Cerepaxa Adasi - Wikipedia
Çerepaxa adası — Azov dənizində yerləşən, Taqanroq təbii liimanından iki km cənunda yerləşən süni ada. Bu ada Rusiya tarixində ilk dəfə süni təməllər üzərində qurulan dəniz limanı olmuşdur. O Kronştatda digər bu tipli müdafiə tikililərinə ilham vermişdir[1].
Çerepaxa adası | |
---|---|
rus. Остров Черепаха | |
Yerləşməsi | |
47°12′01″ şm. e. 38°57′19″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Akvatoriya | |
|
Tarixi
redaktə1701–1706 illərdə limanın yaxınlığında gözətçi məntəqəsi inşa edilmişdir[2].
1702-ci ildə gözətçi məntəqəsi hazır vəziyyətə gətirilir. O oval formaya malik idi. Burada Mortir quraşdırılır. Adı "Çerepaxa" yəni tısbağa olsa da burada heç bir tısbağa yaşamır[3].
Prut sülh müqaviləsinə əsasən gözətçi məntəqəsi təməli dağıdılır. Rus-Türk müharibəsi (1735–1739) dönəmində ərazi rusların əlinə keçir. Belqrad sülh müqaviləsinə əsasən ərazi rus torpağına çevrilsə də qalanın bərpası hüququndan məhrum olur.
Taqan-Roq burnunda 1746-cı ildə rus gömrük məqtəqəsi inşa edilmişdir.
XVIII əsrin sonları Taqanroq öz hərbi-strateji əhəmiyyətini itirdi. Bu səbəbdən o yenidən bərpa edilmir. 1776-cı ildə burada müvəqqəti karatin ərazisi elan edilir.
1845-ci ildə adada mayak inşa edilmişdir. Sonradan 1894-cü ildə taxta mayak dəmir mayakla əvəzlənir. Üstəlik benzinlə işlənən fitil quraşdırılır.
Hazır ki vəziyyəti
redaktə1981-ci ilin sentyabrında Çerepaxa adasında Taqanroq Radiotexnika İnstitutunun "Barrakuda" klubunun axtarışçıları müəyyən araşdırmalar aparmışdır. Tələbələr Pyotr dönəminə aid bir çox tapntılar aşkar edirlər. Onlar arasında qəmilərdə istidadə edilən mixlar, silah hissələri və elədə böyük olmayan lövbər[4] aşkarlayırlar.
Adanın özündə müəyyən tikililərin təməlləri indidə qalır. Ada ətrafında dərinlik 2–3 metr təşkil edir. Ən dərin gəmiçilik üçün əlverişli yerdə isə dərinlik 12 metrə çatır[5].
Çəkilmə zamanı xüsusi ilə aydın hava şəraitində yaxınlıqdakı burundan dənizdə iri dəniz tısbağasını xatırladan adanı görmək olar.
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ Григорян М. Е., Решетников В. К. Таганрог. История архитектуры и градостроительства конца XVII — начала XX века. — Ростов н/Д: Омега-Принт, 2013. — С. 236–237.
- ↑ Назаренко И. В. Черепаха остров // Таганрог. Энциклопедия. — Таганрог: Антон, 2008. — С. 780. — ISBN 978-5-88040-064-5.
- ↑ Богачёв В. Очерки географии Всевеликого Войска Донского. — Новочеркасск: 1919. — С. 170.
- ↑ Sergey Nikolayeviç Emelyanov Çerepaxa adası Arxivləşdirilib 2018-03-10 at the Wayback Machine // www.proza.ru. — 2009. — 5 apr.
- ↑ Sviridenko V. "Tısbağa" adası Arxivləşdirilib 2022-04-03 at the Wayback Machine // Komsomolsksya pravda. — 2011. — 24 noyabr.