elmi işlər üzrə prorektor vəzifəsində işləmişdir.
Şəxsi həyatı
redaktəİlham Rəhimov 2012-2013-cü illərdə deputat Rəbiyyət Aslanova ilə evli olmuşdur.[2] O bir müddət Ruhi ilə də nigahlı olmuş və ondan ekiz oğulları olmuşdur.[3]
Siyasi fəaliyyəti
redaktəİlham Rəhimov 2001-ci il əlavə parlament seçkilərində 87 saylı Tovuz seçki dairəsi üzrə deputatlığa bitərəf namizəd olmuş, 6080 səs (bütün səslərin 23,97%-i) toplayaraq seçkiləri bitərəf namizəd İlqar Qılıcovun ardınca ikinci sırada tamamlamışdır.[4]
Elmi yaradıcılığı
redaktəCinayət və islah-əmək hüququ üzrə yüzə yaxın elmi məqalələrin, eləcə də bir neçə məhkəmə və qanunvericiliyin fundamental problemlərinə həsr olunmuş monoqrafiyaların müəllifidir. Onun yaradıcılığında "İslah-əmək təsirinin nəzəri və praktiki problemləri" (Bakı, 1981), "Məhkəmə proqnozlaşdırılmasının nəzəriyyəsi" (Bakı, 1987), "Cəzanın fəlsəfəsi və onun vəzifəsinin problemləri" (Bakı, 1998), "Cinayətkarlıq və cəza" (Moskva, 2012), "Cinayət və cəzanın fəlsəfəsi" (S.-Peterburq, 2013) kitabları mühüm yer tutur.
İ. M. Rəhimovun "Cinayət və cəzanın fəlsəfəsi" kitabı 2014-cü ildə Azərbaycan dilində (elmi redaktor: Sakit Hüseynov, tərcüməçilər: Aydın Əlizadə, Elsevər Səmədov) çap edilmişdir.
İ. M. Rəhimov 1992–1993-cü illərdə hazırlanmış məhkəmə sistemində islahatlar Konsepsiyasının ilk müəllifi olmuşdur. 1994-cü ildə isə cinayətkarlıqla mübarizə üzrə dövlət proqramını hazırlamışdır.
O, 18 aprel 2004-cü ildə Rusiya Təhlükəsizlik, Müdafiə, Qanunun aliliyi Akademiyasının akademiki seçilmişdir. İlham Rəhimov bu akademiyanın akademiki adına layiq görülmüş ikinci azərbaycanlıdır.
"METAFİZİKA" beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 16-cı sayından jurnalın "Hüquq və Siyasi elmlər" üzrə redaksiya heyətinin üzvüdür.[5]
İ. M. Rəhimov 2023-cü ildə Rusiya Elmlər Akademiyasının Ümumi yığıncağının qərarı ilə Rusiya Elmlər Akademiyasının akademiki seçilib.
Mükafat və təltifləri
redaktə- İlham Rəhimov 2005-ci ildə Azərbaycan və Rusiya arasında dostluq əlaqələrinin və əməkdaşlığın möhkəmləndirilməsi sahəsində gördüyü işlərə görə 2-ci dərəcəli Böyük Pyotr ordeni ilə təltif olunmuşdur. O birinci azərbaycanlıdır ki, bu ordenə layiq görülmüşdür.
- 27 avqust 2009-cu ildə Beynalxalq Qara dəniz və Xəzər dənizi əməkdaşlıq və tərəfdaşlıq fondunun direktorlar Şurasının Fəxri üzvü seçilmişdir. Xalqlar və dinlərin bir-birinə yaxınlaşması, eləcə də cəmiyyətin inkişafında xidmətlərinə görə Beynəlxalq fondun diplom və medalları ilə təltif edilmişdir. Fondun ilk diplomu Azərbaycan alimi, professor İ. Rəhimova verilmişdir.
- 2011-ci ildə İ. Rəhimova Azərbaycan Respublikası Prezidentinin qərarı ilə "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adı verilmişdir.
- 2011-ci ildə İ. Rəhimov Fransanın "Beynalxalq İnsan hüquqları müdafiə komitəsinin" I dərəcəli (ali) "Aypara və ulduz" ordeni ilə təltif edilmiş və ona Beynəlxalq "Aypara və ulduz" ordeninin kavaleri fəxri adı verilmişdir.
- Professor İlham Rəhimov 2014-cü ilin fevral ayında mərkəzi ofisi Nyu-Yorkda yerləşən Albert Eynşteyn adına Beynəlxalq Fondun laureatı adına layiq görülmüşdür[6].
