Cingiz Qenizade - Wikipedia
Çingiz Aşralı oğlu Qənizadə (1 avqust 1957, Ağdaş) — Azərbaycan Respublikası Milli Məclisinin IV[1] və V çağırış deputatı, hüquq üzrə fəlsəfə doktoru, hüquq müdafiəçisi.
Çingiz Qənizadə | |
---|---|
Azərbaycan Respublikasının Milli Məclisinin IV və V çağırışlarının deputatı | |
2010 – 2020 | |
Şəxsi məlumatlar | |
Doğum adı | Çingiz Aşralı oğlu Qənizadə |
Doğum tarixi | 1 avqust 1957 (67 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | alim, siyasətçi |
|
|
Təltifləri | |
Həyatı
redaktəÇingiz Aşralı oğlu Qənizadə 1 avqust 1957-ci ildə Ağdaş şəhərində anadan olub. 1964–1974-cü illərdə Ağdaş şəhər Səməd Vurğun adına 1 saylı orta məktəbdə təhsil alıb. Orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra 1975–1977-ci illərdə hərbi xidmətdə olub. 1978-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub və 1984-cü ildə BDU-nun Hüquq fakültəsini bitirərək hüquqşünas ixtisasına yiyələnib.[2]Ailəlidir, iki övladı, 4 nəvəsi var
İş fəaliyyəti
redaktə1989–1990-cı illər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində şöbə rəisinin müavini, 1990–1992-ci illərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, 1992–1993-cü illərdə Bakı şəhər prokuroru vəzifələrində çalışmışdır. 1995-ci ildən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədridir. 80 saylı İmişli-Beyləqan seçki dairəsi üzrə IV və V ÇağırışAzərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2021-ci ildə Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunması üçün YAP sədri, prezident İlham Əliyevə məktubla müraciət etmişdir. Bundan sonra prosedura uyğun olaraq Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının Aparatı ərazi ilk partiya təşkilatı İdarə Heyətinin 9 fevral 2021-ci tarixli iclasının qərarı ilə partiya sıralarına qəbul edilmişdir. 10 fevral 2021-ci il tarixdə isə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının İdarə Heyətinin iclasında partiya sıralarına üzvlüyü təsdiq edilmişdir.[3]
Parlament fəaliyyəti
redaktə- 14.02.2012 tarixində "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" AR-nın Qanun layihəsini Milli Məclisin müzakirəsinə təqdim etmişdir. Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü olub.
- Bosniya-Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olub.
- Türkiyə, Rusiya, Avstriya, İspaniya, Çexiya, Finlandiya, Belarus, Yunanıstan və Fransa Parlamentlərarası İşçi Qrupunun üzvü olub.
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 20 oktyabr 2014-cü ildə yaradılmış İnsan Hüquqları Məsələləri üzrə Birgə İşçi Qrupun üzv olub.
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 dekabr 2014-cü il tarixli Sərəncamına əsasən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü təyin edilmişdir.
- Ədliyyə Naziri yanında Penitensiar Xidmətdə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin koordinatoru olub (2013–2017).
- Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Parlamenti nümayəndə heyətinin üzvüdür.
- AŞPA-da Hüquq və İnsan haqqları komitəsinin üzvü olub.
- Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Azərbaycan nümayəndə heyətinin tərkibində olmaqla TÜRKPA-nın Hüquq komissiyasının üzvü olmuşdur.[4] (2010–2015-ci illər).[5]
- Milli Məclisin deputatı olmamışdan öncə Avropa Şurası Parlament Assambleyasında ekspert olaraq 15 il ərzində dəfələrlə AŞPA-da olmuşdur. AŞPA-nın müxtəlif komitələrində, iclaslarında, habelə AŞ-nın Baş Katibi, AŞPA-nın sədri və AŞ-nın İnsan Hüquqları üzrə Ali komissarı və digər rəsmilərlə görüşlərdə iştirak etmişdir.
- GOPAC – Korrupsiya Əleyhinə Parlamentarilərin Qlobal Təşkilatının 2013-cü ildən Azərbaycan Parlamenti nümayəndə heyətinin üzvüdür. 14 fevral 2012 tarixində "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" AR-nın Qanun layihəsini Milli Məclisin müzakirəsinə təqdim etmişdir.
- Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Azərbaycan nümayəndə heyətinin tərkibində olmaqla TÜRKPA-nın Hüquq komissiyasının üzvüdür.[6]
- Prezident İlham Əliyevin təşəbbüsü ilə 20 oktyabr 2014-cü ildə yaradılan İnsan Hüquqları Məsələləri üzrə Birgə İşçi Qrupun üzvüdür
- Prezident İlham Əliyevin22 dekabr 2014-cü il tarixli sərəncamına əsasən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü təyin edilmişdir.
- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində; "Qeyri-Hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının "Dini etiqad azadlığı haqqında"Qanununda edilmiş əlavə və dəyişikliklərin müəllifidir.
- Azərbaycan-Bosniya və Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstriya, Belarus, Böyük Britaniya, Çexiya, Finlandiya, İspaniya, Rusiya, Türkiyə, Yunanıstan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvüdür.[7]
- Yeni Zelandiya Parlamentlərarası Döstluq Qrupunun sədri, Danimarka, Finlandiya, İordaniya, Portuqaliya və Yunanıstanın Parlamentlərarası İşçi Qrupunun üzvüdür. .[8]
Mükafatlar
redaktəAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2017-ci il tarixli Sərəncamı ilə Çingiz Aşralı oğlu Qənizadə Azərbaycan Respublikasının İctimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.[9]
İstinadlar
redaktə- ↑ Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2010-cu il 29 noyabr tarixli iclasın stenoqramı. Arxivləşdirilib 2020-10-28 at the Wayback Machine meclis.gov.az (az.)
- ↑ "Hüquq müdafiəçisi Çingiz Qənizadə". apa.az. İstifadə tarixi: 9 iyl 2024.
- ↑ "Çingiz Qənizadə YAP-a üzv oldu" (az.). azvision.az. 11 fevral 2021. 1 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 may 2021.
- ↑ "Çingiz Qənizadə məruzəçi seçildi". qafqazinfo.az. İstifadə tarixi: 9 iyl 2024.
- ↑ "Çingiz Qənizadə hesabat verdi". sonxeber.az. 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2017.
- ↑ "Çingiz Qənizadə beynəlxalq təşkilatda məruzəçi seçilib". modern.az. 2024-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyl 2024.
- ↑ "Qənizadə Çingiz Aşralı oğlu". meclis.gov.az. 2022-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyl 2024.
- ↑ ""Bu mənə bəzən əziyyət verir" - Çingiz Qənizadə". qafqazinfo.az. 01.08.2017. 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2017.
- ↑ "Ç.A.Qənizadənin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 31 iyul 2017. 2018-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2017.
Xarici keçidlər
redaktə- "Çingiz Qənizadə: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır". azertag.az. İstifadə tarixi: 9 iyl 2024.
- "Çingiz Qənizadə Dünyamalılar kəndində". qafqazinfo.az. İstifadə tarixi: 9 iyl 2024.