Ikinci Mebed - Wikipedia
Herod məbədi (ivr. מקדש הורדוס) və ya İkinci məbəd (ivr. בֵּית־הַמִּקְדָּשׁ הַשֵּׁנִי: Beyt HaMikdaş HaŞeni) — Yerusəlim şəhərindəki Məbəd dağında olmuş yəhudi müqəddəs məbədinə verilən ad. Məbəd dağında eyni yerdə iki yəhudi məbədi olmuş və onlar təxminən e.ə. 516-cı ildən b.e. 70-ci ilinə kimi fasiləsiz və ardıcıl olaraq ibadətçilərə xidmət etmişlər. Yəhudi tarixinin İkinci məbəd dövrünün adı bu məbədlə əlaqəlidir.
İkinci məbəd Herod məbədi | |
---|---|
ivr. בית־המקדש השני | |
31°46′41″ şm. e. 35°14′07″ ş. u.HGYO | |
Ölkə | İsrail |
Şəhər | Yerusəlim |
Yerləşir | Məbəd dağı |
Aidiyyatı | Yəhudilik |
Sifarişçi |
Zarovavel (Bibliyaya görə) Böyük Herod tərəfindən yenidən qurulub |
Əsas tarixlər |
E.ə. 537–516 - Zarovavel tərəfindən məbədin əsası qoyulur E.ə. I əsr - I Herod tərəfindən yenidən qurma işləri aparılır 70-ci il - Roma İmperiyası tərəfindən dağıdılıb |
Kəşf tarixi | 1930, 1967, 1968, 1970–1978, 1996–1999, 2007 |
Hündürlüyü | 45.72 metr |
Material | Yerusəlim daşı |
Vəziyyəti | dağıdılıb |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Yəhudi Bibliyasına görə İkinci məbəd e.ə. 586-cı ildə Yeni Babil imperiyasının Yerusəlimi işğal edib, İudey krallığının əhalisinin bir hissəsini əsir alması zamanı dağıdılmış Solomon məbədinin (Birinci məbəd)[1] yerində inşa edilmişdir.
Bibliyaya görə, İkinci məbəd əvvəlcə Əhəmənilərin hakimiyyəti dövründə Babildən Lenavta qayıtmış bir qrup yəhudi tərəfindən Zarovavelin rəhbərliyi ilə inşa edilmiş kiçik tikili olmuşdur. Lakin, I Böyük Herodun hakimiyyəti dövründə ilkin sadə tikili əsaslı təmir edilərək genişləndirilmiş, onun ətrafında daha tanınan fasadlara malik, dəbdəbəli iri məbəd kompleksi qurulmuşdur. Babillilərin Birinci məbədi dağıtdıqları kimi, romalılar da b.e.-nın 70-ci ilində baş verən Yəhudi üsyanına görə İkinci məbədi və Yerusəlim şəhərini dağıtmışlar. İkinci məbəd ümumilikdə 585 il (e.ə. 516-cı ildən b.e.-nın 70-ci ilinə kimi) fəaliyyət göstərmişdir.
Yəhudi esxatalogiyasına aid olan inama görə gələcəkdə İkinci məbədin yerində Üçüncü məbəd inşa ediləcəkdir.
Zarovavelin məbədi
redaktəBibliya məlumatları
redaktəBöyük Kirin e.ə. 559-cu ildə Əhəmənilər imperiyasında hakimiyyətə gəlməsi Yerusəlim şəhəri və Yerusəlim məbədinin bərpasına imkan yaratmışdır.[2][3] Birinci məbədin dağıdılmasından sonra da onun yerində bəzi rudimental qurbanvermə mərasimləri həyata keçirilirdi.[4] İkinci Salnamələr kitabının son sətirlərində verilən məlumat, həmçinin Ezra və Nehemiyanın məlumatlarına görə Böyük Kirin fərmanı ilə (Ezra 1:1–4, 2 Chron 36:22–23) yəhudilərin Yerusəlimə qayıtmasından sonra Solomon məbədinin altarı olan yerdə İkinci məbədin inşasına başlanılmışdır.[1] Yəhudilərin sürgünü zamanı baş verən fasilədən sonra (Ezra 4) e.ə. 521-ci ildə I Daranın hakimiyyəti dövründə (Ezra 5) məbədin yenidən inşasına başlanılmış və onun hakimiyyətinin altıncı ilində (təxm. e.ə. 516-cı ildə) inşaat işləri yekunlaşmışdır. Növbəti ildə məbədin ithaf mərasimi keçirilmişdir.
Bütün bu hadisələr Yəhudi Bibliyasının son fəsilində təsvir edilmişdir.[2]
Nehemiyanın kitabının özəyi, ilkin memuar hissəsi təxm. e.ə. 400-cü illərdə Ezranın kitabının özəyi ilə birlşdirilmişdir. Sonradan, Ellinizim dövründə kitabın redaktəsi ehtimal ki, davam etdirilmişdir.[5]
Kitabda Suzda hökmdar sarayında olan Nehemiyanın Yerusəlim şəhərinin divarlarının olmaması barədə öyrənməsi və divarları bərpa etdirmək qərarı olması xəbər verilir. Hökmdar onu Yəhud Medinata əyalətinə qubernator təyin edir və Nehemiya Yerusəlimə səfər edir. Burada o, İsrail düşmənlərinin etirazına baxmayaraq Yerusəlim divarlarını bərpa etdirir və Moşenin qanunları əsasında ictimai dəyişikliklər həyata keçirir. 12 ildən sonra o, Suza qayıdır, lakin, sonradan bir daha Yerusəlimi ziyarət edir. O, görür ki, israillilər qanunu pozaraq qeyri-yəhudi qadınlarla evlənirlər və qanuna riayət edilməsini təmin etmək üçün Yerusəlimdə qalır.
