Usulilik - Wikipedia
Üsulilik (ərəb. شيعة أصولية) — Məktəbin adı lüğətdə “əsas” mənasını verən əsl sözünün cəmi olan üsul sözündəndir. Üsuliyyə, İmamiyyə şiəsinin ənənəsində, qeybdən sonra nəzəriyyə və praktiki şərh edərkən məzhəb mənsubları tərəfindən məqbul hesab edilən nəqllərə fiqhin, xüsusilə də ictihadın rasional prinsiplərinin tətbiqinin tərəfdarı olanlara aiddir.
Haqqında
redaktəOn iki şiələrin əksəriyyətini təşkil edən Üsulilər Quran və Hədislərə iman edirlər. Bununla belə, ictihadı (İslam fəqihləri ilə əsaslandırmanı) tam qəbul edirlər. islamın ilahiyyat və dini-hüquqi məsələlərində dörd başlıca mənbəyə(Quran, sünnə, icma və əql) əsaslanan üsulilər rasionalistlər kimi tanınmışlar.[1] Cəfəri şiələrin dini-hüquqi təlimi əsasən üsulilərin irəli sürdükləri dini-əxlaqi və hüquqi normalar üzərində qurulmuşdur.[2]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "USÛLİYYE". islamansiklopedisi.org.tr. 27 aprel 2023 tarixində arxivləşdirilib.
- ↑ Fəlsəfə, Bakı, ""Azərbaycan Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyi", 1997, səh. 435