Idrak Felsefesi - Wikipedia
İdrak fəlsəfəsi — mövzusu ağlın təbiəti, o cümlədən ağlın fiziki reallıq ilə nisbəti olan fəlsəfi fənn.[2][3][4]
XIX əsrdə alman filosofu Artur Şopenhauer ağlı "Kainatın əngəli" adlandırmış, onun insan biliyinin ən qaranlıq hissəsi olduğunu vurğulamışdır. Ağıl fəlsəfəsi XX əsrdə ən populyar mövzulardan birinə çevrilmişdir. Bu mövzu haqqında hər il çoxlu ədəbiyyat nümunələri nəşr olunurdu. Müasir ABŞ filosofu Riçard Rorti bildirmişdir ki, təfəkkür fəlsəfəsi indiki dövrdə əlverişli olan tək fəlsəfi fənndir.
Ağıl fəlsəfəsi antik dövrə qədər gedib çıxır. Platon və Aristotel dualizmin ilk mütəfəkkirlərindəndir, çünki onlar düşünürdülər ki, ağıl materiyadan ayrı bir ontoloji reallıqdır. Monizm ənənəsinin kökündə başqa bir qədim yunan filosofu olan Parmenid dayanır. O, iddia edirdi ki, varlıq və ağıl birdir. Dualizm Qərb fəlsəfəsinə 17-ci əsrdə Rene Dekart sayəsində daxil oldu.[5] Dekart kimi substansiya dualistləri ağılın müstəqil mövcud olan substansiya olduğunu iddia edirdilər, xüsusiyyət dualistləri isə ağılın beyində üzə çıxan və beyinə reduksiya edilə bilməyən bir sıra müstəqil xüsusiyyətlər olduğunu, ancaq ayrı bir substansiya olmadığını müdafiə edirlər.[6] Spinoza, Lokk və Yum kimi modern dövrün filosoflarının toxunduğu ən əhəmiyyətli mövzulardan birinə çevrilir.
İdrak nəzəriyyəsi
redaktəİdrak nəzəriyyəsi idrak, insan biliklərinin hüdudları, bu biliyin əldə edilməsi üsulları və onun yəqinlik meyarları haqqında fəlsəfi təlimdir. Yunan dilinə tərcümədə bu nəzəriyyə qnoseologiya (yunanca gnosis-bilik və logos-təlim deməkdir) və ya epistemologiya (yunanca episteme-bilik, logos-təlim deməkdir) adlanır. Bu gün "epistemologiya" termini daha tez-tez istifadə edilir və "qnoseologiya" termini ilə müqayisədə onun elmi mənası çox aydın şəkildə ifadə olunmuşdur[7]. İdrak şüur daşıyıcısı olan subyektlə, onun müraciət etdiyi obyekt arasında yaranan bir əlaqədir. İdrak prosesində bir şüurun (subyekt) və bir obyektin varlığı zəruridir. Nə obyektsiz bir subyekt, nə də subyektsiz bir obyekt ola bilər. Belə bir idrak əlaqəsi, özündə idrak nəzəriyyəsi ilə bağlı (epistemoji) müxtəlif məsələlər daşıyır. Bunların ən başlıcası, biliyin doğru olub olmaması məsələsidir.
İdrak nəzəriyyəsinin şərhləri
redaktəİdrak nəzəriyyəsinin şərhləri müxtəlifdir. Fəlsəfi məktəblərin fəlsəfədə idrakın obyekti, reallığı dərk etməyin metodları, alınmış nəticələrin həqiqiliyinin yoxlanılması üsulları və digər problemlərə yanaşmalar arasında ciddi fərqlər vardır. Bu fərqlərlə bağlı klassik fəlsəfə, marksizm və müasir ümumfəlsəfi cərəyanlar ziddiyyətli yer tuturlar.
İdrakın mahiyyəti
redaktəİdrak tarixən inkişaf edən və bununla da sırf insani proses kimi biliyin saxlanması, yığılması, çoxalmasıdır. Beləliklə, idrak insan şəxsiyyətinin mənəvi inkişafıdır. İdrak həm də həqiqətin düşünülmüş şəkildə başa düşülməsi və praktikada tətbiq edilməsidir. İdrak da praktika kimi bəzi hallarda bir başa, bəzi hallarda dolayı yolla bütün insan fəaliyyətini xarakterizə edir.
