Copurlu - Wikipedia
Çopurlu — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qızılqaya kənd inzibati ərazi dairəsində kənd.[1]
Çopurlu | |
---|---|
Ölkə |
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Tarixi
redaktəKənd Lev çayının sahilində, Murovdağ silsiləsinin ətəyindədir. Keçmiş adı Çopur Hüseynlidir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Daşkəsən rayonunun Qabaqtəpə kəndindən köçmüş Çopur Hüseyn adlı şəxs saldığına görə belə adlandırılmışdır. Qazax rayonunun Qaymaqlı kəndində çopurlular tayfası qeydə alınmışdır. Bu səbəbdən oykonimin etnotoponim olması da mümkündür.[2][3]
Yaylaqlar
redaktəAğçınqıl yurdu, Sünnət yurd, Məliyin yurdu, Xandüz yurdu, Qaraboyun yurdu.
Bulaqlar
redaktəAğ bulaq, Portport bulaq, Soyuq bulaq, Qırxbulaq, Sarı bulaq.
Məşhur yerlər
redaktəTəkdam, Yalyeri, Armudluq, Çınqılın başı, Babamın cili, Gülalı yeri.[3]
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007
- ↑ 1 2 Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.