Bibliya məlumatına görə, Babil sürgünündən qayıtdıqdan sonra, İudey krallığının süqutu ilə yetmiş il ərzində tərk edilmiş Yehud əyalətinin yenidən təşkil edilməsinə qərar verilir.[6] Fərat sahillərindən Yerusəlimə uzun və yorucu səfər edən 42.360 nəfərdən ibarət zəvvarlar dəstəsi güclü dini motivlə ilhamlanmışdılar və vətəninə gələn bu insanların ilk işi dağıdılmış məbədin yenidən qurulması ilə ibadət yerinin bərpa olunması və korbanot adlandırılan qurbanvermə ayinin icrası olmuşdur.
Böyük əliaçıqlıq göstərməklə 1000 qızıl dari və digər bir çox hədiyyələr bəxşiş edən qubernator Zerovavelin çağırışından sonra insanlar böyük həvəs ilə müqəddəs xəzinəyə külli miqdarda bəxşişlər göndərməyə başlayırlar.[7] İlk öncə onlar əvvəl olduğu yerdə Tanrı qurbangahını bərpa edərək ucaltdılar, daha sonra qədim məbədin yerini tutan yanmış zibil təpəsini təmizləyə başlamışlar; və ikinci ilin ikinci ayında (e.ə. 535) böyük ictimai həyəcan mühitincə İkinci məbədin təməli qoyulur. İzləyicilər bu hadisəyə hər nə qədər qarışıq hisslər bəsləsələr də, böyük maraqla müşahidə edirdilər (Haggai 2:3, Zechariah 4:10).[8]
Samaritanlar bu işdə köməklik göstərməyə çalışsalar da, yəhudilərin məbədin inşasını müstəqil şəkildə həyata keçirməli olduqlarını düşünən Zerovavel və böyüklər köməkdən imtina edirlər. Bundan sonra yəhudilər haqqında pis şaiyələr yayılır. Ezra 4:5-də verilən məlumata görə, samaritanlar inşaat işinə maneə olmaq üçün Ekbatan və Suza səfirlər göndərirlər; nəticədə inşaat işləri dayandırılır.[8]
Yeddi il sonra yəhudilərin vətənə qayıdaraq məbədi bərpa etmələrinə icazə vermiş Böyük Kir vəfat edir (2 Chronicles 36:22–23) və hakimiyyətə onun oğlu Kambiz gəlir. Onun ölümündən sonra Bardiya özünü hökmdar elan edərək yeddi və ya səkkiz ay müddətinə taxtı zəbt edir. Daha sonra isə I Dara hökmdar olur (e.ə. 522). Onun hakimiyyətinin ikinci ilində məbədin inşasına yenidən başlanılır (Ezra 5:6–6:15) və peyğəmbərlər Haqqai və Zaxariyanın səmimi məsləhətləri və göstərişləri ilə işlər tamamlanır. E.ə. 516-cı ildə, yəhudilərin qayıdışından iyirmi il sonra məbəd ithafa hazır olur. Böyük Daranın hakimiyyətinin altıncı ilində xalqın böyük sevinci ilə, Adar ayının üçüncü günündə məbədin inşası tamamlanır (Ezra 6:15,16), lakin, yəhudilər artıq müstəqil yox vassal xalq idilər. Haqqainin kitabında deyilir ki, İkinci məbədin məşhurluğu, Birinci məbəddən daha çox olacaq (Haggai 2:9).[8]
Solomon məbədinin 586-cı ildə dağıdılmasından sonra, məbəddə olmuş bir sıra orijinal artefaktlar mənbələrdə xatırlanmır və itirilmiş hesab edilirlər.
İkinci məbəddə aşağıdakı müqəddəs artefaktlar çatışmırdı:
- Daha əvvəl manna və Aaronun çubuğunun saxlandığı[8], sonradan [9] yerləşdirildiyi Əhd sandığı[3][8]
- Urim və tummim[3][8] (Hoşenə aid kəhanət alətləri)
- Müqəddəs yağ[8]
- Müqəddəs alov[3][8]
İkinci məbəddə Kodeş Hakodaşim (Müqəddəslərin müqəddəsi) Birinci məbəddə olduğu kimi divarla yox, pərdə ilə ayrılmışdı. Buna baxmayaraq Tabernakl kimi ikinci məbəddə də aşağıdakı artefaktlar var idi:
- Hekhal üçün Menora (qızıl şamdan)
- Çörək nümayişi masası
- Qızıl büxurdanları olan qızıl qurbangah-altar[8]
Mişnaya görə[10], Təməl daşı vaxtilə Əhd sandığının dayandığı yerdədi və həmin yerdə Ali Kahin büxurdanı Yom-Küpürdə qoymuşdur.[3]
İkinci məbəddə də babillilər tərəfindən talan edilmiş və Böyük Kir tərəfindən qaytarılmış çoxsaylı qızıl qablar vardı.[8][11] Lakin, Babil Talmuduna görə[12], Birinci məbəddə olmuş Şxina və Ruax HaKodeş İkinci məbəddə çatışmırdı.
