Ibrahim Veliyev - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Vəliyev İbrahim Əli oğlu (1 iyul 1948, Nəzərəvan, Əştərək rayonu) — Hüquq elmləri namizədi, BDU-nun dosenti
İbrahim Vəliyev | |
---|---|
– 8 aprel 2011[1] | |
Sədr | Əli Kərimli |
5 oktyabr 1992 – 30 iyul 1993 | |
Əvvəlki | Tofiq Kərimov |
Sonrakı | Tahir Əliyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 iyul 1948 (76 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili |
Həyatı
redaktəVəliyev İbrahim Əli oğlu 1 iyul 1948-ci ildə Ermənistan Respublikası Əşdərək rayonunun Nəzərəvan kəndində anadan olub[2]. Onun ailəsi 1949-cu ildə Azərbaycan Respublikası Kürdəmir rayonunun Atakişili kəndinə departasiya edilmişdir. 1954–1965-ci illərdə Atakişili yeddillik məktəbində və Kürdəmir şəhər 1 saylı orta məktəbində təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra iki il fəhlə işləmişdir. 1967–1972-ci illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil almışdır. 1972–1974-cü illərdə sovet ordusunda leytenant rütbəsində qulluq etmiş və baş leytenant rütbəsində tərxis edilmişdir. 1974-cü ildən hal-hazıra qədər Bakı Dövlət Universitetinin hüquq fakültəsinin "Mülki hüquq " kafedrasında müəllim işləyir.
1999-cu ildə Daşkənd hüquq İnstitutunda "Girovun əsas formalarının tarixi təşəkkülü və müasir şəraitdə daşınmaz əmlak girovunun problemləri" mövzusunda dissertasiya müdafiə edib hüquq elmləri namizədi (fəlsəfə doktoru) alimlik dərəcəsi adını almışdır. Hal-hazırda "Mülki hüquq" kafedrasının dosent əvəzi vəzifəsində işləyir. Bakalavr pilləsində "Mülki hüquq", "Roma hüququ", Magistr pilləsində isə "Vərəsəlik hüququ" və "Əmlakın mülkiyyətə və s. əşya hüquqlarına verilməsi üzrə öhdəliklər" fənnlərindən mühazirə və məşğələlər aparır. Mülki hüquq elminin müxtəlif problemlərinə aid 40-dan artıq elmi əsərin müəllifidir.
Siyasi fəaliyyəti
redaktə1992–1993-cü illərdə AR-nın Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində işləmişdir.
İbrahim Vəliyev uzun illər Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini[3], Ali Məclisi və Rəyasət Heyətinin üzvü olaraq siyasi fəaliyyət göstərib, lakin 2011-ci ildə partiyadan istefa vermişdir.[4][5] Deportasiya Qurbanları Cəmiyyətinin İdarə Heyətinin üzvüdür[6].
Kitabları
redaktə- "Основные формы золога в историеском развитии и проблемы золога недвижимости в современных условиях", "Издатество" Hüquq ədəbiyyatı, Bakı: 1998.
- B. Hovitskinin "Roma hüququ" dərsliyinin Azərbaycan dilinə tərcəməsi, Bakı: 2006.
İstinadlar
redaktə- ↑ "Əli Kərimlinin müavini istefa verdi: "Qərarımın səbəblərini açıqlayacağam"". 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-03.
- ↑ "Vəliyev İbrahim Əli oğlu — old.dejure.az saytı". 2014-08-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-02-20.
- ↑ ""Müsavat"ın Şuranı tərk etməsi xəyanət kimi qiymətləndirildi — news.day.az saytı". 2018-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-20.
- ↑ "Arxivlənmiş surət". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-22.
- ↑ "Arxivlənmiş surət". 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-23.
- ↑ Hüseyn Abbasoğlu, "Biz sakit dayana bilmərik" (müsahibə), "İrəvan" qəzeti, 2–8 oktyabr 2011-ci il. səh. 5