Ilarius Piktaviyali - Wikipedia
Piktaviyalı Hilarius (lat. İlarius Pictaviensis; təqr. 315 — 367) — kilsə xadimi, xristian qərbinin tanınmış ilahiyyatçısı, qərb kilsə müqəddəsi. Arianlığığa qarşı ardıcıl və prinsipial mübarizə apardığı üçün ona qırbin Afanasiosu deyirdilər.
İlarius Piktaviyalı | |
---|---|
lat. Hilarius Pictaviensis | |
Rütbə | Poitier yepiskopu |
Doğum tarixi | |
Doğum yeri | Piktavium, Qalliya (indiki Poitier, Fransa) |
Vəfat tarixi | |
Vəfat yeri | Poitier |
Qeyd edilir |
Roma-Katolik kilsəsi Lüteran kilsəsi Qərb ortodoks kilsəsi |
Xatirə günü | 13 yanvar |
Vikianbarda əlaqəli mediafayllar |
Erkən xristianlıq |
Yunandilli apologetika:
Yustin • Tatian • Afinoqor • Teofil Latındilli apologetika:
Minusius Feliks • Arnobius • Laktansius • Tertullian Qnostiklərə qarşı olanlar:
|
Xristian ehkamlarının formalaşması
Rəsmi kilsəyə qarşı duran təriqətlər:
Rəsmi kilsə tərəfdarları:
Atanasius • İoann Xrisostom • Saxta Dionisius Xristoloji mübahisələr səbəbilə ayrılan təriqətlər:
|
Latın qərbində Kilsə Ataları
Boesius • Kassiodor • Avqustin Avrelius |
Kimliyi
redaktəRoma imperiyasının qərbində kilsə ataları yunandilli şərqdə istifadə edilən ekzegetika (təfsir) metodlarından istifadə edirdilər. Onlar yunan fəlsəfəsi və ilahiyyat terminlərini latın dilinə tərcümə edib, iki mədəniyyətin arasında bir körpü rolunu oynamışdırlar.
Patristika dövrünün qərb düşünürlərindən biri Poitier (Puatye) şəhərinin yepiskopu Piktaviyalı İlarius olmuşdur. O, Siseron, Seneka kimi antik filosofların əsərləri ilə tanış olmuşdu. Başqa tərəfdən, xristian düşünürləri olan Origen, İskəndəriyyəli Afanasios, Kiprian (Cyprianus) kimi ilahiyyatçıların fikirlərini də öyrənmiş və onlardan bəzilərinin kitablarını yunan dilindən latın dilinə tərcümə etmişdir.
İlahiyyatı
redaktəİlariusun əsas məqsədi, xristian təliminin sistemləşdirilməsindən ibarət idi. Bu yolda o, öz səylərini İlahi Üçlüyün birliyini fəlsəfi üsullarla əsaslandırılmasına yönəltmişdir. Ata-Tanrı ilə Oğul-Tanrının, “doğulmayan” ilə “doğulanın” mahiyyətcə bir olmasını (konsubstansionallığı) xüsusilə vurğulayırdı. Bununla İlarius arinanlıqla mübarizə aparırdı.
Şərqdə bu işi Afanasios və onun tərəfdarları həyata keçirirdilər. Onlar öz dəlillərini əsaslandırmaq üçün neoplatonizm idealarından istifadə edirdilər. Onlardan fərqli olaraq İlarius, qərbdə daha çox yayılmış stoisizm ideyalarından istifadə edirdi. Ancaq o stoiklərin ideyalarını xristian ehkamları baxımından qəbul edib, onları sintez halına gətirmişdi. Nəticədə o, 12 kitabdan ibarət "De Trinitate"[ölü keçid] (Üçlük haqqında) əsərini yazmışdır.
İlarius inacla düşüncənin bir-biri ilə ziddiyyət təşkil etmədiyi qərarına gəlmişdir. Onlar ahəngdədirlər. Dini ehkamlar elmi baxımından araşdırıla bilər. Sonra bu kimi fikirləri Avqustin daha da inkişaf etdirmişdir.
İlariusun fikrincə, həm iman, həm də düşüncə Tanrıdandır. İnsan düşüncəsi Tanrının obrazıdır. Tanrının mənəvi axtarışları da düşüncə vasitəsi ilə edilir. Bu axtarışlar dünya fəlsəfəsinin əsasını təşkil edir[1]. Tanrıya ən yaxın olan filosoflar-stoiklərdir. Ondan uzaqlaşanlar isə epikurçulardır. Lakin Tanrı haqqında ən doğru məlumatı Müqəddəs Kitab verir.
Konsubstansionallığı subuta yetirmək istəyən İlarius, stoiklərin fəlsəfəsindən istifadə edirdi. Stoiklərdə, hər bir fərdi şeyin əsasında, bu şeylərdə təzahür edən və çoxalan, ancaq eyni zamanda, öz birliyini və tamlığını saxlayan təbiət durur. Ondan heç nə əksilmir. Bu fikri əsas götürən İlariusa görə, İlahi Üçlüyün hər bir şəxsində eyni İlahi təbiətin üçlü modifikasiyasıdır. Bu modifikasiyalarda o, öz eyniliyini qoruyub saxlanılır.
Arianlar deyirdilər ki, “doğulan” Oğulun, “doğulmayan” Ata ilə təbiətləri fərqlidir. Buna cavab verən İlarius hər bir yeni şeyin artıq mövcud olan şeylərdən yaranması, doğulması və ya “həqiqi olmayan” doğulmasından söhbət açırdı (quasi nativitas). “Həqiqi olmayan” doğulma eyni cinsli olan şeyin məkanda ayrılmasıdır. Buna misal odun bir məşəldən başqa məşələ verilməsidir. Bu halda yeni od yeniləşmiş olan köhnə oddur. O, ayrılmadan öncə də mövcuddur, lakin onun mövcudiyyəti köhnə odla eyniliyi təşkil edir. Yeni od köhnə oddan doğulur, onların cinsi eynidir. Buradan İlarius Ata ilə Oğulun mahiyyətlərinin eyniliyini (konsubstansionallığını) sübuta yetirmək istəyirdi[2].
Mənbə
redaktə- Aydın Əlizadə. Xristianlıq: tarix və fəlsəfə (PDF). Bakı: Əbilov, Zeynalov və qardaşlar. 2007. s. 102-104. ISBN 5-87459-013-7. 2016-08-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-08-16.
Ədəbiyyat
redaktə- Aydın Əlizadə. Xristianlıq: tarix və fəlsəfə (PDF). Bakı: Əbilov, Zeynalov və qardaşlar. 2007. s. 102-104. ISBN 5-87459-013-7. 2016-08-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-08-16.
- Carl Beckwith, Hilary of Poitiers on the Trinity: From De Fide to De Trinitate (New York and Oxford, 2009).
- Hunter, David G. "Fourth-century Latin writers", in Frances Young, Lewis Ayres and Andrew Young, eds, The Cambridge History of Early Christian Literature, (2010).
- The works of Hilary in chronological order (İlariusun əsərlərinin siyahısı).
- Орлов А. П. Тринитарные воззрения Илария Пиктавийского. Сергиев Посад, 1908.
- Орлов А. П. Христология Илария Пиктавийского в связи с обзором христологических учений II—IV вв. Сергиев Посад, 1909.