Coban Samxal Ibn I Elibey - Wikipedia
Çoban şamxal ibn I Əlibəy (? — 1574) — Dağıstan əmiri, Qumuq şamxalı.
Çoban şamxal ibn I Əlibəy | |
---|---|
Vəfat tarixi | 1574 |
Həyatı
redaktəAbbasqulu ağa Bakıxanov mümkün olan mənbələrə əsasən yazır ki, Çoban "Qaytaqdan tutmuş, Kürə dairəsi, Avarstan, Çərkəzlər və Terek çayı, Xəzər dənizinə qədər ölkənin hakimi idi və 1574-cü ildə Buynakda vəfat edib".
Şamxalların nəsil şəcərəsinin öyrənmiş etnoqraf Lavrov hesab edir ki, Bakıxanovun məlumatı "naməlum mənbələrdən" götürülüb. Lakin etnoqraf səhv edir, mənbələr məlumdur-bu 1758-ci il şəcərəsi və 1842-ci il knyaz Xasay xan Usmiyevin, D. M. Şeyxəli Kurumov və Y. Klıcyevin tərtib etdiyi "Qeyd"dir.
Çoban şamxalın xatırlanması daha erkən 1569-cu il Rus mənbələrində göstərilir.
Çobanın ölüm tarixi XIX əsrin mənbələrində 1574-cü ildir. Amma bu məlumat da, doğru deyil.
Şərqşünas Vasili Bartold Çobanın ölüm tarixi kimi 1578-ci ili göstərir. Lakin bu tarix də, səhvdir, zira Türkiyə və digər mənbələrin məlumatlarının təhlili göstərir ki, Çoban şamxal hökmdar qismində nəinki 1574–1578-ci illər, həm də, bütün sonrakı illərdə, 1579-cu ildə də, qeyd olunur.
Bu rus mənbələri ilə də, təsdiqlənir.
Belə ki, 1856-cı ilin mart və may aylarında Moskvaya şamxalın, qardaşının və oğlanları Sultan-mut və Surxayın adından səfirlər gəlir, zira Sultan-mut və Surxay bu sənəddə Çobanın oğlanları kimi xatırlanırlar. Deməli Çoban şamxal 1586-cı ildə də, hələ sağ-salamat olub.
Baxılan dövrdə Türkiyə mənbələrində o, "Çoban şaykal", Dağıstan komuk və Qaytak hakimi "Şayxal Çoban", "Dağıstan Komuk hakimi Şayxal çoban", Dağıstan hakimlərindən Komuk və Kaytak hakimi Əmir Çatalov (Çopalov)-Şayxal adları altında hallanır.
"Kumık və Kaytak hakimi" Çitlav (Çopalov)-Şamxal kimi o, səfəvilərin tarixi "Nüsrətnamə"də də, xatırlanır.
Həm də, məlumdur ki, 1758-ci il şəcərəsinə görə II Surxayın 1589–1604-cü illərə təsadüf edən hökmdarlığı dövründə o, Çobanın oğlu adlandırırlar. Biz həm də, bilirik ki, Çoban şamxala qədər 1571–1572-ci ildə vəfat etmiş I Surxay ibn Buday hakim olub.
Deməli Çoban şamxal 1589-cu ildən tez ölməyib, Kumık taxt-tacına 1569–1572-ci ildə yiyələnib. Beləliklə nəticə çıxarmaq olar ki: Çoban Kumık taxt-tacını təxminən 1569/71–1589 — illərdə onun bütün Qafqaz tarixində ən dolğun aktiv fəaliyyətinin tam epoxa təşkil edən dövrünü idarə edib.
Əgər desək ki, Tarka şamxallığının ən gur və məşhur tarixi məhz Çoban şamxaldan, yəni onun 1569/71-il hakimiyyətinin əvvəlindən başlayır, qətiyyən heç də, səhv etmərik.
Bu dövrdə "Tereklə Kür arasında yerləşən vilayətlərdə Şamxalın ləyaqət və şücaəti gürcü çarlarından sonra ikinci sayılırdı". Amma XIX əsrin axırıncı dördüncü rübündə Tarka şamxallarının gürcü qarşısında artıq duruş gətirə bilməyəcək. Gürcü çarları da, yalnız "Şevka çarından" şikayət edir və Moskva çarlarından imdad diləyirdilər.
Çoban şamxal özünün 20-illik hakimiyyəti dövründə Tarka şamxallığının daimi və beynəlxalq nüfuzunu çox yüksəklərə qaldırmağa nail ola bildi. Hələ XVIII əsrin birinci yarısında Pyotr yürüşünün iştirakçısı alman I. T. Gerber tam haqlı olaraq yazırdı: "şauxallar əvvəldən böyük hakimiyyət və olduqca böyük idarə və imtiyaz sahibi olublar, amma nəinki Dağıstanın bütün qəzaları onların hakimiyyəti altında olublar, bunlardan əlavə dağlıların bir çox hissəsini zorla öz hakimiyyətlərinin altına götürüb, təbəələrini idarə edirdilər, başqa xalqlar isə onlara yüksək ehtiram bəsləyir, gücündən qorxurdular".
Çoban şamxalın hakimiyyət dövründə İ. Gerberin "şauxalların sahibliyi nəinki Dağıstan knyazları və torpaqları üzərində, həm də, dağlı xalqların bir hissəsi və demək olar Şamxının özünə qədər qatırdı"-qeydlərini də, aid etmək lazımdır.
