Cin Tacikleri - Wikipedia
Çin tacikləri, Sincan tacikləri və ya Dağ tacikləri (sarıq. Tujik, tudʒik; çin. ənən. 塔吉克族, pinyin: Tǎjíkè Zú) — Çin Xalq Respublikasının Sintszyan-Uyğur Muxtar Rayonunda yaşayan xalq. Çin hökuməti tərəfindən rəsmiləşdirilən 56 xalqdan biridir.
Çin taciklərindən olan qoyunotaran | ||||||
Özünüadlandırma | ||||||
---|---|---|---|---|---|---|
sarıq. Tujik çin. ənən. 塔吉克族, pinyin: Tǎjíkè Zú | ||||||
Ümumi sayı | ||||||
təx. 43,000 | ||||||
Yaşadığı ərazilər | ||||||
| ||||||
Dili | ||||||
İrqi | ||||||
Avropoid | ||||||
Dini | ||||||
Daxildir | ||||||
İrandilli xalqlar | ||||||
Qohum xalqlar | ||||||
Taciklər · Yaqnoblular · Puştunlar · Farslar |
Adı
redaktəÇində yayılan adlarına baxmayaraq, Sincan tacikləri Tacikistanda tacik dili, Əfqanıstanda isə dəri dili olaraq tanınan bir dildə danışan taciklərlə eyni deyillər. Çinin Sincan vilayətində yaşayan taciklər İran dillərindən olan pamir dilində danışan pamirlərin bir hissəsidir.
Məskunlaşması
redaktə2000-ci ildə əldə edilən məlumatlara əsasən Çin taciklərinin ümumi sayı 41,028 nəfərdir. Onların əksəriyyəti Çinin qərbindəki Sintszyan-Uyğur Muxtar Rayonunda yaşayır. Onların 60%-i Taşkurqan-Tacik Muxtar Qəzasında yaşayır. Onların tacik adlandırılmasına baxmayaraq, danışdıqları dil tacik dili deyil. əsrin əvvəllərində yaşamış səyyahlar onları sarıqollar,[3][4] dağ tacikləri[5] və ya ğalçalar adlandırıblar.[6]
Tarix
redaktəTaşkurqan qəsəbəsi Pamir dağlarında yerləşən Sarıqol krallığının (çin. 色勒库尔) paytaxtı olmuşdur.
Tzin sülaləsi
redaktəTzin sülaləsinin hakimiyyəti dövründə taciklər bütün Sincanda olduğu kimi bəylər tərəfindən idarə olunurdu. Bu dövrdə çinlilər Taşkurqan-Tacik Muxtar Qəzasının cənub-qərbində yerləşən Taşkurqan vadisində süzerenlik elan etdilər, ancaq yerlilərə xərac qarşılığında vilayəti idarə etmək hüququ verdilər.
Sincan tacikləri quldarlıqla məşğul olurdular. İtaətkar qullara arvad və ev verilirdi. Onlar mülk hesab edilirdi istənilən zaman satılırdı. Onların qul mənbəyi müxtəıif yerlərdən gəlirdi. Bunlara qərbdəki sünni qırğızlar və ya cənubdakı Kuncud, Gilgit və Çitral vilayətlərinin yerliləri aiddir. Sünnilər onları razifilər adlandırırdılar və onları müsəlman hesab etmirdilər.[7] Sincandakı əcnəbi qulların əksəriyyəti şiə taciklər idi. Regiondakı sünni türklər onlara Ğalça deyirdilər.[8] Türklər daha çox şiə qulları satın alırdı.[9]
1902-ci ilin yanvar ayında Qaşqar şəhərində rusiyalı 3 kazak zabiti və bir kuryer yerli bir uyğur fahişəsini öz masalarına dəvət etdikdən sonra böyük bir dava baş vermişdi. Bu davadan sonra regionda Rusiya əleyhinə mitinqlər keçirildi.[10][11]
Mitinqdən sonra ruslar Sarıqola əsgər göndərmişdir. Yerlilər rusların qəzanı işğal edəcəyinə inanırdı. Rus zabitlər bəyləri öz tərəflərinə çəkməyə çalışsalar da, onlar bunda uğursuz olmuşdular.[12]
Çin Xalq Respublikası
redaktə1940-cı illərdə Sincanda təxminən 9,000 tacik yaşayırdı.[13]
İli üsyanı zamanı uyğur inqilabçılar cənuba irəliləyərkən taciklərin mal-qarasını məcburi olaraq almışdılar.[14] Buna əlavə olaraq, SSRİ tərəfindən dəstəklənən uyğurlar regiondakı taciklərə və qırğızlara hücum edirdilər.[15]
Dil
redaktəÇində taciklərin dilinin yazılış forması yoxdur.[16] Onların əksəriyyəti sarıqol dilində danışırlar. Onların kiçik bir hissəsi vaxan dilində danışır.[17] Sarıqol və dilləri İran dilləri linqvistik ailəsinin bir parçasıdır.[18]
İstinadlar
redaktə- ↑ "The Tajik Ethnic Group". China.org.cn. 21 iyun 2005. 2020-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2018.
