Urge - Wikipedia
Ürgə — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Göyşaban kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Ürgə kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.[1]
Ürgə | |
---|---|
38°51′ şm. e. 48°46′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Coğrafiyası və iqlimi
redaktəXəzər dənizin sahilində yerləşən kənd əsasən qumsal torpaqlardan ibarətdir. Lənkəran şəhərindən 8 kilometr məsafədə yerləşir. Göyşaban, Veravul Girdəni kəndləri və Liman şəhəri ilə həmsərhəddir.
Əhalisi
redaktəƏhalisi 2500 nəfərdir. Əhali əsasən XX əsrin 60-cı illərində Marso sovxozu yaradılarkən Lerik və Yardımlı rayonunun kəndlərindən köçüb gələnlərdir. Eyni zamanda əhalinin köçü bu gün də davam edir.
Din
redaktəKənddə Ürgə kənd məscidi dini icması fəaliyyət göstərir.[2]
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25.
- ↑ MÜSƏLMAN DİNİ İCMALAR - 2016-cı ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az (az.)
Həmçinin bax
redaktə Lənkəran rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |