Ifrat Eliyeva - Wikipedia
İfrat Əliyeva (İfrat Səlim qızı Əliyeva; 9 noyabr 1938, Bakı – 31 avqust 2024) — Azərbaycan tənqidçisi, ədəbiyyatşünası, filologiya elmləri doktoru, professor[1]. Azərbaycan Respublikasının əməkdar müəllimi.
İfrat Əliyeva | |
---|---|
Doğum tarixi | 9 noyabr 1938 |
Doğum yeri | |
Vəfat tarixi | 31 avqust 2024 (85 yaşında) |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | Ədəbiyyat |
Elmi dərəcəsi | professor |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Mükafatları |
Həyatı və təhsili
redaktəİfrat Əliyeva 1938-ci ilin noyabr ayının 9-da Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur.[2]
1946–1956-cı illərdə Hüseyn Cavid adına orta məktəbi bitirmişdir. 1956–1961-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsində təhsil almışdır.
Elmi fəaliyyəti
redaktə- 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasında əmək fəaliyyətinə başlamışdır.
- 1971-ci ildə "Bəxtiyar Vahabzadənin lirikası" mövzusunda dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi adına layiq görülmüşdür.
- 1987-ci ildə "Məmməd Rəhimin yaradıcılıq yolu" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
- ADU-nun Müasir Azərbaycan ədəbiyyatı kafedrasında dosent (1980), daha sonra professor (1988) vəzifəsini tutmuşdur.
- ADU-nun filologiya fakültəsində dekan müavini (1979–1980; 1992–1994), universitetin qiyabi və orta ixtisas təhsili üzrə prorektoru (1994–1999) işləmişdir.
Hazırda Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professorudur. Müasir Azərbaycan ədəbiyyatı və ədəbi tənqid fənlərindən mühazirələr aparır.
Onun rəhbərliyi altında 10-dan artıq fəlsəfə doktoru dissertasiya müdafiə etmişdir.
Azərbaycan, Türkiyə və Rusiya mətbuatında dərc olunmuş 100-dən çox elmi məqalənin, 10-dan artıq monoqrafiya, dərs vəsaiti və biblioqrafik göstəricinin müəllifidir.
Azərbaycanın xalq şairi Məmməd Rahimin iki cildlik "Seçilmiş əsərləri"ni nəşrə hazırlamşdır.
Bir sıra beynəlxalq konfranslarda çağdaş Azərbaycan ədəbiyyatı ilə bağlı məruzə etmişdir.
Elmi araşdırmalarını əsasən XX–XXI əsrlər Azərbaycan poeziyası və bədii nəsr örnəklərini əhatə edir. Xüsusilə, Məmməd Rahim, Əli Kərim, Bəxtiyar Vahabzadə, Əzizə Cəfərzadə, Fikrət Sadıq haqqında yazdığı monoqrafik tədqiqatlar elmi tutumu ilə diqqəti çəkir.
Ali məktəblərin filologiya fakültələri üçün nəzərdə tutulmuş iki cildlik "Müasir Azərbaycan ədəbiyyatı" (2007) dərsliyinin müəlliflərindən biridir.
Kitabları
redaktə- Bəxtiyar Vahabzadənin lirikası. Bakı: "Yazıçı" nəşriyyatı, 1971, 180 s.
- Məmməd Rəhimin yaradıcılıq yolu. Bakı: "Yazıçı" nəşriyyatı, 1987, 200 s.
- Azərbaycan poeziyasında ictimai-siyasi lirika. Bakı: BDU nəşriyyatı, 1983, 96 s.
- Azərbaycan sovet poeziyası (30-cu illər). Bakı: ADU nəşriyyatı, 1984, 76 s.
- Bəxtiyar Vahabzadə. Biblioqrafik göstəricisi, Bakı: "Maarif" nəşriyyatı, 1997, 199 s.
- El anası Əzizə Cəfərzadə. Bakı: "Elm" nəşriyyatı, 2001, 64 s.
- Poetik ilhamın özünəməxsusluğu (Şair F. Sadığın yaradıcılığı) (monoqrafiya), Bakı: "Elm və təhsil" nəşriyyatı, 2010, 204 s.
- Çırağı sönməyən poeziya (Şair Əli Kərimin yaradıcılığı) (monoqrafiya). Bakı: "Yazıçı" nəşriyyatı, 2017, 320 s.
Mükafatları
redaktəAzərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2009-cu ildə Əməkdar Müəllim fəxri adı ilə, 2019-cu ildə "Tərəqqi" medalı ilə təltif olunub.
İstinadlar
redaktə- ↑ BDU-nun Filologiya fakültəsində professor Samət Əlizadənin 80 illik yubileyi qeyd olunub (FOTO)
- ↑ "İFRAT SƏLİM QIZI ƏLİYEVA". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-12.