Idriya - Wikipedia
İdriya (Idrija, Idria) — Sloveniyada mədən şəhəri. Eyni adlı bələdiyyənin inzibati mərkəzi. Şəhər Sloveniyanın şimal-qərbində, Lyublyananın 60 km-də yerləşir.
İdriya | |
---|---|
sloven. Idrija | |
46°00′04″ şm. e. 14°01′19″ ş. u.HGYO | |
Ölkə | Sloveniya |
Tarixi və coğrafiyası | |
Sahəsi | 13,1 km² |
Mərkəzin hündürlüyü | 326 m, 341 m |
Saat qurşağı | UTC+1 |
Əhalisi | |
Əhalisi | 5.878 nəfər (2002) |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 386 05 |
Poçt indeksi | 5280 |
Digər | |
idrija.si | |
Vikianbarda əlaqəli mediafayllar |
Müasir şəhər XVI əsrdə meydana gəlmişdir. Yerli kəndlilər su quyusundan su çəkən zaman vedrənin qeyri-adi ağırlığa və suyun parıltılı olmasını müşahidə etmişlər. Sonda bunun civə olduğu məlum oldu. Tezliklə İdriya civə yatağı ispaniyanın Almaden mədəni ilə rəqabətə başladı. İdriya dünyada ikinci ən böyük civə yatağıdır (birinci yerdə Almaden mədəni). Dünya civə ehtiyatının 13 % İdiriya mədənlərində istehsal olunur[1]. İdriyada 500 il müddətində — 107 000 ton civə istehsal edilmişdir.[2] 1970-ci ildə dünya civə bazarında civənin qiymətində düşmə qeydə alındı. Civənin istifadə edildiyi sahələrdə (amalqamasiya, səhiyyə, yod, xlor, boya istehsalı və s.) artıq civəni daha ekoloji təmiz materyallarla əvəzlənməsinə başlanılmışdır. 1977-ci ildə mədən müvəqqəti bağlanıldı. Bu şəhər əhalisinin həyatında böyük dəyişikliklərə səbəb olmuşdur. 1987-ci ildə mədən birdəfəlik bağlanıldı.
2010-cu İdriya ərzisində "İdriya Geoparkı" yaradılmış[3]. Parkda İdriya ərazisinin zəngin geoloji özəlliklərini qoruyub saxlanılır. İdriya Geoparkı beynəlxalq özəlliyə malikdir və UNESCO-nun geoparklar şəbəkəsinə daxildir.
YUNECKO 2012-ci ildə Almaden və İdriya civə mədənlərinin çox əsrlik sənaye infrastrukturunu bəşəriyyətin 450 illik unikal dağ-mədən qazma işlərinin şahidi kimi qəbul etmişdir.
İdriya şəhərindən 102 nömrəli baş maqistral yolu keçir. Yol Loqates şəhərini Tolmin şəhəri ilə birləşdirir. İdriyanın əsas sənaye zavodları "Hidriya" və "Kolektordur". Sənayenin inkişafı nəticəsində şəhərdə işsizlik səviyyəsi çox aşağıdır — 5,7 %.
Xarici keçidlər
redaktə- Rəsmi sayt
- Geopark (ingilis dilində)
- Şəhərin turist portalı (ingilis dilində)
- İdriya festivalı (ingilis dilində) Arxivləşdirilib 2020-03-26 at the Wayback Machine
- İdriya şəhər muzeyi (ingilis dilində)
İstinadlar
redaktə
- ↑ "Idrijski rudnik živega srebra". 2013-10-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-14.
- ↑ "Idrija's miners". 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-14.
- ↑ "Geopark Idrija: About us". 2014-01-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-14.