Ravvin ədəbiyyatında
redaktəƏnənəvi ravvin ədəbiyyatı İkinci məbədin 420 il fəaliyyət göstərdiyini qeyd edir və II əsrə aid "Seder Olam Rabba" salnaməsinə istinadən məbədin inşasını e.ə. 350-ci ilə (Anno Mundi təqvimi ilə 3408-ci il), Miladi təqvimdən 166 il gecə aid edilir, dağıdılması isə b.e. 70-ci ilinə (Anno Mundi təqvimi ilə 3829) aid edilir.[13]
Mişnanın Kodaşim kimi tanınan beşinci fəslində dini qanunların ətraflı təsviri və təfsiri verilir, qurbanvermə, Məbəd və onun quruluşu, dini ayinlər və mərasimləri həyata keçirən məbəd xidmətçiləri ilə bağlı qaydalar dəqiqliklə izah edilir. Maşeketdə heyvanlar, quşlar və Minxa qurbanları qeyd edilir, qurbanvermə qanunları, Xatat və Aşam, həmçinin müqəddəs əmlakın qanunsuz mənimsənilməsi ilə bağlı qanunlar göstərilir. Bundan əlavə qaydalarda İkinci məbədin təsviri (Middot traktatı) və Məbəddə gündəlik qurbanvermə qaydalar (Tamid traktatı) yer almışdır.[14][15][16]
Makkaveylər tərəfindən yenidən ithaf edilməsi
redaktəİudeyanın Makedoniyalı İskəndər tərəfindən fəth edilməsindən sonra ərazi Misir Ptolomey krallığının tərkibinə qatılır və e.ə. 200-cü ildə firon V Ptolomey Epifanın Selevkilərdən III Antiox tərəfindən Panium döyüşündə məğlub edilməsinə kimi krallığın tabeliyində qalmışdır.[17] Bundan sonra İudeya Selevkilər imperiyasının tərkibinə qatılır. İkinci məbədin talan edilib, dini ibadətin dayandırılmasından sonra imperiya ərazisində İudaizm faktiki olaraq qanunsuz elan edilir.
E.ə. 167-ci ildə IV Antiox Epifan Məbəddə Zevs altarının inşasını əmr edir. O, həmçinin sünnəti qadağan edir və Məbəd altarında donuzların qurban kəsilməsini buyurur.[18]
Makkaveylərin Selevkilər imperiyasına qarşı üsyan qaldırmasından sonra İkinci məbəd kafirlərdən təmizlənir və yenidən ithaf edilmə mərasimi keçirilir. Bundan sonra məbəd yəhudi Haşmonaim krallığının dini mərkəzinə çevrilir və mədəni baxımdan yəhudi bayramı olan Hanukka ilə əlaqələndirilir.
Haşmonaim sülaləsi və Roma imperiyasının qələbəsi
redaktəArxeoloji tədqiqatlar göstərmişdir ki, Haşmonaim sülaləsinin hakimiyyəti dövründə Məbədin strukturunda və ətraflarında dəyişikliklər edilmişdir. Haşmonaim krallığının kraliçası Salomeya Aleksandra böyük oğlu II Hirkanı İudeyanın Ali Kahini elan edir. Onun kiçik oğlu II Aristobul hakimiyyətə gəlmək üçün hazırlaşırdı və anasının vəfatından sonra taxtda onun yerini tutur. Anasını taxtda əvəz etməli olan Hirkan Ali Kahin vəzifəsi ilə kifayətlənməli olur. İdumeya hakimi Antipatr Hirkana çağırış edərək, hüququndan imtina etməməli olduğunu bildirir. Nəticədə Nəbati kralı III Areta Filellinin yanına qaçan Hirkan, taxtı ələ keçirmək üçün böyük bir ordu ilə qayıdır. O, II Aristobulu məğlub edərək Yerusəlimi mühasirəyə alır.
Suriyada III Mitridat müharibəsi çərçivəsində ermənilərə qarşı döyüşən Pompey, İudeyadakı mübahisənin aydınlaşdırılması üçün leytenantını əraziyə göndərir. Həm Hirkan, həm də Aristobul dəstək üçün Pompeyə müraciət edirlər. Pompey bu məsələ ilə bağlı qərar vermir və bu Aristobulu uzaqlaşdırır. Pompey onu izləyir və Aristobul təslim olur, lakin, onun arıdıcılları Pompeyin ordusunu Yerusəlimə buraxmır. Romalılar şəhəri mhasirə edərək e.ə. 63-cü ildə ələ keçirirlər. Mühasirə zamanı kahinlər Məbəddə ibadəti davam etdirirlər. Romalılar məbədi talan etmir və zərər vurmurlar. Ehtimal ki, Pompey özü təsadüfən Müqəddəslərin müqəddəsinə girir və növbəti gün məbəddə təmizlik işlərinin aparılmasından sonra ibadətə yenidən başlanmasını buyurur.[19]
Herodun məbədi
redaktəBöyük Herodun hakimiyyəti dövründə məbədin yenidən qurulması işlərinə Məbəd dağının genişmiqyaslı genişləndirilmə işləri ilə başlanılmışdır. Herodun məbəddə yenidənqurma işlərini aparması adətən e.ə. 20/19-cu ildən 12/11-ci ilə kimi olan dövrə aid edilir. Tədqiqatçı Bike Mahye Məbəd ətrafında işlərin aparılmasını e.ə. 25-ci ilə, Məbəd binasının özündə inşaat işlərinin aparılmasını e.ə. 19-cu ilə, hər ikisinin ithaf edilməsini isə e.ə. 18-ci ilə aid edir.[20] İnşaat işləri zamanı Məbəddə ibadət və ayinlər davam etdirilmişdir.[21] Roma imperatoru Kaliqula Məbəddə öz heykəlini yerləşdirmək istədikdə, Herodun nəvəsi I Aqrippa onu fikrindən döndərə bilmişdir.