- İlham Rəhimov 9 mart 2014-cü ildə İstanbul şəhərində "Qara Dəniz-Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq üzrə Beynəlxalq Fondunun fəaliyyətinin inkişafına verdiyi xüsusi töhfəyə görə" mükafata layiq görülmüşdür[7].
- 12 noyabr 2014-cü ildə Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Bolqarıstan Elmlər Akademiyasının "Doktor Honoris Kauza" ali mükafatı təqdim olunmuşdur[8].
- İlham Rəhimov 2015-ci ildə demokratik cəmiyyət quruculuğu və hüquqi dövlət institutlarının inkişafındakı xidmətlərinə görə Femida ali hüquq mükafatına layıq görülüb.
- 19 – 21 yanvar 2016-cı il tarixində Bolqarıstanın paytaxtı Sofiya şəhərində "Qara dəniz-Xəzər regionu ölkələrində hüquq nəzəriyyəsi və praktikasının inkişafında aktual problemlər" mövzusunda beynəlxalq dəyirmi masa keçirilmiş, yekunda Qara dəniz-Xəzər regionu ölkələrinin Hüquqşünaslar Assosiasiyası yaradılmış və bu qurumun rəhbəri seçilmişdir.
- 9 mart 2016-cı il tarixində Rusiya Federasiyası İstintaq Komitəsinin Akademiyasının Elmi Şurasının qərarı ilə İ. M. Rəhimov akademiyanın "Fəxri professoru" adına layiq görülmüşdür. Eyni zamanda O, Rusiya Vəkillər Gildiyasının "Vəkilliyin inkişafındakı xidmətlərinə görə" fərqlənmə nişanı ilə təltif edilmişdir.
- 2017-ci ilin sentyabr ayında Rusiya-Azərbaycan və Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında göstərdiyi xidmətlərə görə Mahmud Qaşqari adına Beynəlxalq Fondun mükafatına layiq görülmüşdür.
- 13 yanvar 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında hüquq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib[9]
- 2021-ci ilin sentyabrında Rusiya Federasiyası Hökuməti yanında Qanunvericilik və Müqayisəli Hüquqşünaslıq İnstitutunun fəxri professoru seçilmişdir.
Əsərləri
redaktə- İslah-əmək təsirinin nəzəri və praktiki problemləri (Bakı, 1981);
- Məhkəmə proqnozlaşdırılmasının nəzəriyyəsi (Bakı, 1987);
- Cəzanın fəlsəfəsi və onun vəzifəsinin problemləri (Bakı, 1998);
- Cinayətkarlıq və cəza (Moskva, 2012);[10]
- Cinayət və cəzanın fəlsəfəsi (Sankt-Peterburq, 2013)[11]
- Dünya dinlərində cinayət və cəza. Tarixi, dini, hüquqi və fəlsəfi aspekt (Sankt-Peterburq, 2023).
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Беляев, Николай Александрович". 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-17.
- ↑ modern.az. "Rəbiyyət Aslanova İlham Rəhimovdan boşandığını təsdiqlədi - EKSKLÜZİV". modern.az (az.). İstifadə tarixi: 2024-07-13.
- ↑ "İlham Rəhimov 500 milyon dollarlıq sərvətindən imtina edib » Reyting.az". Reyting.az. 2024-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-13.
- ↑ "By-elections to the Milli Majlis on November 16, 2001". April 14, 2002 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 1, 2022.
- ↑ ""Metafizika" jurnalının redaksiya heyətinin üzvləri". 2022-03-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-01-01.
- ↑ "İlham Rəhimov Beynəlxalq Fondun laureatı oldu". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-17.
- ↑ "Professor İlham Rəhimov xüsusi mükafata layiq görülüb". 2016-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-17.
- ↑ "Professor İlham Rəhimova Bolqarıstanın ali mükafatı təqdim olundu". 2016-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-01.
- ↑ "İ.M.Rəhimovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-13.
- ↑ "İlham Rəhimovun "Cinayətkarlıq və cəza" kitabı təqdim olunub". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-21.
- ↑ "Professor İlham Rəhimovun kitabı təqdim olunub". 2014-03-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-17.
8. Ölməz ölüm cəzası[1]
Xarici keçidlər
redaktə- "Hüquq sahəsinə aid kitab mağazası açıldı — Bakıda bir ilkə imza atıldı" Arxivləşdirilib 2017-04-21 at the Wayback Machine
- ↑ "Ölməz ölüm cəzası" (PDF). 2018-08-27 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-08-27.