Cexiya Metbexi - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Çexiya mətbəxi (çex. Česká kuchyně) —çexlərin mətbəxi.
Haqqında
redaktəÇex mətbəxi Çexiyanın tarixi və ən’ənələrilə çox sıx bağlıdır[1]. Xörəklər köhnə slavyan reseptlərə uyğun bişirilir, və tez-tez Almaniya kimi qonşu ölkələrin tə’siri nəticəsində bir qədər dəyişdirilir[2]. Uzun müddət ərzində Çexiya Avstriya-Macarıstan hökmranlığı altında olub ki, bu da ölkənin mətbəxinə əhəmiyyətli dərəcədə tə’sir göstərib. Çexiyanın mətbəxində həmçinin Slovakiya, Alman Bavariya və ya Polşa Silesiya kimi qonşu ölkələrin də təsirini duymaq asandı. Çexiyada gündəlik qida menyusu səhər yeməyi, nahar və şam yeməyindən ibarətdir. Nahar günün əsas yeməyini təşkil edir[3]. O, masada mütləq olmalı olan şorbadan, əsas xörəkdən və desertdən ibarətdir. Hal hazırda bu ən’ənə daha az doyumlu, amma daha tez-tez qəbul edilən yeməklərlə əvəz olunur. Çex mətbəxində ən çox donuz, mal, quş əti, tərkibində çoxlu miqdarda yağ və ya qaymaq olan ətirli souslar, çörək, və dolğun ətli və ya balıqlı şorbalardan istifadə olunur. Çex süfrəsində olduqca populyar olan toyuq bulyonu və ya tomat şorbasının yanında cesnakova polevka adlanan sarımsaq şorbası, içalatdan hazırlanmış tripe – drstkova polevka şorbası və qulyaş şorbasını görmək olar. Qulyaş xüsusilə populyardır – o, ətirli, ədvalı souslarda pörtlənmiş ətdən hazırlanır. O, knedlik – çörək, maya və ya kartof qaluşkaları ilə verilir. Knedliklər kartof və ya düyünün əvəzinə istifadə olunur. Çex mətbəxində tərəvəzlər həmçinin çox sevilir, məsələn, qızardılmış gül kələmi – smazeny kvatak, kartof blinçikləri – bramboráky və ya noxud pyuresi – hrachova kase. Mazeni sır – sous və kartof qızartması ilə verilən çörək qırıntılarında qızardılan pendir də Çex mətbəxi üçün çox səciyyəvidir. Desertlərə gələndə isə, şirin knedliklərdən başqa, süfrəyə balaca piroqlar və blinçiklər – palacinki, və həmçinin içi şokoladlı və ya qozlu vaflilər və ya şirin kruassanlar qoyulur. Yalnız bu yaxında Çexlər, sağlam yemək meylin yayılması ilə bağlı, xörəklərində kifayət qədər tərəvəzlərin istifadə olunmasına fikir verməyə başladılar. İndi pomidor, xiyar və duzlu tərəvəzlərdən başqa, Çex süfrələrində yüksək qida dəyəri olan tərəvəz salatlarını görmək olar. Çex mətbəxində paxlalılar və kələm xüsusilə qiymətləndirilir. Çexiyada 500-ə yaxın pivə növləri var. Pilsner və ya Budüeiser kimi məşhur pivə evlərilə yanaşı, daha az tanınan brendlər və yerli pivə zavodları yüksək keyfiyyətli pivə istehsal edirlər. Pivə Çex ənənəsinin ayrılmaz bir hissəsidir. Nəinki pivənin qayırılması, hətta onun süzülmə və içilmə qaydaları rituala çevrilib. Bu sahənin qurmanları və mütəxəsissləri deyirlər ki, pivə yavaş-yavaş, tələsmədən süzülməlidir, çünki bundan ən vacib hesab edilən pivə köpüyün miqdarı və keyfiyyəti asılıdır.
Qalereya
redaktəİstinadlar
redaktə- ↑ Czech Foodie Map — Everything You Need to Know About Czech Cuisine Arxivləşdirilib 2017-02-03 at the Wayback Machine, Eating Europe. Retrieved 12 April 2016.
- ↑ "ČSÚ: Czechs eat less meat, drink more alcohol". Czech News Agency. The Prague Post. 5 dekabr 2013. 3 yanvar 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 yanvar 2014.
- ↑ Velinger, Jan. "Czechs pick billions worth of forest mushrooms, berries annually". Radio Prague. 24 July 2009. 22 February 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 January 2014.