Uc Elig Xaqan - Wikipedia
Üç_Elig_xaqan - Haqqında Məlumat
Üç Elig xaqan (烏質勒) — Türgiş tayfalarının başçısı idi. Aşina Kuşrakın dövründə Bağa Tarxan titulu daşıyırdı.
Üç Elig xaqan | |
---|---|
乌质勒 | |
699 – 708 | |
Əvvəlki | Aşina Kuşrak (Göytürk xaqanı kimi) |
Sonrakı | Sakal xaqan |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Uşağı | Sakal xaqan |
Dini | Maniçilik |
Hakimiyyəti
redaktəÖncəki həyatı barədə çox məlumat yoxdur.
699-cu ildə oğlu Çjen-i Çanqana göndərmişdi.
703-cü ildə Suyab şəhərini ələ keçirərək Aşina Kuşrakı qovmuşdu. Sarı türgişlər və qara türgişləri birləşdirərək tululardan da kömək alan Üç Elig özünü xaqan elan etdi.
Hər biri 7 min əsgərdən ibarət 20 sərkərdəsi vardı.
706-cı ildə ona Çin titulu olan Xuaydeçunvanq (怀德郡王) titulu verilmişdi.
Ölümü
redaktə706-cı ildə xəstələnmiş, 708-ci ildə vəfat etmişdir.
Mənbə
redaktə- Şi-Ci Tonqcian