Cilexanli - Wikipedia
Çiləxanlı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd.
Tarixi Azərbaycan əraziləri | |
Qəmərli | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Qərbi Azərbaycan |
Bölgə | Gərnibasar mahalı |
Tarixi
redaktəİrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Kəndin adı erməni mənbələrində Çilixanlı, Çinaxanlı[1], "İrəvan əyalətinin icmal dəftəri"ndə Çinəxan formasında[2] qeyd edilmişdir.
Toponimi
redaktəToponim muğanlı türk tayfasından ölan çilovxanlı ("çilovxanlı" nəsil adı danışıq dilinin qanunlarına uyğunlaşdınlaraq çiləxanlı formasına düşmüşdür) nəsil adı[3] əsasında əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir[4]Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Чиләханлы // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с. XX əsrin əvvəllərinə aid mənbədə İrəvan qəzasında Çinəxanlu kimidir[5]
Coğrafiyası və iqlimi
redaktəErmənistan SSR Artaşat(Qəmərli) rayonunda Gərniçayın Araz çayına qovuşan yerində, yerləşmiş kənd.[6]
Əhalisi
redaktəKənddə qazaxlar türk tayfasından olan qafarlı tayfası[7] yaşamışdır[1] Kənddə 1831-ci ildə 237 nəfər, 1873-cü ildə 535 nəfər, 1886-cı ildə 569 nəfər, 1897-ci ildə 698 nəfər, 1904-cü ildə 752 nəfər, 1914-cü ildə 827 nəfər, 1916-cı ildə 866 nəfər azərbaycanlı yaşamışdır[8]. 1918-ci ildə azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 131 nəfər, 1926-cı ildə 220 nəfər, 1931-ci ildə 246 nəfər azərbaycanlı yaşamışdır[8]. SSRİ hökumətinin xüsusi qərarı ilə 1948–1953-cü illərdə azərbaycanlılar zorla Azərbaycana köçürülərək kənd ləğv edilmişdir. 1918-ci ildə kəndin əhalisi qovulmuşdur[9][10] 1921-ci ildən sonra bir hissəsi geri qayıtmışdır. İndi xaraba kənddir.
Əhali qırğınları
redaktə- Çiləxanlı – 1918-ci il. 900 nəfər yaşamışdır. Daşnak hökumətinin soyqırım siyasəti bu kənddə də qanlı sonluqla başa çatmışdır. Kənd Yandırılmış, uşaq, qadın, qoca namərdcəsinə oda atılmlş, Kişilər qılıncdan keçirilmişdir. Sag qalan əhali haqqında məlumat yoxdur. Ölü kənddir.[11]
Ədəbiyyat
redaktə- Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994.
- PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
- Həbib Rəhimoğlu. "Silinməz adlar, sağalmaz yaralar", Bakı, "Azərnəşr", 1997.
- B. Ə. Budaqov, Q. Ə. Qeybullayev. "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti". Bakı, "Oğuz eli", 1998.
- Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995.
İstinadlar
redaktə- ↑ 1 2 Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, "Melkonyan fond", 1932, s.50
- ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996, s.99
- ↑ Гейбуллаев Г.А. Топонимия Азербайджана (историкоэтнографическое исследование), Баку, "Элм", 1986, s.72
- ↑ "Arxivlənmiş surət". 2011-05-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-06-22.
- ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. 1913. Тифлис.
- ↑ http://www.west-land.az/index.php?mod=static&page=kendch&lang=az[ölü keçid]
- ↑ Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи, СПб, Типография императорский Академии Наук, 1852, s.535
- ↑ 1 2 Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, "Melkonyan fond", 1932, s.50–51, 130–131
- ↑ Budaqov B.Ə. Türk uluslarının yеr yaddaşı. Bakı: “Еlm”. 1994.
- ↑ Hubschmann H. . Die Altarmenische grammatik, I. Jaepzig. 1985.
- ↑ Eldar İsmayıl, "Zavallı ermənilər, yoxsa zalım ermənilər…", Bakı, 2014.