- ↑ Pam Arlund. "Research on Bilingual Phenomenon of Tajiks in Kashgar Prefecture". Language and Translation. 61 (1). 2000: 12. ISSN 1001-0823. 18 iyul 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2018.
- ↑ A Journey of Geographical and Archarological Exploration in Chinese Turkestan A Stein – 1904 – [sn] ... 15,800 feet above the sea, into Chinese territory on the Taghdumbash Pamir, using the yaks of the Sarikoli herdsmen...
- ↑ The Heart of a Continent – Younghusband – ...an encampment belonging to a Sarikoli, who very kindly asked me to have some refreshment... (pg 242)
- ↑ Olufsen, Ol. Through the Unknown Pamirs; the Second Danish Pamir Expedition 1898–99. 1904.
- ↑ Denis Krispin Tuitçett, Con Kinq Feyrbenk. The Cambridge history of China, Volume 10. Cambridge University Press. 1977. səh. 71. ISBN 0-521-21447-5. İstifadə tarixi: 3 noyabr 2018.
- ↑ Ser Tomas Duqlas Forsit. Report of a mission to Yarkund in 1873, under command of Sir T. D. Forsyth: with historical and geographical information regarding the possessions of the ameer of Yarkund. Printed at the Foreign department press. 1875. səh. 56. İstifadə tarixi: 3 noyabr 2018.
- ↑ İldiko Beller-Hann Bellér-Hann. Situating the Uyghurs between China and Central Asia. Ashgate Publishing, Ltd. 2007. səh. 20. ISBN 0-7546-7041-4. İstifadə tarixi: 3 noyabr 2018.
- ↑ Situating the Uyghurs Between China and Central Asia. Routledge. 2016. səh. 20. ISBN 1351899899. 2020-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-03.
- ↑ Pamela Naytengeyl; S.P. Skrin. Macartney at Kashgar: New Light on British, Chinese and Russian Activities in Sinkiang, 1890-1918. Taylor & Francis. 5 November 2013. 124–. ISBN 978-1-136-57616-4. 25 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 November 2018.
- ↑ Ser Klarmom Persival Skrin; Pamela Naytengeyl. Macartney at Kashgar: new light on British, Chinese and Russian activities in Sinkiang, 1890-1918. Methuen. 1973. səh. 124. 2020-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-03.
- ↑ Pamela Naytengeyl; S.P. Skrin. Macartney at Kashgar: New Light on British, Chinese and Russian Activities in Sinkiang, 1890-1918. Routledge. 5 noyabr 2013. 125–. ISBN 978-1-136-57609-6. 2020-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-03.
- ↑ Andrew D. W. Forbes. Warlords and Muslims in Chinese Central Asia: a political history of Republican Sinkiang 1911–1949. Cambridge, England: CUP Archive. 1986. səh. 6. ISBN 0-521-25514-7. İstifadə tarixi: 3 noyabr 2018.
- ↑ Eric Shipton, Jim Perrin. Eric Shipton: The Six Mountain-Travel Books. The Mountaineers Books. 1997. səh. 488. ISBN 0-89886-539-5. İstifadə tarixi: 3 noyabr 2018.
- ↑ Andrew D. W. Forbes. Warlords and Muslims in Chinese Central Asia: a political history of Republican Sinkiang 1911–1949. Kembric (İngiltərə): CUP Archive. 1986. səh. 204. ISBN 0-521-25514-7. İstifadə tarixi: 3 noyabr 2018.
- ↑ BARRY RUBIN. Guide to Islamist Movements. M.E. Sharpe. 2000. səh. 71. ISBN 0-7656-1747-1. İstifadə tarixi: 3 noyabr 2018.
- ↑ Arlund, Pamela S. An Acoustic, Historical, And Developmental Analysis Of Sarikol Tajik Diphthongs. Ph.D Dissertation. The University of Texas at Arlington. 2006. səh. 191. 2013-12-10 tarixində arxivləşdirilib.
- ↑ James Stuart Olson. An ethnohistorical dictionary of China. Greenwood Publishing Group,. 1998. səh. 319. ISBN 0-313-28853-4. İstifadə tarixi: 3 noyabr 2018.
Xarici keçidlər
redaktə- Tacik etnik azlığı — Çin hökumət saytında (ing.)