İnşası
redaktəHerodun məbədi e.ə. I əsrin ən iri inşaat layihələrindən biridir.[22] İosif Flavi qeyd edir ki, Herod inşaat işləri vasitəsiylə adını əbədiləşdirmək istəyirdi, onun həyata keçirdiyi bütün inşaat işləri genişliyi və yüksək ödənişləri ilə seçilirdi, lakin, Herodun şah əsəri Yerusəlim məbədi idi.[22]
İnşaat işləri nəticəsində Zarovavel tərəfindən ucaldılmış köhnə məbəd, yeni, möhtəşəm məbəd binası ilə əvəz edilmişdir. Herod və yəhudi dini liderləri arasında razılıq əldə edilmişdir: inşaat işləri zamanı bütün dini ayinlər və qurbankəsmə mərasimləri davam etdirilmiş, inşaat işləri isə Məbəd xidmətçiləri tərəfindən həyata keçirilmişdir. Çıxış 30:13-də qeyd edilir ki, Məbədin saxlanılması üçün "Məbəd şekeli" vergisi tətbiq edilmişdir.
Meydan
redaktəMoriya dağının şimal qurtaracağında meydança, cənubunda isə yamac yerləşirdi. Herodun planına görə dağın üstü böyük bir meydana çevrilməli idi. İlkin plana görə Məbəd dağı 488 metr uzunluğa və 275 metr enə malik olmalı, hündürlüyü doqquz mərtəbəyə, divarların qalınlığı 5 metrə çatmalı idi; lakin, bu plan yarımçık qalır. Planın həyata keçirilməsi üçün böyük xəndəklər qazılır və böyük "kərpic"lərlə doldurulur. Onlardan bəzilərinin çəkisi 100 tona qədər çatır, ən böyük daş isə 13.4 m uzunluğa, 3.3 metr enə, 4.8 metr hündürlüyə və təxminən 567–628 ton çəkiyə malikdir[23][24]; lakin həmin daşlar əsasən 0.6x0.9 metr ölçüyə və təxminən 28 ton çəkiyə malikdir. Kral Herod Yunanıstan, Roma və Misirdən gəlmiş memarlara inaatın planlaşdırılmasını həvalə edir. Ehtimal ki, bloklar kanal qazılması üçün istifadə edilən alətlərlə kəsilmişdir. Daha sonra daş blokların altına ağac şalbanlar qoyulmuş və su axıdılaraq bir-birinə sıxılmışdır. Daha sonra kəsilərək kvadrat formasına salınmış və hansı ardıcıllıqla yerləşəcəyi aydın olması üçün nömrələnmişdir. Son yonma və cilalama işləri daha sərt daşdan hazırlanmış alətlər vasitəsiylə həyata keçirilmişdir. Daşların daşınması üçün öküzlər və xüsusi arabalardan istifadə edilirdi. Karxana Məbəd dağından hündürdə yerləşdiyinə görə cazibə qüvvəsi onların tərəfində idi, lakin, enişə nəzarət edilməsi üçün ehtiyyatlı olmaq lazım idi. Son yekunlaşdırma şkiv və ya kranların istifadəsi ilə həyata keçirilmişdir.[25] Roma şkivləri və kranları daşı qaldırmaq üçün kifayət qədər güclü olmadığından bir neçə qurğunun bir daşın qaldırılmasında istifadə edilmiş olması ehtimal olunur. Yamacın hörgü vasitəsiylə meydan səviyyəsinə qaldırılmasından sonra, qərb tərəfi vertikal divara uyğun kəsilmiş və divarın virtual davamı yaradılması üçün şimal tərəfin yer səthinə qaldırılmasına kimi davam etdirilmişdir. Moriya dağından şimalda yerlşən Antoni təpəsinin bir hissəsi də kompleksə birləşdirilmiş, onlar arasındakı boşluq hissə isə inşaat tullantıları ilə doldurulmuşdur.
Məbədin inşasına üzərində bina ucaldılacaq nəhəng yeraltı tağların tikilməsi ilə başlanmışdır ki, tikili Moriya dağı üzərində səthi qurğuya çevrilməsin. Yer səviyyəsi həmin dövrdə indikindən ən azı 6 metr dərinlikdə olmuşdur və Qərb divarının tunellərində gəzməklə bunun şahidi olmaq mümkündür. Əfsanəyə görə Məbəd dağında bütün inşaat işlərinin tamamlanmasına cəmi üç il sərf edilmişdir; lakin, İosif Flavi kimi bir çox mənbələr inşaat işlərinin daha uzun müddət davam etdiyini, buna baxmayaraq, Məbəd binasının özünün inşasının üç ilə tamamlanmış ola biləcəyini yazırlar. İsanın Pasxa səfəri zamanı yəhudilər ona Məbədin 46 ilə inşa edildiyini söyləyirlər.[26] Ehtimal ki, Mənbədin inşası imperator Titin b.e.70-ci ilində onu dağıtdrımasından cəmi bir neçə il əvvəl tamamlanmışdır.
