Ozden - Wikipedia
Özdən yaxud uzdən (türk.) — Qafqazda türk xalqları mühitində zümrə. Öz sözü və dən şəkilçisindən ibarətdir. Özdən — özündən, özü qərar verən, azad, əsilzadə deməkdir. Bu ad altında Şimali Qafqazda zadəgan zümrəsi, azad təbəqə, yaxud müvafiq davranış nəzərdə tutulur.
Qaraçay-balkarlarda bəylərdən sonra gələn, öz torpaqları, asılı rəyyəti və mülkləri olan zümrəyə deyilir. Buradan da özdən adəti yaranır. Özdənlər həm də bir neçə dərəcəyə bölünür. Dağıstanda özdən adı altında sadəcə azad insan nəzərdə tutulur, azad icmalarda yaşayan, ya da hər hansı feodalın təbəçiliyində olanlara deyilir.
Qumuqlarda bu söz daha çox uzdən kimi tələffüz olunur, və eyni mənanı ifadə edir.
Osetiyada özdənlər deyəndə adətən knyazları və aldarları nəzərdə tuturdular.