Çoban şamxal Tarkada Qumık taxt-tacına 1569/71-ci ildə yiyələnib və onun hakimlik illəri, o dövrün böyük dövlətləri Rusiya, Türkiyə və İranın Qafqaz üzərində nəzarət uğrunda rəqabətlərinin daha fəal genişlənməsi dövründə düşmüşdü. Kazan və Həştərxanı işğal edən gənж rus dövləti təcavüz potensialı üzərində cənuba-Qafqaza can atırdı. Müdrük və uzaqgörən dövlət xadimi siyasətçi kimi Çoban şamxal yaxşı başa düşürdü ki, etibarlı dostlar və müttəfiqlərsiz Moskvanın təzyiqi qarşısında duruş gətirmək mümkün olmayacaq.
Qumıkstanın güclənən təsirindən təhlükəyə düşən Gürcüstan və Kabarda Moskvanının Qafqaz istiqamətində irəliləmə maraqlarını fəal müdafiə edirdilər. Ona görə də, Çoban şamxalın dindaşları Krım və Türkiyəyə orientsiyası təbii idi. Bu səbəbdən də, Tarkada taxta çıxan kimi Çoban şamxal Rusiyanın təcavüzünün qarşısını almaq məqsədilə Krım xanına Rusiya ekpansiyasını dəf etmək üçün müraciət edir. 10 may 1569-cu ildə Krımdakı rus səfiri Afanasi Noqay xəbər ki, Şevkalın yanından gələn adam xana məlumat verir ki, onun çayı üzərində salınan şəhərə "müqavimət göstərə bilməyib, qarşı durunca, duruş gətirməyə gücü çatmayıb", amma xan türklərlə Həştərxan üzərinə hərəkət edən zaman öz adamını qoşunla birlikdə onlara qoşulmağa göndərəcək.
Çoban şamxalın diplomatik çalışmaları uğurlu alındı. Türkiyə və Krım xanlığı şimali-şərqi Qafqazda Rusiyanın hərəkətlərinə qarşı qəti etirazlarını elan etdilər və qumıkların açıq kömək və müdafiəsinə keçib, İstanbuldakı səfir vasitəsilə Rusiya hökumətinə "…bundan sonra çərkəzlərə, krım-şevkallara və qumıklara qarşı müharibə etməmək" haqda tələb irəli sürdülər.
1569-cu ildə Çoban şamxal öz qoşunlarını götürüb krımlılarla və türklərlə birlikdə Həştərxan yürüşündə iştirak edir. Bu yürüş uğursuz alındı. Şəhəri götürmək mümkün olmayıb, ordu ruslar tərəfindən sıxışdırılaraq Azova tərəf geri atıldı. Çoban şamxal qoşunları rusların Sunъada tikdiyi qalanı dağıdaraq Kabardaya daxil oldu və VI Ivanın müttəfiqinə qarşı Krım xanın tərəfində döyüşlərdə iştirak etdi. Dövlət Gəray növbəti 1571-ci ildə olduqca uğurlu yürüş həyata keçirək Moskvanı tutdu. İvan Qroznu Moskvadan qaçdı.
Bu qələbədən sonra Krım xanına "Taxtalan" ləqəbi verildi. Bu döyüşlər nəticəində rus dövləti təslim olmaq zorunda qaldı.
15 yanvar 1571-ci ildə rus səfiri Andrey Kuzminski elan etdi ki, İvan Qroznı Osmanlı hökumətinin irəli sürdüyü bütün şərtləri qəbul edir.
Türkiyə tələb edirdi ki, "Terekdə, və Sunğada heç bir rus şəhərlərinə və bu xalqlar arasında heç bir rus təsirinə imkan verməyəcək". Nəticədə Terek üzərində Kabarda və onun hakimi Temiryukun Qumık şamxalından müdafiəsi üçün tikilmiş qala sökülüb götüruldü, rus qoşunları Həştərxana aparıldı, "Osmanlı yolu" (Kabardaya və Krıma) azad oldu.
Beləliklə, Çoban şamxalın siyasəti özünü doğrultdu.
70-ci illərdə Çoban şamxalın Şimali Qafqazda işləri genişlənməkdə davam edirdi. Onun türk sultanı II Səlim və Krım xanı Dövlət Gərayla bir başa əlaqəsi vardı. Kabardada sayılan, hörməti nəsillər arasında ona, "şamxal çarına" xidmət edən müttəfiqləri (Kaytukovlar, Taşbazrukovlar, Tlostonovlar, Kaplanovlar, Aslanbekovlar), qaytaq usmiləri ilə (Qaytaq usmisi Əhməd xanın qızıyla evlənmişdi). Birinci dərəcəli kabardin knyazları Anzarovlarla yaxınlığı vardı (ikinci nikahla Anzarovun qardaşı qızına evlənmişdi). Özdenlər nəsli ilə və Səfəvi şahları ilə qohumluq əlaqəsi qurmuşdu. "İranda hakimiyyətin varisliklə örtülməsi məsələlərinə təsir" edə bilməsi Tarkalı Çoban şamxalın güc və təsir qüvvəsindən danışır (A. Kayayev). Çobanın bacısı I Şah Təhmasibin (1524–1576) xanımı idi.
1576-cı ildə I Şah Təhmasibin ölümündən sonra Səfəvi taxt-tacına onun bacısı oğlu İsmayıl yox, gürcü qızından doğulmuş Heydər mirzə sahib olduğu zaman, bacısı qızı Pəricahan tərəfindən xəbərdar edilmiş Çoban şamxal öz qoşunları ilə Təbrizə daxil olaraq Heydər mirzəni devirib, öz bacısı oğlu İsmayılı Səfəvi taxt-tacında oturtmuşdu. Axırıncı Səfəvi tarixində II İsmayıl kimi daxil olub[1]..
Mənbə
redaktə- Kamil Əliyev, Çoban-şamxal möhtəşəm, "Soy" elmi-kütləvi dərgi, 2008, № 4,