Xalqlar həyəti
redaktəBu ərazi bazar rolunu oynatırdı: həyətdə suvenirlər, qurbanlıq heyvanlar, yemək satılır, həmçinin yəhudilərə sikkə zərb etmək icazəsi verilmədiyindən Roma pulları Tir pullarına dəyişdirilirdi; Roma pulları iyrənc hesab edildiyindən Rəbbə nəzir verilə bilməzdi.[27] Əhdi-Cədiddə İsanın məbədi alverçilərdən təmizləməsindən bəhs edilərkən məlumat verilir ki, Pesax zamanı yəhudilərin hər yerdən Yerusəlimə gəldiyi zaman zəvvarların zayı 300.000-dən 400.000-ə qədər çatırdı.[28][29] Həmçinin çoxlu sayda bələdçilər məbəd ərazisində fəalyyət göstərərk turlar təşkil edirdilər. Yəhudi kişilərə məbədin içinə daxil olmağa imkan verilirdi.
Ağ kətan geyimdə olan kohanimlər bütün məbəd ərazisində fəaliyyət göstərəək zəvvarları istiqamətləndirir və qurbanlıq seçməkdə köməklik edirdilər.
Cənubdan Hulda qapısı vasitəsiylə Xalqlar həyətinə daxil olanlar Kral qanadı ilə üzləşirdi; Kral qanadında bazar, inzibati tikililər və sinaqoq var idi. Yuxarı mərtəbələrdə böyük yəhudi müdrikləri dinləmə təşkil edirdi, kohanim və levitlər xor şəklində ifa edirdilər, ziyarətçilər isə bütün baş verənləri müşahidə edirdilər. Kral qanadı hissəsi də adətən Herodun işləri sırasına aid edilir; lakin, Qərb divarının tunellərində həyata keçirilən son arxeoloji tədqiqatların nəticələrinə əsasən demək olar ki, Kral qanadı e.ə. I əsrdə Aqripasın hakimiyyəti dövründə inşa edilmişdir[30]; İosif Flavinin Herodun Kral qanadında həyata keçirdiyi inşaat işləri ilə bağlı məlumatı isə daha çox siyasi xarakter daşıyır. Herodun hakimiyyəti dövründə qanad hələ xalq üçün açılmamışdı.
Xalqlar həyətindən şərqdə Solomon qanadı, şimalda Soreq – "orta ayırıcı divar"[31] – yerləşirdi. Soreq Məbədin müqəddəs hissəsini ayırırdı. İosif Flavinin təsvir etdiyinə görə, daş divarla ayrılmış bu hissəyə yalnız yəhudilərin girməsinə icazə verilirdi.[32]
Pinakl
redaktəMəsihin vəsvəsələri ilə bağlı Matfey və Lukanın verdiyi məlumatlardan İkinci məbədin bir və ya daha çox pinakla malik olduğu aydın olur:"Sonra o [ Satan ] onu Yerusəlimə gətirdi, məbədin pinaklına qaldırdı və dedi: "Əgər sən həqiqətən də Tanrının oğlusansa özünü burdan at."[33]
Burda istifadə olunan yunan sözü "πτερυγιον" (pterugion) hərfi tərcümədə qüllə, rampart və ya pinakl mənasınıı verir.[34] Stronq konkordasiyasına görə bu, kiçik qanad, dişli bina və parapet anlamını verə bilər.[35] Arxeoloq Benyamin Mazar hesab edir ki, Məbədin Kendron vadisinə açılan cənub-şərq küncünə aiddir.[36]
Soreqin içi
redaktəİosif Flavinin məlumatına görə daxili həyətə aparan on qapı var idi ki, onlardan da dördü cənubda, dördü şimalda, biri şərqdə, biri isə şərqdən qərbə — Qadınlar həyətindən Nikanor qapısı yanında yerləşən İsraillilər həyəti arasında yerləşirdi.[37] Qapılar belə sıra ilə düzülmüşdü: Cənub tərəfdə (Qərbdən Şərqə istiqamətdə) Yağ qapısı, Zadəganlar qapısı, Su qapısı. Şimal tərəfdə (Qərbdən Şərqə istiqamətdə) İexoniya qapısı, Qurbanlıq qapısı, Qadınlar qapısı və Nəğmə qapısı. Şərq tərəfdə yəhudi zəvvarların daha çox istifadə etdiyi Nikanor qapısı Soreqin çox az hissəsi dövrümüzə çatmışdır.
Bu rayonda bütün yəhudi qadınlar və kişilər üçün açıq olan Qadınlar həyəti yerləşirdi. Hətta ritual baxımdan təmiz olmayan kohenlər belə, müxtəlif məişət işlərini görmək üçün bura girə bilirdilər.
Həmçinin xariclənmişlər (ritual olaraq təmiz hesab edilmirdilər) üçün yer və nazareylər üçün ritual saç kəsimi yeri var idi. Məbədin bu ən böyük həyətində tez-tez rəqslər izləmək, nəğmələr və musiqi dinləmək olurdu.
İsraillilər həyətinə giriş üçün yalnız yəhudi kişilərə icazə verilirdi; burada onlar Kahinlər həyətində həyata keçirilən qurbanvermə mərasimini müşayət edirdilər. Kahinlər həyəti Levit kahinləri üçün təxsis edilmişdi.
Məbəd ziyarətgahı
redaktəBinanın girişi və Müqəddəslərin müqəddəsini ayıran pərdə arasında Məbədin məşhur elementləri yerləşirdi: menora, büxur yandırma altarı və ibadət üçün lazım olan digər əşyalar.
