Isiqaki - Wikipedia
İşiqaki - Haqqında Məlumat
İşiqaki[1] (yap. 石垣島) — Yaeyama adalarına Sakişima qrupuna Ryukyu arxipelaqına daxildir. Senkaku adaları ilə birlikdə İşiqaki dairəsinə[2], Yaeyama qəzası və Okinava prefekturası ərazisinə daxildir.
İşiqaki adası | |
---|---|
yap. 石垣島 | |
Ümumi məlumatlar | |
Sahəsi | 222,6 km² |
Uzunluğu |
|
Eni | 20 km |
Hündür nöqtəsi | 529 m |
Əhalisi | 46.489 nəfər (2008-ci il) |
Yerləşməsi | |
24°00′00″ şm. e. 124°00′00″ ş. u.HGYO | |
Ölkə | Yaponiya |
Vilayət |
|
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəİşiqaki prefekturanın ücüncü böyük adasıdır. Onun sahəsi 222,6 km² təşkil edir. Adanın əhalisi 46 489 nəfər təşkil edir (2008). Ada İriomote-İşiqaki Milli Parkı ərazisinə daxildir[3]
Ada prefekturanın mərkəzi olan Nahadan 410 km aralıda yerləşir. Tayvan adasından isə 270 km məsafəyə malikdir. Şimal-şərqə doğru ensiz yarımadalar əmələ gətirir.
Ən hündür nöqtəsi Omoto dağıdır (529 m). Adanın ən böyük şəhəri İşiqakidir. Qəsəbələri: Miyara, Siraho, Hirae, Ohama, Maesato, Kabira.
Şəkillər
redaktəİstinadlar
redaktə- ↑ "İşiqaki adasına səyahət" (ingilis). 2012-05-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-01-20.
- ↑ "Təsmi sayt" (ingilis). 2003-07-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-01-20.
- ↑ "Introducing places of interest: Iriomote-Ishigaki National Park (Ishigakijima)". Ministry of the Environment (Japan). 20 April 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 February 2012.