Il 76 Qezasi 2024 - Wikipedia
İl-76 qəzası (rus. Катастрофа Ил-76 под Иваново) - 2024-cü ilin 12 mart tarixində Rusiya Federasiyasının İvanovo vilayətinin inzibati mərkəzi İvanovo şəhərindən 6 km şimalda yerləşən Severnıy aerodromunda qalxmış İlyuşin İl-76 model təyyarənin bir necə dəqiqədən sonra qəzaya uğraması ilə nəticələnmiş hadisə.[1]
İl-76 qəzası | |
---|---|
| |
Ümumi məlumatlar | |
Tarix | |
Qəza səbəbi | Yanğın nəticəsində mühərrikin sıradan çıxması |
Yer | İvanovo, İvanovo vilayəti, Rusiya |
Ölkə | |
Sərnişin sayı | 7 |
Komanda | 8 |
Yaralı sayı | 0 |
Ölü sayı | 15 |
Təyyarə | |
Təyyarə modeli | İl-76 |
Qalxma yeri | Severnıy aerodromu |
İstiqamət | Plesetsk aerodromu |
Rusiya Müdafiə Nazirliyinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində təyyarədə olan 8 ekipaj üzvü və 7 sərnişin olmaqla ümumilikdə 15 nəfər həlak olublar.[2]
Hadisə şahidlərinin çəkdiyi videolardan və digər şahidlərin ifadələri əsasında təyyarənin sağ mühərrikində başlamış qəfil yanğın nəticəsində mühərriklərin sıradan çıxması səbəbindən qəzaya uğradığı müəyyənləşdirilib.[3]
Qəza
redaktəOrenburq vilayətinin qubernatoru Denis Paslerin sözlərinə görə, təyyarə Orenburqdan olan pilotlar tərəfindən idarə edilib. O əlavə edib ki, onlar 117-ci Hərbi Nəqliyyat Aviasiya Alayının zabitləri olublar.[4] Digər tərəfdən Tver vilayətinin qubernatoru İqor Rudenya təyyarədə Tverdən olan ekipaj üzvlərinin olması barədə məlumat yayıb.[5] Qəza Moskva vaxtı ilə saat 13:00-da İvanovo vilayətinin Boqorodskoye rayonu yaxınlığında baş verib.
Təyyarənin mühərriklərindən biri adi uçuş üçün havaya qalxan zaman qəfildən yanmağa başlayıb.[6] Hadisə şahidlərinin çəkdiyi və internetdə yayılmış video görüntülərdə təyyarənin sağ mühərrikinin yandığı görünür.[7]
Pilotlar təyyarəni xilas etmək məqsədi ilə İvanovo vilayətinin inzibati mərkəzi İvanovo şəhərindən 6 km şimalda yerləşən Severnıy aerodromuna endirməyə çalışarkən qəzaya uğrayıblar. Təyyarə aerodromun yaxınlığında yerləşən meşəlik əraziyə düşüb.[4] Qəza yerinə gələn yanğınsöndürənlər alovu söndürüblər. İvanovo vilayətinin qubernatoru Stanislav Voskresenski bildirib ki, qəzaya yaxın kəndlərə heç bir ziyan dəyməyib.[8]
Dövlət rəsmiləri qəza nəticəsində həlak olanların yaxınlarına rəsmi formada başsağlığı verib.[3] Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış axtarış-xilasetmə işləri hadisə baş verən günün sonu başa çatdırılıb.[9]
Rusiya Müdafiə Nazirliyindəki mənbənin TASS-a verdiyi məlumata görə, qəza nəticəsində təyyarənin göyərtəsində olan 15 nəfərin hamısı həlak olub.[10] Rusiya Müdafiə Nazirliyi əlavə məlumat yayaraq bildirib ki, Rusiya Aerokosmik Qüvvələrinin idarə heyəti qəzanı araşdırmaq üçün İvanovo vilayətinə uçub.[6] İlkin ehtimallara görə qəzaya mühərrikdə baş vermiş gözənilməz yanğın səbəb olub.[3]
İstinadlar
redaktə- ↑ "Cargo plane crashes in Russia's Ivanovo region: Report". The Straits Times. Reuters. 12 March 2024. 12 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 March 2024.
- ↑ Shalvey, Kevin. "Cargo plane carrying 15 crashes in Russia, ministry says". ABC News. 12 March 2024. 12 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 March 2024.
- ↑ 1 2 3 "A Russian military transport plane with 15 people on board has crashed on takeoff, officials say". The Washington Post. Associated Press. 12 March 2024. İstifadə tarixi: 12 March 2024.
- ↑ 1 2 "V Ivanovskoy oblasti poterpel krusheniye voyennyy Il-76" В Ивановской области потерпел крушение военный Ил-76 [A military Il-76 crashed in the Ivanovo region]. BBC News (rus). 12 March 2024. 12 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 March 2024.
- ↑ "Pri krushenii Il-76 pod Ivanovo pogibli letchiki iz Tverskoy oblasti" При крушении Ил-76 под Иваново погибли летчики из Тверской области [Pilots from the Tver region died in the Il-76 crash near Ivanovo]. RIA Novosti (rus). 12 March 2024. 12 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 March 2024.
- ↑ 1 2 "What is known about Il-76 crash in Russia's Ivanovo Region". TASS. 12 March 2024. 12 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 March 2024.
- ↑ Faulconbridge, Guy, redaktor"Russian military cargo plane crashes with 15 people on board". Reuters. 12 March 2024. İstifadə tarixi: 12 March 2024.
- ↑ "Firefighters extinguish fire at plane crash site in Ivanovo Region — governor". TASS. 12 March 2024. 12 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 March 2024.
- ↑ "Search and rescue operation ends at plane crash site in Russia's Ivanovo Region". TASS. 12 March 2024. 12 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 March 2024.
- ↑ "Russian Military Transport Plane Crashes in Flames Northeast of Moscow". The Moscow Times. 12 March 2024. 12 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 March 2024.