Ibisler - Wikipedia
İbislər - Haqqında Məlumat
İbislər (lat. Threskiornithidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinə aid heyvan fəsiləsi.
İbislər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Klad: Dəstə: Yarımdəstə: Fəsilə: İbislər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
İri və orta böyüklükdə quşlardır. Dimdiyi uzun, aşağı əyilmiş (əsl ibis) və ya düz, uc hissəsindən enlidir (ərsindimdik). Ayaqları uzun, barmaqlarının əsası qısa pərdələrlə birləşmişdir. 20 cinsi (32 növü) vardır. Azərbaycanda iki növü qaranaz (qaravay) və ərsindimdik yuvalayır. Bataqlıq və göllərdə yayılmışdır. Koloniyalarla ağacda, qamışlıqda, qayalarda və yerdə yuvalayır; 2-3 və bəzən 4 yumurta qoyur, 3-4 həftə kürt yatır. Cücü, qurd, molyusk, xərçəngkimilər, xırda balıq, qurbağa və s. ilə qidalanır.
Təsnifatı
redaktəƏrsindimdiklər (Plataleinae) yarımfəsiləsi
- Ərsindimdik (Platalea)
İbislər (Threskionithinae) yarımfəsiləsi
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2011.
- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
Mənbə
redaktə- Azərbaycan Sovet EnsiklopediyasıIV cild, səh. 353, Bakı, 1980