Caykend Semkir - Wikipedia
Çaykənd (1991-ci ilədək Barsum) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd.
Çaykənd | |
---|---|
40°38′50″ şm. e. 45°59′40″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Şəmkir rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Tarixi
redaktəAşağı Çaykənd Şəmkir rayonunun Barsum inzibati ərazi vahidində kənd. Dağ ətəyində yerləşir. XIX əsrdə bu ərazidə Gürcüstandan və Ermənistandan gəlmə ermənilər məskunlaşdıqdan sonra kəndin adı Barsum kimi rəsmiləşdirilmişdir. Hal-hazırda, əsasən Ermənistanın Qaraqoyunlu mahalının Çay-kənd kəndindən və Göyçə mahalından didərgin salınmış Azərbaycanlı ailələr burada məskunlaşmışlar[1].
Qədim tarixə malik Çaykənd kəndində elmi araşdırmalar aparmaq üçün qədimi abidələrlə zəngindir,rayon mərkəzindən uzaq və dağlıq ərazidə olmasına görə arxeoloqların nəzərini cəlb etməsə də,yaxın gələcəkdə elmə yeni töhfələrin verəcəyinə və kəndin qədim tarixinin üzə çıxmasına səbəb olacaqdır
Mədəniyyəti
redaktəKənddə klub, kitabxana fəaliyyət göstərir, 1 orta məktəb binası, tibb məntəqəsi var.
Coğrafiyası və iqlimi
redaktəŞəmkir, Daşkəsən və Gədəbəy rayonlarının sərhədində yerləşir, kənd dağlarla əhatə olunub və 3 tərəfinin də dağlarla əhatələnməsi kəndin mənzərəsinə xüsusi ahəngdarlıq qatır.
İqtisadiyyatı
redaktəƏsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
İstinadlar
redaktə- ↑ "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
Şəmkir rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |