Idman Gimnastikasi - Wikipedia
İdman gimnastikası — bura gimnastika ləvazimatları, döşəmə məşqləri və dayaqlar daxildir.
İdman gimnastikası | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə"Gimnastika" termini b.e.ə təxminən V əsrdə qədim Yunanıstanda təhsil, hərbi, və sağlamlıq üçün kompleks hərəkətləri ifadə edirdi. Qədim yunanlar belə hesab edirdilər ki, gimnastika bədənə çeviklik, güc, cəldlik, qədd-qamət, gözəllik verir, insana igidlik və nəciblik hissləri aşılayır. Yunanlar gimnastik hərəkətlərdən fiziki inkişaf üçün deyil, həm də hərbçilərin yetişdirilməsində də istifadə edirdilər.
Qədim Romada legionerləri döyüşə hazırlayarkən onlara dəstəkli atlar və xüsusi tirlərlə təlim keçirdilər. Qladiator məktəblərində gimnastika qladiatorun çevikliyinin və dözümlülüyünün yüksəldilməsində əvəzedilməz rol oynayırdı.
İntibah dövründə hümanistlər gənclərin fiziki tərbiyyəsi və hərtərəfli inkişafında gimnastikaya böyük əhəmiyyət verirdilər. 16-cı əsrdə gimnastika üzrə görkəmli mütəxəssis İ.Merkurialis "Gimnastika incəsənəti haqqında" əsərini nəşr etdirmişdi. Gimnastikanın inkişafında ən yüksək təjrübi və nəzəri biliklərin əsasını alman pedaqoqu Fit (1763-1836) və F. Quts-Muts (1759-1839) qoyublar. Onlar gimnastik hərəkətlərin biomexanikası haqqında təsəvvürlər, alətlərlə gimnastik hərəkətlər metodikasının işlənib hazırlanmasına öz layiqli töhfələrini vermişlər.
İsveç gimnastikasının əsasını qoymuş ata və oğul P.Q.Linq (1776-1839) və Y.Linq (1820-1886) gimnastikaya yeni alətlər – müxtəlif ölçülü nərdivan və tir daxil ediblər, təmrinləri anatomik əlamətlərinə görə təsnifatlaşdırıblar.
İdman gimnastikasının sürətli inkişafı təşkilatlanma ilə nəticələnib. 1881-ci ildə Beynəlxalq Gimnastika Federasiyası (FİG) yaradılıb. Beş ildən sonra, yəni 1896-cı ildə Afinada keçirilən ilk Olimpiya Oyunlarının proqramına salınan idman növləri arasında idman gimnastikası da yer alıb.
İdman gimnastikası üzrə ilk dünya çempitonatı FİQ-in əsasını qoymuş belçikalı N.C.Kuperusun təşəbbüsü ilə 1903-cü ildə Antverpendə keçirilib. 1903-cü ildən 1913-cü ilə qədər dünya çempionatları iki ildən bir, 1922-ci ildən isə dörd ildən bir keçirilib. FİQ-nin 1977-ci ildə düzənlənən konqresi gimnastika üzrə dünya çempionatlarının yenidən iki ildən bir keçirilməsi haqqında qərar qəbul edib.
Qadınlar ilk dəfə dünya çempionatlarında 1938-ci ildən iştirak etməyə başlayıblar.
Avropa çempionatı isə 1969-cu ildən etibarən düzənlənir.
İdman gimnastikası olimpiya oyunlarında
redaktəİlk müasir Olimpiya oyunlarında kişilər gimnastikanın turnik, at, həlqə, dayaqla tullanma və kanatla dırmanma növləri üzrə yarışıblar. İlk Olimpiya çempionları tirdə Alfred Flatov (Almaniya), dayaqla tullanmada onun həmvətəni Karl Şuman, dəstəkli atda Luis Zutter (İsveçrə), turnikdə German Vayngertner (Almaniya), həlqələrlə İoannis Mitropulos (Yunanıstan), kanatla dırmanmada Nikolass Andiriakonukos (Yunanıstan) olublar. Şəxsi və komanda birinciliklərində Almaniya gimnastları fərqləniblər: 5 qızıl, 3 gümüş və 1 bürünc medal. Olimpiya oyunlarında nümayiş etdirilən gimnastika yarışlarına qadınlar ilk dəfə 1928-ci ildə Amsterdamda keçirilən 9-cu Olimpiadada qatılıblar. Maraqlıdır ki, 1996-cı ildə Atlanta Olimpiya Oyunlarında iştirak edən kişi və qadın gimnastların sayı bərabər idi – 108 gimnast.