Ziyarətlər
redaktəRoma imperiyasının müxtəlif yerlərindən olan yəhudilər gəmilərlə Yaffa limanına (hazırda Tel-Aviv şəhərinin bir hissəsidir) gəlir, burda insə karvana qoşularaq Müqəddəs şəhərə üç günlük səfərə çıxır, son olaraq şəhərdə qalmaq üçün çoxsaylı karvansaralarda yer axtarırdılar. Daha sonra onlar özləri ilə gətirdikləri adi Roma və Yunan pullarının bir hissəsini yəhudi və Tir sikkələrinə dəyişirdilər.[38][39] Ziyarətçilər Yerusəlimə çatdıqları ilk gündə qurban vermək üçün göyərçin və ya quzu alır və növbəti günün mərasimi üçün hazırlaşırdılar.
İlk növbədə ziyarətçilər Məbəd dağı kompleksinin cənubundakı qapıya gəlirdilər. Burda onlar qurbanlıq heyvanlarını yoxlayır, daha sonra mikvanı ziyarət edərək, ritual baxımdan təmizlənirdilər. Daha sonra qurbanlıqlarını da götürən zəvvarlar Hulda qapısına gedirdilər. Pilləkənlərlə üç mərtəbə yuxarı qarxan zəvvarlar qapıdan keçərək Xalqlar həyətinə daxil olurdular.
Dağıdılması
redaktəB.e. 66-cı ilində yəhudilər Roma imperiyasına qarşı üsyan qaldırırlar. Dörd il sonra, 4 avqust 70 ci ildə[40] (Avın 9-cu, Tişa-be-Av günü) və ya 30 avqust 70-ci ildə[41], Titin rəhbərliyi ilə Roma legionu üsyançıların müqavimətini qıraraq şəhəri ələ keçiri. Bundan sonra Yerusəlim şəhərinin böyük bir hissədi və İkinci məbəd dağıdılır. Titin İudeyada triumfu şərəfinə Romada inşa edilmiş Zəfər tağında, Yerusəlimdən əldə edilmiş qənimətləri, o cümlədən Menoranı daşıyan Roma əsgərləri təsvir edilmişdir. Kolizey kitabəsində binanın b.e. 79-cu ilində imperator Vespasian tərəfindən hərbi trofeylərdən inşa edildiyi – ehtimal ki, İkinci məbəddən ələ keçirilmiş qənimətlərin Kolizeyin inşası üçün xərcləndiyini göstərir.[42]
İkinci məbədin dağıdılmasından sonra Məbədə əsaslanan iudaizm sektaları, xüsusilə kəhanət və sadukeylər əhəmiyyətini itirir.[43]
Yerusəlim məbədinin yerində indi Qübbətüs-Səhra məscidi yerləşir.[21] Məbəd dağının qapıları Əl-Əqsa məscidinin (xeyli sonra inşa edilmişdir) yanında yerləşir. Yerusəlimin ələ keçirilməsindən sonra yəhudilər dağıdılmış şəhərdə yaşamağa davam etsələr də, imperator Adrian Aelia Kapitolina adlı yeni şəhər saldırır. B.e. 135-ci ilində Bar-Koxba üsyanının sonunda əksər yəhudi icmaları qırğına məruz qalır və yəhudilərə Yerusəlimdə yaşamaq qadağan edilir. Herodun məbədinin yerində Roma tanrılarına məbəd inşa olunur.[19]
Arxeoloji tədqiqatlar
redaktəMəbəd xəbərdarlığı kitabəsi
redaktə1871-ci ildə Yerusəlimin Məbəd dağı yaxınlığındakı həyətdə 60x90 sm ölçüyə malik, üzərində Yunan hərfləri ilə mətn yazılmış yonulmuş daşdan kitabə aşkarlanmış, fransız şərqşünası Şarl Simon Klermon-Qanno isə həmin kitabəni "Məbəd xəbərdarlığı kitabəsi" adlandırmışdır. Kitabədə yəhudi olmayanların Soreq ərazisinə daxil olmaları və sair ilə əlaqəli qadağanları ümumi şəkildə təsvir edir. Kitabədə yeddi sətir vardır:
Xaricilərin parapet və məbədi əhatə edən çəpər ərazisinə girməsi qadağandır. Qaydanı pozarkən aşkar edilən şəxslər ölümlə cəzalandırılacaq.
Orijinal mətn (yun.)ΜΗΟΕΝΑΑΛΛΟΓΕΝΗΕΙΣΠΟ
ΡΕΥΕΣΟΑΙΕΝΤΟΣΤΟΥΠΕ
ΡΙΤΟΙΕΡΟΝΤΡΥΦΑΚΤΟΥΚΑΙ
ΠΕΡΙΒΟΛΟΥΟΣΔΑΝΛΗ
ΦΘΗΕΑΥΤΩΙΑΙΤΙΟΣΕΣ
ΤΑΙΔΙΑΤΟΕΞΑΚΟΛΟΥ
ΘΕΙΝΘΑΝΑΤΟΝ
Kitabə hazırda İstanbul Arxeologiya Muzeyində saxlanılır.[44] 1935-ci ildə bu kitabəyə oxşar məzmunlu daha bir kitabə aşkar edilmişdir.[44]
Trubaçılar yeri
redaktəDigər qədim bir kitabə Herod dağının cənub qərbində daş üzərində aşkarlanmışdır; kitabədə yazılır: "truba səsi gələn yerə…". Daşın formasına görə, onun, İosif tərəfindən təsvir edilən "kahinlərdən birinin dayanıb truba səsindən sonra işarə etdiyi" yerə aid kitabənin qalığı olduğu güman edilir. Bu məlumat, Talmudda verilən informasiya ilə oxşardır.