İdrak haqqında düşüncələr
redaktəBütün materialistlər belə hesab edirlər ki, idrak gerçəkliyin əks olunmasının xüsusi formasıdır; əksetmə materiyanın ümumi xassəsidir. Dialektik materializmə görə, ümumiyyətlə şüur əksolunmanın ali formasıdır; belə əksolunma isə insanın mənafeyinə uyğun olaraq əmək, istehsaletmə fəaliyyəti əsasında ətraf gerçəkliyi dəyişmək yolu ilə yalnız insan cəmiyyətində baş verir, deməli, yalnız insana məxsusdur. XX əsrin 30-cu illərində Sovetlər Birliyində V. İ.Leninin idrak haqqında görüşləri ehkamlaşdınidı, son dərəcə ideologiyalaşdırıldı və "Leninin inikas nəzəriyyəsi" adlandınidı. Lakin rus filosofu V. A. Lektorskinin dediyi kimi duyğunu "obyektiv aləmin subyektiv obrazı" hesab etmək sadəlövh sensualizm mövqeyini ifadə edir və hər halda keçən əsrin ortalannda qəti olaraq anaxronizmə çevrilir. Bir çox müasir Avropa alimlərinin fikrincə, son dövrlərdə idrak nəzəriyyəsi ilə filosoflardan daha çox təbiətşünaslıq elminin nümayəndələri məşğul olurlar. Məsələn, alman filosofu və məntiqşünası H. Reyhenbax (1881–1953) hesab edir ki, "qəribə olsa da XIX–XX əsrlərdə dəqiq idrak nəzəriyyəsi filosoflar tərəfindən deyil, təbiətşünaslıq elminin nümayəndələri tərəfindən yaradılmışdir. İdrak anlayışı hələ qədim mütəfəkkirlər tərəfindən irəli sürülmüşdür. Məsələn, Demokrit idrakı əksolunma hesab edirdisə, Platon əslində əksolunma ideyasını aradan götürür, ruhun əvvəllər təmiz fikir və gözəllik səltənətində olduğu haqqında öz təəssüratını xatırlamasını idrak ilə eyniləşdirirdi. Yeni dövr materialistləri əksolunma anlayışını passiv, seyrçi proses şəklində izah etmişlər. Bütün dövrlərin idealistləri əksolunma problemini inkar edir, idrakı subyektin öz şüurunun, ruhunun dərinliyindən çıxartdığı anlayışlar, kateqoriyalar, ideyalar sistemini yaratması prosesi kimi, yəni biliyin öz-özünü yaratması prosesi kimi şərh edirlər. Bu məsələdə idealizmin qüvvətli tərəfi dərk edən subyektin, onun ruhunun, şüurunun yaradıcı fəallığını daha da inkişaf etdirməsidir[8].
İdrak nəzəriyyəsinin problemi
redaktəİdrak nəzəriyyəsinin mərkəzi problemlərindən biri — özünü dərk etməkdir. Fəlsəfi mənada özünü dərk etmək — insanın öz cismani təbiətini bilməsi və hətta öz ruhunun duyğu, hiss və emosiya kimi tərəflərini dərk etməsi deyil. Bu — insanın özünün dərk etmək qabiliyyətini, təfəkkürünü, ağlını dərk etməsidir. Lakin belə biliyə nail olmaq həddən artıq çətin işdir. Bəzi filosoflar isə belə hesab edirlər ki, bu ümumiyyətlə mümkün deyil və sübut etməyə çalışırlar ki, funksiyası başqa şeyləri dərk etmək olan ağıl elə buna görə də özünü dərk edə bilməz.
İdrakın subyekti və obyekti
redaktəSubyekt və obyektin qarşılıqlı münasibəti fəlsəfənin əbədi problemidir. Fəlsəfə üçün idrakın obyekti bütövlükdə dünya, bu dünyaya aid olan bu və ya digər nəticələrin çıxarılması imkanıdır. Obyektin dərk edilməsi konkret obyekt və subyekt arasında qarşılıqlı təsir prosesində baş verir.
İdrakın obyekti
redaktəİdrakın obyekti deyildiyi kimi bütövlükdə dünyanın özü və ya onun hər hansı bir hissəsidir.
İdrakın predmeti
redaktəİdrakın predmeti kimi həmin obyektin konkret təzahürlərindən biri çıxış edir. Deməli, obyekt tədqiqat predmetindən daha genişdir. Eyni bir obyekt çoxlu tədqiqatların predmeti ola bilər. Dərketmə fəaliyyətinin subyekti kimi fəlsəfədə ilk növbədə idrak prosesini məqsədyönlü həyata keçirən bir adam (və ya qrup) nəzərdə tutulur. Obyekt dərk edilən, subyekt dərk edəndir. Ağıllı subyekti başqalarından fərqləndirən cəhət odur ki, o, vəziyyəti bütövlükdə tam şəklində götürə bilir, başqaları üçün bir-biri ilə əlaqəsi olmayan çoxlu fakt və hadisələrin arxasında gizlənən yolu görür və həmin yolla getməyi göstərir. İdrak prosesində subyekt və obyektin qarşılıqlı təsirini iki aspektdə şərh etmək olar: birinciy marksistlərin irəli sürdüyü fəlsəfənin əsas məsələsi çərçivəsində, yəni materiyanın şüura münasibəti daxilində. Obyekt birinci, subyekt ikincidir. İkincisi, subyekt və obyektin qarşılıqlı təsiri reallığın özünün qarşılıqlı təsirdə olan iki formasıdır. Bu reallıqda isə dərketmə fəaliyyəti nəticədə mənəvi proses kimi çıxış edir. Obyektiv və subyektivliyin dialektikası ilk baxışda göründüyündən daha mürəkkəb problemdir, qnoseoloji, sosial, məntiqi, psixoloji və başqa aspektləri özündə birləşdirin Ona görə də obyektiv və subyektivliyin dialektikasını açmaq yalnız fəlsəfə üçün deyil, həmişə konkret şəraitdə konkret təhlil tələb etdiyindən başqa elmlər üçün də çox vacibdir[9].
