Corsenbi Corsenbiyev - Wikipedia
Çorşənbi Çorşənbiyev Avazxanoviç (15 may 1995, Xoroq) tacikistanlı qarışıq döyüş sənəti idmançısı. 10 fevral 2021-ci il tarixindən etibarən Fight Nights Global döyüşçüsüdür. IFFCF-MMA Dünya Kuboku Çempionu (2015), MMA döyüşçüsü, eyni zamanda çılpaq yumruqlarla çıxış edir. "URJ" ləqəbi ilə çıxış edir (pamir ləhcəsində "Qurd" sözü olaraq tərcümə olunur).
Çorşənbi Çorşənbiyev | |
---|---|
rus. Чоршанбе Чоршанбиев Авазханович | |
Şəxsi məlumatlar | |
Tam adı | Çorşənbi Avazxanoviç Çorşənbiyev |
Ləqəbi | Qurd (ing. URJ) |
Vətəndaşlığı | |
Milliyəti | pamirlər |
Doğum tarixi | 15 may 1995 (29 yaş) |
Doğum yeri | |
Boyu | 180 sm |
Çəkisi | 70 kq |
Karyera illəri | 2016–h. h. |
Uşaqlıq və gənclik
redaktə15 may 1995-ci ildə Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətinin cənub-qərb hissəsində yerləşən Xorog şəhərində dünyaya gəlib.
İdman karyerasına atasının rəhbərliyi altında başladı. Paxlavanov Avazxan Çorşənbiyeviç kiçik yaşlarından onu və qardaşını atletika üzrə məşq etdirdi. Atanın özü bir idmançı idi, atletika ilə məşğul idi və uşaqlarının da onun yolunu davam etdirməsini istəyirdi.
2013-cü ildə məktəbi bitirdikdən sonra atasından nümunə götürərək həyatını idmana həsr etmək qərarına gəldi, lakin fərqli bir istiqamət seçdi. Əməkdar məşqçi — Alidodov Xuşomad Xudodoviçin rəhbərliyi altında karate ilə məşğul olmağa başladı (məşqçi o vaxt 3-cü dan qara kəmər sahibi idi). Bir illik məşqdən sonra gənc Çorşənbi döyüş sənətinin başqa bir istiqamətinə, yəni qarışıq döyüş sənətinə (MMA) maraq göstərdi. Pamir bölgəsinin təcrübəli məşqçisi Amran Musifşoyevin rəhbərliyi altında qarışıq döyüş sənəti üzrə təlim aldı. 2015-ci ildə, Çorşənbi, oğlanlar (8–15 yaş), yeniyetmələr (16–18 yaş) və böyüklər (IFCF-MMA) arasında tam təmas əlbəyaxa döyüşdə 5-ci Dünya Kubokuna iştirak etdi.
Kislovodskda keçirilən yarışlarda, Pamir klubunu təmsil edən Çorşanbi, 71 kq-dək çəki dərəcəsində yarışın ən yaxşısı oldu. "IFCF-MMA-nın Böyük Ustası" adına, üçüncü dana və qara kəmərlə təltif edildi və nəticlərinə görə hətta məşqçisi "Qalibin hazırlanmasına görə" sertifikatı və medalı ilə təltif edildi.
Moskvaya köçməsi və həbsi
redaktə2016-cı ildə peşəkar karyeraya başlamaq üçün Çorşənbi Moskvaya köçdü. Əvvəlcə yeni bir şəhərdə yaşamaq çətinliyi ilə üzləşdi, part-time işləməsinə baxmayaraq müntəzəm məşqlərini davam etdiridi. Tikinti sahələrində fəhlə, klublarda mühafizəçi kimi çalışmışdır.
