Olumcul Doyus 2 Mehv Etmek Film 1997 - Wikipedia
Ölümcül döyüş 2: Məhv etmək (ing. Mortal Kombat: Annihilation) — 1997-ci ildə rejissor Con R. Leonetti tərəfindən çəkilən fantastik döyüş filmidir.[4] Filmin distribütori New Line Cinema kinokompaniyasıdır.[5]
Ölümcül döyüş 2: Məhv etmək | |
---|---|
ing. Mortal Kombat: Annihilation | |
Janr | döyüş filmi[1][2][…], döyüş sənətləri filmi[d], fentezi filmi[d] |
Əsas mövzu | Nindza |
Rejissor | |
Baş rollarda | |
İstehsalçı | New Line Cinema |
Distribütor | New Line Cinema, Netflix |
İlk baxış tarixi | 21 noyabr 1997[1][3][…] |
Müddət | 98 dəq. |
Ölkə | |
Dil | ingilis dili |
Əvvəlki film | Ölümcül döyüş |
Rəng | rəngli |
Çəkiliş yeri | Tailand |
IMDb | ID0119707 |
Məzmun
redaktəLiu Keng və Dünyadan (ing. Earthrealm) seçilən bir neçə yaxşı döyüşçü "Ölümcül döyüş" turnirində Xarici Dünyanın (ing. Outworld) cadugəri Şanq Tsunqu məğlub etdikdən sonra zəfərlərini qeyd edirlər. Lakin bu zaman Xarici Dünyanın döyüşçüləri Dünyaya hücum edirlər. Şao Kann müqəddəs qanunları pozaraq Yer kürəsini ələ keçirmək istəyir. İmperator Şao Kann Kitananın anası olan Sindeli dəstəsinə kraliça olaraq seçmişdir. Xarici Dünyanın İmperatoru Şao Kann və onun dəstəsi Dünyaya enməyə başlayırlar. Şao Kann və Reyden döyüşməyə başlayırlar. Şao Kann məğlub olacağını başa düşür və Sonya Bleydi girov götürür. Buna tab gətirə bilməyən Conni Keyc, onun qarşısını alan zaman Sonya Bleyd xilas olur, lakin əvəzində Conni Keyc girov düşür. Reyden isə onun dəstə üzvlərini əsir edir. Bu zaman Şao Kann Reydeni tabe olmağa çağırır. Əks halda Conni Keyci öldürəcəkdir. Reyden onun sözünə əməl etmir və Şao Kann Conni Keyci öldürür. Şao Kann qəhrəmanlara Dünyanın ona altı gün ərzində tabe olacağını bildirir və yoxa çıxır. Bu zaman qəhrəmanlar Xarici Dünyanın dəstələrinin hücumundan xilas etmək üçün buradan uzaqlaşırlar. Reyden onlara iki təklif edir: Sonya, Liu Kenq və Kitana Dünyada müttəfiqlər axtaracaqlar, Reyden isə Böyük Tanrıların nəyə görə Şao Kannın qaydanı pozmağa icazə verdiklərini öyrənməyə gedəcəkdir.
Liu Kenq və Kitana Şao Kannın hansı üsulla mğlub ediləcəyini bilən hindu şaman Gecə Canavarının (ing. Nightwolf) axtarışındadır. Bu zaman onlara Smouk adlı kiborq hücum edir. Onun qarşısını turnirdə Liu Kenq tərəfindən məğlub edilən Sab-Zironun kiçik qardaşı alır. Sab-Ziro bu kimi robotların Şanq Tsunq tərəfindən proqramlaşdırdığını izah edir. Sab-Ziro onları yaratdığı buz körpüdən keçirərkən, gözlənilmədən Skorpion peyda olur və döyüş əsnasında Kitananı girov götürərək, yoxa çıxır. Bu zaman Sab-Zironun kiçik qardaşı Liu Kenqə onların yetərincə hazırlıqlı olmamalarını başa salır. Bu müddətdə Sonya Bleyd keçmiş müttəfini axtarıb tapır. Cek isə qol gücünün daha da gücləndirilməsi üçün onları dəmirə çevirmişdir. Bu zaman onlara Sayraks adlı kiborq hücum edir. Sonya Bleyd və Cek onun qarşını məharətlə almağı bacarırlar.