Məşhur idman gimnastları
redaktəMüxtəlif illərdə idman gimnastikasının inkişafı məşhur gimnastların adı ilə bağlıdır. SSRİ yığmasının tərkibində XVI, XVII və VIII Olimpiya Oyunlarında cəmi 18 medal (9 qızıl, 5 gümüş, 4 bürünc) qazanmış Larisa Latinanın adı bütün dünyaya yaxşı tanışdır. O, iki dəfə (Melbrun və Roma Olimpiadalarında) çoxnövçülük üzrə mütləq çempion tituluna layiq görülüb (gimnastlar üçün ən yüksək titul "mütləq çempion" adıdır). XX, XXI və XXII Olimpiadaların iştirakçısı, 15 medalın (7 qızıl, 5 gümüş, 3 bürünc) sahibi, Monreal Oyunlarının mütləq çempionu Nikolay Andrianov, XVI, XVII və XVIII Olimpiadalarda 13 medala layiq görülmüş Boris Şaxlin (7 qızıl, 4 gümüş, 2 bürünc), yapon gimnastı Takasi Ono (5 qızıl, 4 gümüş, 4 bürünc) və başqaları idman gimnastikasının tarixinə şanlı səhifələr yazıblar.
İdman gimnastikası Azərbaycanda
redaktəİdman gimnastikası Azərbaycanda keçən əsrin 30-cu illərindən etibarən inkişaf etməyə başlayıb. 1939-cu ildə Bakıda ilk respublika çempionatı keçirilib. 50-ci illərin sonundan etibarən isə Azərbaycanda güclü idman gimnastları nəsli yetişib. Tofiq Mehtiyev, Dmitri Filonov, Kamal Abdullayev, Çingiz Şamilov, Natalya Abdinova (Şetinkina), Raisa Timinova kimi gimnastlar Azərbayjanın idman şərəfini müxtəlif beynəlxalq turnirlərdə layiqincə qoruyublar. 80-ci illərdə isə Kamran Fərzəliyev, Vaqif Sədiyev və Valeri Belenkinin simasında Azərbaycan idman gimnastikasına yeni nəfəs, yeni ruh gəlib.
Azərbaycanıvn ən müşhur idman gimnastı Valeri Belenki 1969-cu ildə Bakıda anadan olub. Kiçik yaşlarından bu idman növü ilə məşğul olmağa başlayan Belenki artıq 14 yaşında SSRİ yığmasının tərkibinə dəvət edilib. 1986-cı ildə Azərbayjanın mütləq çempionu və Azərbayjan kubokunun sahibi olan Valeri Belenki SSRİ yığmasının tərkibində 1989-cu ildə dünya çempionu adını qazanıb. 1990-cı ildə SSRİ yığmasının tərkibində ABŞ-nin Sietl şəhərində keçirilən Xoş Məramlı Oyunlarda paralel qollarda, halqalarda çempion, atda, sərbəst hərəkətlərdə gümüş, dayaqlı tullanmada isə bürünc mükafatçı olub.
1991-ci ildə Dünya kubokunu qazanan V. Belenki 1992-ci ildə Barselonada keçirilən XXV Olimpiya Oyunlarında MDB komandası tərkibində çempion adını qazanıb, şəxsi birincilikdə isə bürünc medala sahib olub.
1995-ci ildə Avropa çempionatının bürünc mükafatını, atla yarışlarda isə qitə çempionu adını qazanıb.
2015-ci ildə Bakı şəhərində keçirilən Birinci Avropa Oyunlarında Oleq Stepko, Pyotr Paxnyuk və Eldar Səfərov komanda hesabında Azərbaycana bürünc medal qazandırmışlar.