2021-ci ilin dekabrında ölkədə qalma qaydalarını pozduğuna görə Rusiyadan qovulmuşdur.[1] Tacikistana çatan kimi idmançı “internet vasitəsilə konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsinə açıq çağırışlar etmək” ittihamı ilə dərhal təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Çorşənbiyevin özü hökmdən etiraz edib və vəkillərinin apellyasiya şikayəti etməsinə baxmayaraq, 8 il ciddi rejimli cəzaya məhkum edilib. Çorşənbiyev və vəkilləri daha sonra məhkəmənin hökmünü “əsassız və qanunsuz” adlandırıblar.[2]
Karyerası
redaktəÇorşənbi, "Qurd" mənasını verən "URJ" ləqəbini seçdi. Niyə məhz "Qurd"? Çünki qurdlar qədim zamanlardan etibarən Pamirdə şərəfləndirilir və Pamir xalqı özlərini onlarla əlaqələndirir. "Niyə məhz belə bir ləqəb?" Sualına Çorşənbi təvazökarlıqla cavab verir — "Xalqımı izzətləndirmək istəyirəm".[3] Çorşənbi, 2016-cı il 20 martda Aikol Fighting Championship 1 yarışında peşəkar debüt etdi, bu döyüşdə "Pamir canavarı" Əli Baymetovu təslim olmağa məcbur etdi və 7 may — Orion Fighter 1 seriyasında Sergey Akimov üzərində qələbə ilə diqqəti özünə cəlb etdi. 2017-ci ildə döyüşçü OFS 11 seriyasında 3-cü turda texniki nokaut alaraq Zelim İmadayevə məğlub oldu. GFC 4 seriyasında Furkat Komilovla heç-heçə etdi. 2018-ci ilin noyabr ayında, Pamir əsilli özbəkistanlı Utkirbek Hatamovu Thunder 8-də görüşün 3-cü dəqiqədində rəqibini mübarizə aparmaqdan imtina etməyə məcbur etdi. Növbəti döyüş, Çorşənbinin xeyrinə texniki nokautla başa çatan Abdusalam Abakarovla oldu. Daha sonra Çorşənbi 2 mübahisəli məğlubiyyət aldı, bunlardan biri hakimlərin mübahisəli qərarı idi, ikincisi isə qadağan olunmuş dirsək zərbələrinə görə diskvalifikasiya edildi. Çorşənbi 26 dekabr 2019-cu ildə True Gym Fights 2 turnirində, Viktor Boroninlə mübarizədə 3 turun nəticələrinə görə hakim qərarı ilə qalib elan edildi və bu qələbə, ona bir sıra məğlubiyyətlərdən sonra özünü bərpa etməyi kömək oldu. MMA döyüşləri üçün böyük bir Rusiya təşkilatı olan Fight Nights Global, ona 3 illik müqavilə bağlamaq təklifi ilə verdi. Bu günə qədər son mübarizəsi, 19 sentyabr 2020-ci ildə AMC Fight Nights 97 turnirində Radomir Filipə qarşı qələbə ilə bitən görüşdə baş tutub.[4][5]
Şəxsi həyat
redaktəÇorşənbi milliyətcə pamir xalqına mənsubdur və müsəlmandır. Çorşənbi ailənin böyük övladıdır, bacısı və qardaşı var. Valideynlər ilk uşağına "Çərşənbə" kimi tərcümə olunan maraqlı bir ad verdilər, çox güman ki, doğulduğu həftənin günü və ya yerli ənənələri rəhbər tutaraq uşağa babasının şərəfinə belə bir ad verilib (buna görə də soyad adı ilə eynidir).
İstinadlar
redaktə- ↑ "Мосгорсуд признал законным решение выдворить из РФ бойца ММА Чоршанбиева". ТАСС. 29 dekabr 2021.
- ↑ "8,5 лет заключения. Суд оставил приговор Чоршанбиеву без изменений". Радио Озоди. 3 iyul 2022.
- ↑ "«Памирский волк». Как Чоршанбе Чоршанбиев получил популярность в боях ММА". 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-17.
- ↑ "Chorshanbe Chorshanbiev vs. Radomir Filippov". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-17.
- ↑ "Chorshanbe Chorshanbiev MMA Stats". 2021-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-17.