Catni - Wikipedia
Çatni - Haqqında Məlumat
Çatni — Hindistanın ənənəvi sousu. Demək olar ki, bütün yeməklərə əlavə olunur və xüsusi dad verir. Tünd dadı ilə acı olmayan yeməklərə əlavə edilir və özünün gözəl rəngi ilə iştaha açır.
Ümumi məlumat
redaktəÇatni adətən tərəvəzlərdən hazırlanır. Bəzən isə meyvələrdən də çatni hazırlayırlar. Çatninin hazırlanması uzun vaxt tələb edir. Belə ki, bütün komponentlər tamamilə həll olunub bişməlidir.
Çatni adətən şirin və dadlı olur. O iştahanı artırır və həzm sistəmini sürətləndirir. Yeməklə eyni vaxtda başqa qabda stola qoyulur və kim istəsə zövqünə uyğun olaraq yeməyinə əlavə edir. Hindistanda əsasən kokoslu, naneli, araxisli çatni daha məşhurdur.
Etimologiyası
redaktəÇatni sözünün mənası yalamaq deməkdir. Şimali və cənubi Hindistanda bu söz fərqli yazılır.
İstinad
redaktə- Адираджа дас. Ведическое кулинарное искусство. — Бхактиведанта Бук Траст, 1993. — С. 334.