Məbəd kompleksinin divarları və qapıları
redaktə1967-ci ildən sonra arxeoloqlar müəyyən etmişlər ki, divarlar Məbəd dağı boyunca keçmiş və Şir qapısı yanındakı divarlar da onun bir hissəsi olmuşdur. Buna görə də, Qərb divarı Yerusəlim məbədinin dövrümüzə çatmış yeganə hissəsi deyildir. Hazırda, Robinzon tağı (amerikan tarixçi Edvard Robinzonun şərəfinə adlandırılmışdır), platformanın zirvəsi və daha uzaqda yerləşən yüksəklik arasında yerləşən tağın başlanğıcı olaraq qalmaqdadır. Ziyarətçilər və zəvvarlar da saxlanılmış, lakin hazırda qapalı olan qapılar vasitəsiylə cənubdan keçir və kollonada vasitəsiylə platformanın yuxarısına qalxırdılar. Cənub divarı parad girişi kimi nəzərdə tutulmuşdur.[45] Son arxeoloji qazıntılar zamanı ziyarətçilərin ritual təmizlənməsi üçün nəzərdə tutulmuş çoxsaylı mikvalar (ritual vannaları) və hazırda qapalı olan girişlərdən birinə aparan möhtəşəm pilləkən aşkar edilmişdir.[46][45]
Yeraltı qurğular
redaktəDivarların içindəyerləşən platformanın altında Solomon tövlələri kimi tanınan çoxtağlı tavana malik zallar yerləşir. Dövrümüzə yaxşı qorunmuş vəziyyətdə çatmış həmin tikililər, yəhudi tərəfinin etirazlarına baxmayaraq Vəqf tərəfindən qismən dəyişdirilərək Əl-Mərvan məscidi kimi istifadə edilir. Bu hadisə hələ də mübahisə mövzusu olaraq qalır.[47]
Karxana
redaktə28 sentyabr 2007-ci ildə İsrail Əntiqlər İdarəsindən olan arxeoloq Yuval Barux bəyan edir ki, aşkarladıqları karxana, ehtimal ki, Herod məbədinin inşası zamanı daşın əldə edildiyi karxanadır. Aşkarlanmış sikkələr, saxsı və metal məmulatlarına əsasən müəyyən edilmişdir ki, karxana e.ə. 19-cu ildə istismar edilmişdir. Arxeoloq Ehud Natzer təsdiq edir ki, kəsim yerləri göstərir ki, karxana yüzlərlə qulun çalışdığı nəhən ictimai layihə üçün istismar edilmişdir.[48]
Həyətlərin mozaik döşəməsi
redaktəSon dövrlərdə aparılan arxeoloji tədqiqatlar zamanı İkinci məbəd dövrünə aid çoxlu sayda mozaik döşəmə qalıqları aşkar edilmişdir.[49]
Maqdala daşı
redaktəEhtimal edilir ki, Maqdala daşı kimi tanınan artefakt üzərində 70-ci ildə İkinci məbədin dağıdılmasından əvvəlki görünüşü əks edilmişdir.[50]
İstinadlar
redaktə- ↑ 1 2 Understanding Second Temple and Rabbinic Judaism Arxivləşdirilib 2021-06-24 at the Wayback Machine, KTAV Publishing House, Lawrence H. Schiffman, page 48–49
- ↑ 1 2 Albright, William. The Biblical Period from Abraham to Ezra: An Historical Survey. HarperCollins College Division. 1963. ISBN 0-06-130102-7.
- ↑ 1 2 3 4 5 Şablon:Jewish Encyclopedia
- ↑ The Hebrew Bible: New Insights and Scholarship Arxivləşdirilib 2022-03-15 at the Wayback Machine, New York University Press, chapter by Ziony Zevit, page 166
- ↑ Paul Cartledge, Peter Garnsey, Erich S. Gruen (editors), Hellenistic Constructs: Essays In Culture, History, and Historiography, p. 92 (University of California Press, 1997). ISBN 0-520-20676-2
- ↑ Ezra 2:65
- ↑ Ezra 2
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 Sitat səhvi: Yanlış
<ref>
teqi;Temple, the Second
adlı istinad üçün mətn göstərilməyib - ↑ Maimonides. "Mishneh Torah, Sefer Avodah, Beis Habechirah, Chapter 4, Halacha 1". 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-20.
- ↑ Middot 3:6
- ↑ Ezra 1:7–11
- ↑ Yoma 21b Arxivləşdirilib 2022-01-07 at the Wayback Machine
- ↑ Goldwurm, Hersh. History of the Jewish people: the Second Temple era Arxivləşdirilib 2022-09-22 at the Wayback Machine, Mesorah Publications, 1982. Appendix: Year of the Destruction, p. 213. ISBN 0-89906-454-X
- ↑ Birnbaum, Philip. Kodashim // A Book of Jewish Concepts. New York, NY: Hebrew Publishing Company. 1975. 541–542. ISBN 088482876X.
- ↑ Epstein, Isidore, redaktorIntroduction to Seder Kodashim // The Babylonian Talmud. vol. 5. Singer, M.H. (translator). London: The Soncino Press. 1948. xvii–xxi.
- ↑ Arzi, Abraham. Kodashim // Encyclopedia Judaica. 10 (1st). Jerusalem, Israel: Keter Publishing House Ltd. 1978. 1126–1127.
- ↑ De Bellis Antiquitatis (DBA) The Battle of Panion (200 BC) Arxiv surəti 23 dekabr 2009 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2009-12-23 at the Wayback Machine
- ↑ Flavius Josephus, The Wars of the Jews Jewish War i. 34
- ↑ 1 2 Lester L. Grabbe. An Introduction to Second Temple Judaism: History and Religion of the Jews in the Time of Nehemiah, the Maccabees, Hillel, and Jesus. A&C Black. 2010. 19–20, 26–29. ISBN 9780567552488.
