Cavdar Tatarlari - Wikipedia
Çavdar tatarları — monqol işğalları zamanı Anadoluya gəlmiş, adını son dəfə Ankara döyüşündə Teymurun tərəfinə keçməklə eşitdirmiş köçəri tayfa.[1]
Kökənləri
redaktəKökənləri haqqında tarixi qaynaqlar mübahisəlidir. Adlarını Alınaq Noyanın oğlu Çavdar bəydən aldıqları iddia edilir. Bu versiyaya görə, Çavdar tatarları keraitdir.[2] Bir digər iddia isə adlarını 24 Oğuz boyundan biri olan Çavuldurlardan aldıqları və özlərini türkmən olduqlarıdır.
Din
redaktəİlk dinləri bilinməyir. Osmanlı ilə ilk qarşılaşdıqları və Germiyanoğulları daxilində olduqları zaman islam dininə artıq keçmişdilər.[3]
Tarixləri
redaktəÇavdar tatarları Anadoluya monqol işğalı ilə gəlmiş, Ankara və Əskişəhər arasında köçəri həyat sürmüşlərdir. Keçimlərini heyvandarlıq və yağma ilə təmin etmişdirlər. Elxanlı hakimiyyətinin Anadoluda zəifləməsiylə bəyliklərə muzdlu əsgərlik etməyə başlamışlardır. Tarixi məlumatlar Germiyanoğulları bəyliyinə bağlı olduqları dövrdə Ayzanoyidə cəmləşdiklərini göstərməkdədir.[4] Burada Bizans bölgələrinə etdikləri yağmalar qarşılığında Gemriyanoğullarından ödəmə almaqda idilər. Bu yağmalardan biri də Qaraca Hisar bazarına edilmiş, bu da Osmanlı bəyliyinin qurucusu Osman Qazinin, oğlu Orxan Qazini Çavdarların üzərinə göndərməsinə səbəb olmuşdur. Edilən Oynaş Hisarı döyüşünü Osmanlı qazanmış, Çavdaroğlu əsir düşmüşdür. Ancaq Osmanlının qonşu bəyliklərlə olan sülh siyasətinə görə bağlılıq şərtiylə Çavdarların bəyi və digər əsirlər sərbəst buraxılmışdır. Bu bəyin kim olduğu bilinməməklə bərabər, bəzi qaynaqlarda Çavdar bəyin oğlu olduğu bildirilməkdədir. Bu müharibə Orxan Qazinin ilk idarə etdiyi müharibə olmasına görə də önəmlidir.
Ankara müharibəsinə qədər Çavdar tatarları Osmanlılarla qarşılaşmamışdırlar. Bu zaman ərzində köçəri yaşamlarına davam etmişdirlər, lkin başqa qaynağa görə isə, Murad Xudavəndigar dövründə Çavdar tatarları Osmanlı mülkünü yağmalamış və bundan sonra Osmanlı Ankaranı almışdır.[5] 1402-ci ildə Teymur ordusu ilə birlikdə Ankarada İldırım Bəyazid ilə qarşılaşdığında digər türk bəylikləri və Qara tatarlar ilə birlikdə Osmnalı sıralarından Teymurun tərəfinə keçmiş və döyüşün gedişatında Osmanlı əleyhinə rol oynamışdırlar. Teymur digər Qara tatarlar ilə birlikdə Çavdar tatarlarının da böyük bir qismini yanında aparmışdır. Osmanlı dövründə bir qisim Çavdar tatarı isə Balkana köçürülmüşdür. Osmanlı Çirmən bölgəsi qeydiyyat dəftərində Çavdar tatarlarından "Karye-i Çavdar" olaraq bəhs edilmişdir.
Hal-hazırda
redaktəHal-hazırda Çavdar tatarları bir topluluq olaraq mövcud deyildir. Ancaq Anadoludakı bir necə məskunlaşma yerinin onlara aid olduğu və bəzilərinin Çavdar tatarlarından gəldikləri düşünülməkdədir. Balkanlarda tez-tez rast gəlinən Çavdar soyadının köçürülmüş Çavdar tatarları ilə əlaqəsinin olduğu düşünülür.
Türkiyə mətbuatında yeri
redaktəÇavdar tatarlarının ilk dəfə "Diriliş Ərtoğrul" adlı serialda adı çəkilmişdir. Burada Çavdar tatarları ismən tatar olaraq anılsa da, mədəniyyət baxımından digər türkmən obalarına bənzədilmişdir. Bundan əlavə, Çavdarları təmsilən qırmızı üzərinə ağ bayraqdan istifadə edilmişdir. Ancaq bu bayrağın tarixi gerçəkliyi bilinməməkdədir.
İstinadlar
redaktə- ↑ "Çavdar tatarları". bgc.org.tr. 14 iyun 2020 tarixində arxivləşdirilib.
- ↑ "İlhanlı Devletinde Kerait bir aile: Alinak Noyan ve Emir Kurmişi". sosyalarastirmalar.com. 14 iyun 2020 tarixində arxivləşdirilib.
- ↑ Aşıkpaşaoğlu Tarihi / Aşıqpaşaoğlu tarixi. Ötükən. səh. 21. ISBN 978-975-437-868-9.
- ↑ "Ayzanoyi". 13 sentyabr 2006 tarixində arxivləşdirilib.
- ↑ İslam Tarihi ve Medeniyeti / İslam tarixi və mədəniyyəti. səh. 11. ISBN 978-605-2375-49-5.