Ikinci Macaristan Respublikasi - Wikipedia
İkinci Macarıstan Respublikası (mac. Magyar Köztársaság) — Macarıstan dövləti ləğv olunduqdan sonra yaranan parlament respublikası, hökumət naibi Mikloş Hortinin vəzifəsindən istefasından sonra 1944-cü ildə yaranan Nasist Almaniyası peyk dövlət.
İkinci Macarıstan Respublikası | |||||
---|---|---|---|---|---|
mac. Magyar Köztársaság | |||||
| |||||
Rəsmi dilləri | |||||
Paytaxt | Budapeşt | ||||
İdarəetmə forması | parlamentli respublika | ||||
• Əhali |
|
||||
Valyuta | Macarıstan forinti | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Hüquq sistemi
redaktəƏn yüksək məhkəmə instansiyası Macarıstan Kral Kuriyasının (Magyar Királyi Kúria) nəzarəti altında isə, apellyasiya instansiyalarına məhkəmə skamyası (Ítélőtábla) baxırdı, tribunallar (Törvényszék) ilk instansiya məhkəmələri hesab olurdu, məhkəmə sisteminin ən aşağı səviyyəsi yerli məhkəmələr (helyi bírós) sayılırdı, bütün məhkəmələrə hakimləri prezident təyin edirdi, məhkəmə işlərinə baxılmaqda iştirak edən vətəndaşlar iclasçı (Ülnök) hesab olunurdular.
Güc strukturları
redaktə- Macarıstan Honvedi (Magyar Honvédség) silahlı qüvvə sayılırdı
- Dövlət Təhlükəsizliyi Departamenti (Államvédelmi Osztály, AVO) ölkə təhlükəsizliyinin qurumu idi
- Polis (Rendőrsége) daxili işlər qurumu idi
İqtisadiyyatı
redaktəForint adlı pul vahidi aşağıdaki kimi təqdim olunmuşdur:
- 2 filer nominalında bürünc sikkələr, 10 və 20 filer mis alüminium sikkələr, 1 və 2 nominallarında alüminium sikkələr[1] Macarıstan zərbxanasında (Magyar Pénzverő) zərb olunurdu
- Macarıstan Milli Bankı (Magyar Nemzeti Bank) tərəfindən 10, 20 və 100 forint[2] nominallarında kağız pullar buraxırdı.
Ölkənin poçt və telefon rabitəsi operatoru vəzifəsini Macarıstan poçtu (Magyar Posta) yerinə yetirirdi. Dəmir yolu nəqliyyatı təminatçısı Macarıstan Kral Dəmir Yolları (Magyar Királyi Államvasutak) idi.
Kütləvi informasiya vasitələri
redaktəİki radiokanal mövcud idi:
- "Budapeşt I" (Budapest I)
- "Budapeşt II" (Budapest II)
Rəhbərləri
redaktəPrezidentləri
redaktə- Zoltan Tildi (1945–1947)
- Arpad Sakaşiç, Macarıstan Sosial Demokrat Partiyası (MSDP) (1947–1949)
Baş nazirləri
redaktə- Ferents Nad (1945–1947)
- Layoş Din (1947–1948)
- İştvan Dobi, MZP (1948–1949)
İstinadlar
redaktə- ↑ "Каталог монет Венгерской Республики". 2018-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-05.
- ↑ "Венгерская Народная Республика". 2018-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-05.
Macarıstan portalı |