Ustyurd - Wikipedia
Üstyurd — səhra eyni adlı platoda, Orta Asiyanın qərbində Qazaxıstanın cənubu, Türkmənistan və Özbəkistanın şimalında yerləşir. Şimaldan manqışlaq yarımadası, qərbdən Qaraboğazgöl körfəzi, şərqdə Aral dənizi və Amudərya çayı ilə əhatələnir.
Üstyurd səhrası | |
---|---|
qaz. Үстірт | |
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 365 m |
Sahəsi | 200,000 km² |
Yerləşməsi | |
43°50′00″ şm. e. 55°16′00″ ş. u.HGYO | |
Ölkələr | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Səhranın sahəsi 200 000 km² təşkil edir. Səhranın səthinin əsas lanşaftı gilli, gilli şoranlıq]][1] suxurlardan ibarətdir. Cənub-şərqdə plato gilli-çınqıllı suxurlardan ibarətdir. Səhranın bir hissəsi otlarla örtülür. Bu zaman səhra iki hissəyə bölünür: yarımsəhra və səhra.
İqlimi
redaktəUzun sürən isti yaya mslikdir. İlul ayında orta aylıq temperatur 26-28°s təşkil edir. Bəzi illərdə səhrada hətta 40-60°s olması məlumdur. Orta illik yağıntının miqdarı 120 mm-i keçmir. Yağıntı əsasən payız-qış dönəmində düşür. Psyız isti və aydın havalı olur. Bəzi illərdə isə şaxtalar müşahidə edilir. Qış qısa və isti olur. Qışın soyuqları əsasən Sibirdən gələn antisiklonun təsiri ilə yaranlr. Yanvar ayının orta aylıq temperaturu -2,5°-5°s təşkil edir. Sərt qış dekabrın sonları yanvarın əvvəllərinə təsadüf edir. Qar madir hallarda yağır. Bəzi illərdə -26° hətta -41° ola bilir. Bəzi yerlərdə -45° müşahidə edilmişdir. Qış ayla qum tufanları və güçlü küləklər xarakterikdir.
Yaz nisbətən mülayim keçir. Artıq apreldən şaxtalar bitir. Quru isti havalar artıq mayın ikinci yarısından başlayır. Bundan sonra isə artıq çüçərmiş bitkilər tədricən quruyur və quru çör-çöpə çevrilir. Mövcud olan müvəqqəti çaylar əsassən qar suları ilə qidalanır.
Səthi
redaktəSəthinə[2] nəzər saldıqda əsasən boz-qonur, şoran torpaqlardan ibarət olduğunu görmək olar. Artıq yazın sonlarında gilli suxurlardan ibarət olan torpaq da takırlar yaranır.
Bozqır səhra bitkilərindən qumluqlarda saksaullara rast gəlinir. Güçlü buxarlanma sayəsində səthfə duz qalıqları yığılır. 0,3-0,7 m dərinlikdə acı-şor qrunt sularına rast gəlmək olar.
Hərbi sınaqlar
redaktə1980-ci illərdə Üstyurdun cənub-şərqində Jaslıq qəsəbəsi yaxınlığında hərbi paliqon olmuşdur. Paliqonda kimyəvi silahların sınaqları və bu silahlardan qoronma sınaqları həyata keçirilirdi. Kimyavi silahların təlimini təşkil edən hərbi hissə Nukus şəhərində yerləşirdi. 1990-cı illərdə hərbi hissə bağlanılır və paliqon ləğv edilir.
Bundan əlavə plato ərazisində bir necə yeraltı atom bombası sınağı keçilirmişdir. Xüsusi ilə Qazaxıstanın Manqıstau ərazisində üç belə bomba sınaqdan çıxarılmıışdır.
Asiya və Avropa arasında sərhəd
redaktə2010-cı ildə rus geoloqlarının apardığı araşdırmalar sayəsində o məlum olmuşdur ki, iki qitə arasında sərhəd heçdə Ural və ya Emba çaylarından deyil bir başa Ural dağlarının cənub ətəklərindən başlayaraq Qazaxısran ərazisindəki Muqocarı dağlarına qədər gəlir. Buradan isə Xəzər çökəkliyini əhatə edir. Milyon illər əvvəl Xəzərin ərazisi Üstyurdun qərb hissələrini belə əhatə edirdi. Bu isə onu deməyə əsas verir ki, səhranın bir hissəsi avropada yerləşir. Bu fikir hələ təsdiqini tapmamışdır.
İstinadlar
redaktə- ↑ "Paleokazakhstan - Устюрт". 2021-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-10.
- ↑ "Устюрт - Планета Земля". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-10.