Umumdunya Turizm Teskilati - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Ümumdünya Turizm Təşkilatı (ÜTT, ing. World Tourism Organization, fr. Organisation mondiale du tourisme) — turizm üzrə ixtisaslaşmış beynəlxalq təşkilat. Mərkəzi qərargahı İspaniyanın paytaxtı Madrid şəhərində yerləşir[1]. Baş katibi 2018-ci ildən gürcüstanlı Zurab Pololikaşvilidir.
Ümumdünya Turizm Təşkilatı ÜTT | |
---|---|
ing. World Tourism Organization fr. Organisation mondiale du tourisme | |
Növü | Beynəlxalq |
Yaranma tarixi | 1974 |
Rəsmi dili | ingilis, fransız, ispan |
Mərkəzi | Madrid, İspaniya |
Sədr | Taleb Rifai |
Üzvləri | 154 üzv |
unwto.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəBu təşkilatın nizamnaməsi 1970-ci ilin sentyabr ayının 27-də Mexikoda qəbul olunmuşdur. 1974-cü ildə isə o, Rəsmi Turizm Təşkilatlarının Beynəlxalq İttifaqın üzvü olan rəsmi turizm təşkilatları tərəfindən ratifikasiya olunmuşdur. Nizamnamənin ayrılması hissəsi qismində isə Maliyyə Qaydaları çıxış edir. Həmin Qaydalara uyğun olaraq, Təşkilatın maliyyə dövrü 2 illik bir müddəti əhatə edir. Büdcəyə gələn gəlirləri isə Ümumdünya Turizm Təşkilatı Baş Assambleyası tərəfindən müəyyən olunan və hər bir ölkənin iqtisadi inkişaf səviyyəsindən və həmin dövlət üçün beynəlxalq turizmin əhəmiyyətindən asılı olaraq, formalaşdırılan yığımlar, o cümlədən digər daxilolmalar təşkil edir.
Fəaliyyəti
redaktəÜmumdünya Turizm Təşkilatının fəaliyyəti daha geniş spektrə malikdir. Bu fəaliyyət özünü həm milli, həm də beynəlxalq turizmin inkişafında büruzə verir.
Üzvləri
redaktəTəşkilatın nizamnaməsi 3 kateqoriya üzvləri – həqiqi, assosasiya edilmiş və qoşulmuş üzvləri özündə birləşdirir. Hazırda Ümumdünya Turizm Təşkilatının 145 həqiqi üzvü, 7 assosasiya edilmiş, 300-dən çox qoşulmuş üzvləri vardır.
Orqanları
redaktəTəşkilatın səlahiyyətini öz orqanları – Baş Assambleya, İcariyyə Şurası, Katiblik, digər köməkçi və işçi orqanlarının fəaliyyəti vasitəsilə həyata keçirilir.
Həqiqi üzvləri təmsil edən nümayəndələrdən ibarət olan Baş Assambleya hər 2 ildə bir dəfə toplanır. Baş Assambleyanın funksiyaları aşağıdakılardır:
- öz prezident və vitse-prezidentinin seçilməsi;
- İcariyyə Şurasının üzvlərinin seçilməsi;
- Baş Katibin təyini; təşkilatın Maliyyə reqlamentinin təsdiqi; fəaliyyətin ümumi proqramının təsdiqi;
- təşkilatın və onun orqanlarının fəaliyyəti barədə hesabatlara baxılması və təsdiq olunması;
- təşkilatın üzvlüyünə qəbul olmaq üçün Ümumdünya Turizm Təşkilatının Nizamnaməsinə uyğun olaraq qəraraların qəbulu və s.
Baş Assambleya 6 regional komissiyanı təsdiq etmişdir:
- Afrika (KAF)
- Amerika (KAM)
- Şərqi Asiya və Sakit Okean (KAM)
- Avropa (KEV)
- Yaxın Şərq (KME)
- Cənubi Asiya (KSA) üzrə komissiyalar.
İcariyyə Şurası hər 5 həqiqi üzvə 1 üzv prinsipi ilə Baş Assambleya tərəfindən 4 il müddətinə – tərkibi hər 2 ildən bir növbəlilik əsasında dəyişmək şərti ilə seçilir. Şübhəsiz ki, bu zaman Afrika, Amerika, Şərqi Asiya və Sakit Okean, Avropa, Yaxın Şərq, Cənubi Asiya regionlarının bərabərhüquqlu coğrafi nümayəndəlik prinsipinə mütləq əməl edilməlidir.
Təşkilatın köməkçi orqanlarına – Proqram və Əlaqələndirmə üzrə texniki Komitə, Büdcə-maliyyə Komitəsi, Ətraf mühit üzrə Komitə, Formallıqların sadələşdirilməsi üzrə Komitə, Statistika üzrə Komitə, qoşulmuş üzvlər kateqoriyasında üzvlüyə baxılması üzrə Yarımkomitə aiddir.
Baş katibləri
redaktəAdı | Səlahiyyət müddəti |
---|---|
Robert Lonati | 1975–1985 |
Villibald Pahr | 1986–1989 |
Antonio Enriquez Saviqnak | 1990–1996 |
Françesko Franqialli | 1997–2009 |
Taleb Rifai | 2010–2017 |
Zurab Pololikaşvili | 2018-davam edir |
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ Where we are Arxivləşdirilib 2016-07-19 at the Wayback Machine. unwto.org
Xarici keçidlər
redaktə- unwto.org — Rəsmi saytı