- ↑ Mahieu, B., Between Rome and Jerusalem, OLA 208, Leuven: Peeters, 2012, pp. 147–165)
- ↑ 1 2 Secrets of Jerusalem's Temple Mount, Leen and Kathleen Ritmeyer, 1998
- ↑ 1 2 Flavius Josephus: The Jewish War
- ↑ The History Channel tərəfindən yayımlanmış "Lost Worlds of King Herod" sənədli filmində daşın 16.5 metr hündürlüyə və 567 ton çəkiyə malik olduğu qeyd edilir
- ↑ Dan Bahat: Touching the Stones of our Heritage, Israeli ministry of Religious Affairs, 2002
- ↑ Modern Marvels: Bible tech, History channel
- ↑ İohannın İncili, 2:20
- ↑ Beasley-Murray, G. (1999). Word Biblical Commentary: John (2 ed., Vol. 36). Nashville, Tennessee: Thomas Nelson.
- ↑ Sanders, E. P. The Historical Figure of Jesus. Penguin, 1993. p. 249
- ↑ Funk, Robert W. and the Jesus Seminar. The Acts of Jesus: The Search for the Authentic Deeds of Jesus. HarperSanFrancisco. 1998.
- ↑ "Israel Antiquities Authority". 2021-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-10.
- ↑ In verse 14 of Ephesians 2:11–18
- ↑ Flavi, 5.5.2 [3b] 6.2.4
- ↑ Luke 4:9
- ↑ Kittel, Gerhard, redaktorTheological Dictionary of the New Testament: Volume III. Bromiley, Geoffrey W. tərəfindən tərcümə olunub. Grand Rapids, Michigan: Wm. B. Eerdmans. 1976 [1965]. səh. 236.
- ↑ Strong's Concordance 4419
- ↑ Mazar, Benjamin (1975). The Mountain of the Lord, Doubleday. p. 149.
- ↑ Josephus, War 5.5.2; 198; m. Mid. 1.4
- ↑ Sanders, E. P. The Historical Figure of Jesus. Penguin, 1993.
- ↑ Ehrman, Bart D.. Jesus, Interrupted, HarperCollins, 2009. ISBN 0-06-117393-2
- ↑ "Hebrew Calendar". www.cgsf.org. 2018-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-12.
- ↑ Matthew Bunson A Dictionary of the Roman Empire p.212 Arxivləşdirilib 2019-03-27 at the Wayback Machine
- ↑ Bruce Johnston. "Colosseum 'built with loot from sack of Jerusalem temple'". Telegraph. 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-12.
- ↑ Alföldy, Géza. "Eine Bauinschrift aus dem Colosseum". Zeitschrift für Papyrologie und Epigraphik. 109. 1995: 195–226. JSTOR 20189648.
- ↑ 1 2 "Ancient Temple Mount 'warning' stone is 'closest thing we have to the Temple'". 2022-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-12.
- ↑ 1 2 Mazar, Eilat. The Complete Guide to the Temple Mount Excavations. Jerusalem: Shoham Academic Research and Publication. 2002. 55–57. ISBN 978-965-90299-1-4.
- ↑ Mikveh of the Priests
- ↑ Debris removed from Temple Mount sparks controversy Arxivləşdirilib 2022-10-04 at the Wayback Machine, MELANIE LIDMAN, JANUARY 1, 2013
- ↑ Gaffney, Sean. "USATODAY.com, Report: Herod's Temple quarry found". USA Today. 2007-09-24. 2010-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2020.
- ↑ "Second Temple Flooring restored". Haaretz. 2022-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2020.
- ↑ Kershner, Isabel. "A Carved Stone Block Upends Assumptions About Ancient Judaism". New York Times. 8 December 2015. 6 May 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2020.
Ədəbiyyat
redaktə- Grabbe, Lester. 2008. A History of the Jews and Judaism in the Second Temple Period. 2 vols. New York: T&T Clark.
- Nickelsburg, George. 2005. Jewish Literature between the Bible and the Mishnah: A Historical and Literary Introduction. 2nd ed. Minneapolis: Fortress.
- Schiffman, Lawrence, ed. 1998. Texts and Traditions: A Source Reader for the Study of Second Temple and Rabbinic Judaism. Hoboken, NJ: KTAV.
- Stone, Michael, ed. 1984. The Literature of the Jewish People in the Period of the Second Temple and the Talmud. 2 vols. Philadelphia: Fortress.
Xarici keçidlər
redaktə- Second Temple and Talmudic Era Arxivləşdirilib 2021-02-24 at the Wayback Machine The Jewish History Resource Center, Project of the Dinur Center for Research in Jewish History, The Hebrew University of Jerusalem
- Jewish Encyclopedia: Temple, The Second
- 4 Enoch: The Online Encyclopedia of Second Temple Judaism
- Second Temple of Jerusalem (renders album of 3d model) / Zonerama photo gallery
- Jerusalem Videos The Southern & Western walls in Jerusalem – The Temple Mount
- Temple Mount Photos The Temple Mount photos including sites below the Mount itself, off limits to any non-Muslims
- Jewish Encyclopedia: Temple of Herod
- PBS Frontline: Temple Culture
- Picture gallery of a model of the temple
- Jewish Encyclopedia: Temple, The Second
- 4 Enoch: The Online Encyclopedia of Second Temple Judaism