Cecen Dovlet Universiteti - Wikipedia
Çeçen Dövlət Universiteti (çeç. Нохчийн пачхьалкхан университет) — Rusiya tərkibindəki Çeçenistan Respublikasının Qroznı şəhərində klassik universitet.
Çeçen Dövlət Universiteti ЧГУ/ChStUn/ÇDU | |
---|---|
43°18′32″ şm. e. 45°42′14″ ş. u.HGYO | |
Əsası qoyulub | 1938 |
Tələbə sayı | 19.022 |
Ölkə | |
Sayt | chesu.ru |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəSSRİ dövrü
redaktəUniversitetin tarixi 7 fevral 1938 -ci ildə, Qroznı şəhərində Qroznı Müəllimlər İnstitutunun əsasının qoyulmasına vaxta təsadüf edir. İnstitutun tələbə kontingenti 120 nəfər idi. 1 sentyabr 1938-ci ildə müəllimlər institutu Çeçen-İnquş Dövlət Pedaqoji İnstitutuna çevrilmişdir. İnstitutun filologiya, tarix və fizika-riyaziyyat fakültələri var idi. İkinci Dünya müharibəsi başlayandan sonra institutun avadanlığı evakuasiya edilmişdir. Buna baxmayaraq, 1943-cü ilin ortalarında təhsil müəssisəsinin bərpasına başlanmışdır.[1]
1955-ci ildə institut üçün böyük bir tədris binası tikilmişdir. 1957-ci ildə fizika və riyaziyyat fakültəsi üçün emalatxanalar gətirilmişdir. 1956-cı ildə institut bədən tərbiyəsi fakültəsini, 1958-ci ildə ibtidai təhsilin pedaqogikası və metodikası fakültəsini, 1960-cı ildə təbiət-coğrafiya fakültəsini və 1962-ci ildə xarici dillər fakültəsini açmışdır. 1960-cı ildə instituta yeni bir ad verilmişdir: Çeçen-İnquş Dövlət Pedaqoji İnstitutu. 1960-cı illərdə institutun maddi-texniki bazası gücləndirilmişdir. Burada 632 yerlik yataqxana tikilmiş, yeni sinif otaqları və laboratoriyalar yaradılmış, elmi avadanlıqlar xeyli artırılmış və təkmilləşdirilmişdir.[1]
9 mart 1971-ci ildə institut Çeçen-İnquş Dövlət Universitetinə çevrilmişdir. Təhsil müəssisəsi Lev Tolstoyun adını almışdır. 1980-ci illərin ortalarına qədər universitetdə artıq 8 fakültə var idi. Bunlar tarix, filologiya, Roma-Almaniya filologiyası, iqtisadiyyat, fizika, riyaziyyat, coğrafiya, biologiya və kimya idi. 1990-cı ildə universitet daxilində tibb fakültəsi açılmışdır.[2]
Postsovet dövrü
redaktə1991-ci ildən universitetdə hüquq və maliyyə və iqtisadiyyat fakültələri açılmışdır. 1995-ci ilin yanvarında, Birinci Çeçenistan müharibəsi zamanı universitet binalarına ciddi ziyan dəymişdir. Təhsil binaları xarabalığa çevrilmiş, kitabxana, botanika bağı, elmi laboratoriyalar, təhsil və istehsal bazaları, kompüter mərkəzi və mətbəə dağıdılmışdır. Buna baxmayaraq, dərslər geridə qalan bir neçə otaqda davam etmişdir.[1]
28 fevral 1995-ci ildə universitetin adı Çeçen Dövlət Universiteti olaraq dəyişdirilmişdir.[3] Birinci Çeçenistan müharibəsinin bitməsindən və Çeçenistanın müstəqilliyinin elan edilməsindən sonra universitet yeni hakimiyyət orqanlarına tabe olmuşdur. Universitet Rusiyanın təhsil sahəsindən çıxarılmış və maliyyə dəstəyindən məhrum edilmişdir. Buna baxmayaraq, universitet dağılan binalarda fəaliyyətini davam etdirdi. 1997-ci ildə universitetdə aqrotexnologiya fakültəsi açılmışdır. 1997-ci ilin noyabrında Urus-Martanda Çeçenistan Dövlət Universitetinin qiyabi fakültəsi açılmışdır. Oxşar fakültələrin respublikanın Şali və Şelkov rayonlarında açılması planlaşdırılırdı.[4] 1997-ci ildə universitetdə yenidənqurma işlərinə start verilmişdir. 1998-ci ilin əvvəlinə qədər yataqxanada və universitetin iki tədris korpusunda təlim keçmək üçün binalar təmir edilmişdir. Həmin il ərzində üçüncü tədris korpusunun, eləcə də keçmiş internat məktəbinin binasının bərpası davam edirdi.[5]
1998-ci ilin iyulunda Çeçen İçkeriya Respublikası Nazirlər Kabineti Çeçen Pedaqoji İnstitutunun bağlanmasına qərar vermişdir. Pedaqoji institutun bütün maddi resursları və işçiləri Çeçen Dövlət Universitetinə köçürülmüşdür.[6] Buna baxmayaraq, pedaqoji institutun müəllimləri öz institutlarını müdafiə etmiş və institutun bağlanması həyata keçirilməmişdir.[7]
1999-cu ildə, İkinci Çeçenistan müharibəsi zamanı universitet yenidən zədələnmiş və fəaliyyəti dayandırılmışdır. Şəhərdə Rusiya hakimiyyəti bərpa edildikdən sonra, 2000-ci ilin aprelində universitet öz fəaliyyətini bərpa etmişdir. 6 may 2003-cü ildə universitet "Çeçenistan Dövlət Universiteti" Ali Peşə Təhsil Dövlət Təhsil Təşkilatı adı altında hüquqi şəxslərin vahid dövlət reyestrinə daxil edilmişdir.
İstinadlar
redaktə- ↑ 1 2 3 Магомадов С. С., Хулаев И. М. и др. Чеченский государственный университет. Грозный, 2011
- ↑ Постановлением Совета Министров СССР от 9 марта 1971 года № 156
- ↑ Постановление Госкомвуза РФ № 4745 от 28 февраля 1995 года
- ↑ Газета «Ичкерия», № 81, 20 ноября 1997 года
- ↑ Газета «Грозненский рабочий», № 1, 4 января 1998 года
- ↑ Газета «Ичкерия», № 14, июль 1998 года
- ↑ Газета «Грозненский рабочий», № 36, 3 сентября 1998 года.
Xarici keçidlər
redaktə- "Чеченский государственный университет" (rus). İstifadə tarixi: 2009-02-05.
- "Факультет математики и компьютерных технологий ЧГУ" (rus). 2013-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-08.