Reyden Böyük Tanrılarla görüşən zaman onlara üç sual verir: Onlar nəyə görə Şao Kannın qaydanı pozmağa və Dünyaya hücum etdiyinə icazə veriblər, Şao Kannı necə məğlub etmək olar. Onun sualları Böyük Tanrılar tərəfindən birmənalı qarşılamçır. Şinnok adlı tanrı Reydenə Şao Kannın məğlub olması üçün Sindel və Kitana birləşmələrini söyləyir. Digər tanrı isə bu hadisələrin bitməsi üçün əsas açarın Şao Kannı məğlub etmək olduğunu bildirir. Bu müddətdə Liu Kenq Gecə Canavarını tapır və o, Liu Kenqin özünə inamını artırmaq üçün ona üç sınaqdan keçməyi təklifini verir: Birinci sınaq onun hissiyatı yoxlamaq üçün heyvana (ing. Animality) dönməsi, ikinci sınaq düşmənin əsl simasını tanımaq, üçüncü sınaq isə göstərilmir. Liu Kenq ilk sınaqdan uğurla keçir. İkinci sınaqda isə ona Kitananı unutdurmaq üçün müxtəlif hiylələr hazırlayan Ceyd ilə tanış olur. Liu Kenq bu sınağı keçdikdən sonra Ceyd ona Şao Kana qarşı mübarizə aparmaq üçün köməyini təklif edir və Liu Kenq onunla razılaşır. Sonya və Cek məbədə çatan zaman Milina onlara hücum edir. Sonya Bleyd onun müqavimətini dəf edə bilir. Bir müddət sonra qəhrəmanlar məbəd ətrafına gəlirlər. Reyden bir neçə döyüşçünü məğlub etdikdən sonra kürək nahiyəsindən yaralanır. Liu Kenq Ceydin köməyi ilə Kitanan girov saxlandığı yerə gəlir. Bu zaman Baraka və Şivanın hücumlarına məruz qalır. Liu Kenq onların hücumunu dəf etdikdən sonra Kitana Şivaya övladlıq hissini bildirir. Lakin gözlənilmədən Şiva ayılaraq onlara hücum edir. Onlar Ceydin Şao Kannın qulu olduğunu öyrənincə, Liu Kenq ona öləcəyini bildirir. Bir müddət sonra Şao Kann Ceydi uğursuz cəhdinə görə əjdahaya yem olaraq verir.
Reyden Şinnok başda olmaqla bərabər, Böyük Tanrılar tərəfindən aldadıldığını başa düşür. Sonya Bleyk yaralandığı kürək nahiyəsinə diqqət yetirdikdə, əjdaha tatuajını görür. Məlum olur ki, bu tatuaj ona daimi həyat gücü verir. Sayraks və Milinada olan tatuajlar isə müvəqqəti idi. Həmçinin, Reydenin atasının Şinnok, qardaşının isə Şao Kann olduğu məlum olur. Reyden başa düşür ki, Şinnok ona bu yalanı ona görə söyləmişdir ki, qəhrəmanlar Şao Kann ilə vuruşmasınlar. Bir müddət keçdikdən sonra qəhrəmanlar Şao Kann və onun dəstəsi ilə qarşılaşırlar. Şinnok Reydenə ailəsinə qatılmasını desə də, Reyden ailəsinin Dünyada olduğunu bildirir. Bu zaman Şinnok ona ölücəyini bildir və Şao Kannın sehrli gücü sayəsində Reyden huşunu itirir. Bu hadisələrə dözməyən Lui Kenq, Sonya, Kitana və Cek, Şao Kann başda olmaqla, onun müttəfiqləri ilə vuruşurlar. Döyüş əsnasında Cek Motaronu məğlub edərək Sonyaya Ermak və Nub Saybotun müqavimətini dəf etməkdə kömək edir. Kitana hiylə ilə Sindeli məğlubiyyətə düçar edir. Liu Kenq uzun müddət Şao Kannla vuruşur və əjdahaya dönür. Şao Kann öz növbəsində Lerney Hidrasına çevrilir. Döyüşdə Şao Kannın adi insanlarda olduğu kimi qan axır. Şinnok isə ona müqəddəs qaydaları pozmaqda təqsirkar olduğunu bildirir. Şinnok onu sehrli qüvvəsi ilə yox etmək istəyir. Bu zaman Böyük Tanrılar Şinnokun qarşısı alır və Dünyanın taleyini "Ölümcül döyüş" turnirinin həll edəcəyini bildirir. Döyüşün sonunda Liu Kenqə yenidən heyvan hissi qayıdır və ona qalib gələrək, Dünyanı xilas edir. Şinnok isə Böyük Tanrılar tərəfindən cəhənnəmə göndərilir. Bu hadisədən sonra Sindel artıq yaxşı halına qayıdaraq, qızı Kitanaya əvvəlki kimi analıq hissini bəsləyir. Liu Kenq Kitananı sevir və bu barədə ona deyir. Reyden isə onları həmişə birgə mübarizə etməyə çağırır.