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ Oliver Elbs, Neuro-Esthetics: Mapological foundations and applications (Map 2003), (Munich 2005)
- ↑ Kim, J. Honderich, Ted (redaktor). Problems in the Philosophy of Mind. Oxford Companion to Philosophy. Oxford: Oxford University Press. 1995.
- ↑ Siegel, S.: The Contents of Visual Experience. New York: Oxford University Press. 2010
- ↑ Macpherson, F. & Haddock, A., editors, Disjunctivism: Perception, Action, Knowledge, Oxford: Oxford University Press, 2008.
- ↑ Descartes, René. Discourse on Method and Meditations on First Philosophy. Hacket Publishing Company. 1998. ISBN 978-0-87220-421-8.
- ↑ Hart, W. D. (1996) "Dualism", in Samuel Guttenplan (org) A Companion to the Philosophy of Mind, Blackwell, Oxford, 265–7.
- ↑ R.Ə.Mehdiyev. Fəlsəfə Dərslik. Bakı: Şərq-Qərb. 2010. səh. 360.
- ↑ Yusif Rüstəmov. Fəlsəfənin əsasları. Bakı: NURLAN Nəşriyyat-Poliqrafiya Mərkəzi. 2007. səh. 504.
- ↑ Yusif Rüstəmov. Fəlsəfənin əsasları. Bakı: NURLAN Nəşriyyat-Poliqrafiya Mərkəzi. 2007. səh. 504.
Ədəbiyyat
redaktə- The London Philosophy Study Guide Arxivləşdirilib 2009-09-23 at the Wayback Machine offers many suggestions on what to read, depending on the student's familiarity with the subject: Philosophy of Mind Arxivləşdirilib 2020-06-15 at the Wayback Machine
- AL Engleman "Expressions: A Philosophy of Mind" (CafePress, 2005)
- Richard Rorty, Philosophy and the Mirror of Nature (Princeton, 1980), p. 120, 125.
- Pedro Jesús Teruel, Mente, cerebro y antropología en Kant (Madrid, 2008). ISBN 978-84-309-4688-4.
- David J. Ungs, Better than one; how we each have two minds (London, 2004). ISBN 978-1-78220-173-1
- Alfred North Whitehead Science and the Modern World (1925; reprinted London, 1985), pp. 68–70.
- Edwin Burtt The Metaphysical Foundations of Modern Physical Science, 2nd ed. (London, 1932), pp. 318–19.
- Felix Deutsch (ed.) On the Mysterious Leap from the Mind to the Body (New York, 1959).
- Herbert Feigl The "Mental" and the "Physical": The Essay and a Postscript (1967), in H. Feigl et al., (eds.), Minnesota Studies in the Philosophy of Science (Minneapolis, 1958), Vol. 2, pp. 370–497, at p. 373.
- Nap Mabaquiao, Jr., Mind, Science and Computation (with foreword by Tim Crane). Manila: De La Salle University Publishing House, 2012.
- Celia Green The Lost Cause: Causation and the Mind–Body Problem. (Oxford: Oxford Forum, 2003). Applies a sceptical view on causality to the problems of interactionism.
- Gyatso, Geshe Kelsang Gyatso, Understanding the Mind: The Nature and Power of the Mind, Tharpa Publications (2nd. ed., 1997) ISBN 978-0-948006-78-4
- Gerhard Medicus. Being Human – Bridging the Gap between the Sciences of Body and Mind. Berlin (2015): VWB
- Gerhard Medicus (2017). Being Human – Bridging the Gap between the Sciences of Body and Mind, Berlin VWB
- Scott Robert Sehon, Teleological Realism: Mind, Agency and Explanation. Cambridge: MIT University Press, 2005.
- Trnka, Radek; Kuška, Martin; Čábelková, Inna. (2018). Creativity, emergence of novelty, and spontaneous symmetry breaking. SGEM Conference Proceedings, 2.1: 203–210. doi:10.5593/sgemsocial2018h/21/s06.025. ISBN 978-619-7408-31-7.
Xarici keçidlər
redaktə- Guide to Philosophy of Mind, compiled by David Chalmers.
- MindPapers: A Bibliography of the Philosophy of Mind and the Science of Consciousness, compiled by David Chalmers (Editor) & David Bourget (Assistant Editor).
- Dictionary of Philosophy of Mind, edited by Chris Eliasmith.
- An Introduction to the Philosophy of Mind, by Paul Newall, aimed at beginners.
- A list of online papers on consciousness and philosophy of mind, compiled by David Chalmers
- Field guide to the Philosophy of Mind Arxivləşdirilib 2020-08-17 at the Wayback Machine
- Mind Field: The Playground of Gods, from the Indian Psychology series by Swami Veda Bharati.