Ikitaylilar - Wikipedia
İkitaylılar (lat. Bivalvia) — heyvanlar aləminin molyusklar tipinə aid heyvan sinfi.
İkitaylılar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Ranqsız: Tipüstü: Tip: Sinif: İkitaylılar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Haqqında
redaktəMolyuskaların bu sinfinə daxil olan nümayəndələrində çanaq ikitaylıdır. Mantiya boşluğunda qəlsəmələr yerləşir. Baş reduksiyaya uğramışdır. Ürək üç kameralı olub, iki qulaqcıq və bir mədəcikdən ibarətdir. Böyrək bir cütlüdür. Əksəriyyəti müxtəlifcinslidir. Dənizlərdə və şirin sularda yaşayan əhəmiyyətli bir çox nümayəndələri vardır.
Dəniz, şorsu və şirin su hövzələrinin adi sakinləri olub, ikitərəfli — simmetriyalı heyvanlardır. Hazırda 20000-ədək növü məlumdur. Qabığın ölçüsü 1 sm-dən 1.5 m-ə çatır. Qabığın tayları bir-birinə bərabər olmaya da bilər. Dairəvi, oval, dairəvi-üçkünc, dairəvi-dördkünc, uzunsov lansetvari və b. formalarda olur. Yumşaq bədən tamamilə və ya qismən qabıq içərisində, daxili orqanlar mantiyada yerləşir. İkitayqabıqlı molluskalar passiv qidalanan orqanizmlərdir, qida su axını ilə birlikdə ağız boşluğuna daxil olur. bu molluskalar ancaq üzvi detritlə və müxtəlif mikroorqanizmlərlə qidalanırlar, süngərlər və arxeosiatlar kimi biofiltratorlar hesab olunurlar. Mantiya, üç təbəqədən ibarət olan qabıq ifraz edir. Xarici üzvi (konxiolin) təbəqə iki daxili (prizmatik və lövhəvari) karbonat təbəqəni aşınmadan qoruyur. Mantiya qanadının arxa qurtaracağı uzanaraq müxtəlif uzunluqlu giriş (alt) və çıxış (üst) sifonları əmələ gətirir. Alt (qəlsəmə və ya tənəffüs) sfon vasitəsilə su əvvəlcə qəlsəmələrə sonra isə ağız dəliyinə daxil olur və üst (anal) sifon vasitəsilə mantiyadan kənara çıxır. Qabığın xarici səthi hamar və ya bəzəkli (qabırğa, düyməcik, düyün və b.) skulptur elementlərlə örtülü olur. Mühüm sistematik əlamət kimi qabığın forması və diş aparatının quruluşu qəbul edilmişdir. İkitayqabıqlı molluskalar müxtəlif duzluluqlu və və temperaturlu hövzələrdə yaşayır; əsasən sublitoral zonada məskunlaşsalar da, ümumiyyətlə, litoraldan abissala qədər rast gəlir. Dibdə yaşayan ikitayqabıqlılar qrunt üzərində asta-asta hərəkət edir. Bir çox formalar dibdə sərbəst uzanır, ya da dibə yapışır (ostrealar) və ya bissus bağları ilə (midiyalar və b.) təhkim olunur. Oturaq həyat keçirən ikitayqabıqlılar saylar (banka) qura bilir. İkitayqabıqlı molluskalar bir çox cinsləri lilli qrunta soxularaq və ya bərk süxurları deşərək yuva qura bilirlər. İkitayqabıqlı molluskalar bəzi üzvi və ya üzvi-qırıntı süxurların — qabıq əhəngdaşlarının əsas hissəsini əmələ gətirir. Təbaşir dövründə rudistlər rifquran orqanizmlər olmuşdur. İkitayqabıqlıların bir çox nümayəndələrinin (rudistlər, inoseramlar, ausellinalar və b.) mezozoyun stratiqrafik bölgüsü üçün mühüm əhəmiyyəti vardır. Kembri — müasir.
Təsnifatı
redaktə- Pholadomyoida yarımsinfi
- Bərabərdişlilər (Heterodonta) yarımsinfi
- Palaeoheterodonta yarımsinfi
- Protobranchia yarımsinfi
- Pteriomorphia yarımsinfi
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2000.