Rollarda
redaktəAktyor/aktrisa | Rol |
---|---|
Robin Şu | Liu Kenq |
Talisa Soto | Kitana |
Sandra Hess | Sonya Bleyd |
Ceyms Remar | Rayden |
Lin Red Vilyams | Ceks |
Brayan Tompson | Şao Kann |
Deron Makbi | Motaro |
Keyt Kuk | Sab-Ziro |
İrina Pantayeva | Ceyd |
Reyner Şon | Şinnok |
C. C. Perri | Sayraks / Skorpion / Nub-Saybot |
Qeri Pol Devis | Gecə canavarı |
Saundtrek
redaktəİlk filmdə olduğu kimi bu filmin də bəstəkarı Corc S. Klintondur. Filmin başlanğıc mahnısının müəllifləri Praqah Xan və Oliver Adamsdır. Filmin saundtrek albomu 28 oktyabr 1997-ci il tarixində "TVT" firması tərəfindən istehsal edilmişdir.
№ | Başlıq | Artist | Müddət |
---|---|---|---|
1. | "Theme From Mortal Kombat (Encounter The Ultimate)" | The Immortals (band) | 3:19 |
2. | "Fire" | Scooter (band) | 3:14 |
3. | "MDFMK (single)" | KMFDM | 4:19 |
4. | "Almost Honest (Danny Saber Mix)" | Megadeth | 4:01 |
5. | "Genius" | Pitchshifter (band) | 4:07 |
6. | "Engel" | Rammstein | 4:24 |
7. | "Panik Kontrol" | Psykosonik | 3:22 |
8. | "Conga Fury" | Juno Reactor | 5:40 |
9. | "Anomaly (Calling Your Name) (Granny's 7" Edit)" | Brian Transeau | 4:02 |
10. | "Ready Or Not (Ben Grosse Kombat Mix)" | Manbreak | 3:43 |
11. | "Back On A Mission" | Cirrus | 3:38 |
12. | "I Won't Lie Down (Kombat Mix)" | Face to Face (punk band) | 3:22 |
13. | "Brutality" | Urban Voodoo | 4:28 |
14. | "Leave U Far Behind (V2 Instrumental Mix)" | Lunatic Calm | 3:09 |
15. | "We Have Explosive (Radio Edit)" | The Future Sound of London | 3:26 |
16. | "Two Telephone Calls And An Air Raid" | Shaun Imrei | 4:43 |
17. | "Death Is The Only Way Out" | Joseph Bishara | 3:04 |
18. | "X-Squad (Original Motion Picture Score)" | George S. Clinton feat. Buckethead | 2:34 |
19. | "Theme From Mortal Kombat (Chicken Dust Mix)" | Kasz & Beal | 3:33 |
Ümumi müddət: | 72:08 |
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 http://www.imdb.com/title/tt0119707/.
- ↑ 1 2 3 4 5 http://www.ofdb.de/film/860,Mortal-Kombat-2---Annihilation.
- ↑ http://www.metacritic.com/movie/mortal-kombat-annihilation.
- ↑ "Mortal Kombat: Annihilation". Rotten Tomatoes. Flixster. October 4, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 13, 2012.
- ↑ "Mortal Kombat: Annihilation". Metacritic. CBS Interactive. January 31, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 13, 2012.
Xarici keçidlər
redaktə- Sayt Threshold Entertainment (ing.)
- Ölümcül döyüş 2: Məhv etmək — Internet Movie Database saytında