Catmadag - Wikipedia
Çatmadağ — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd.
Tarixi Azərbaycan əraziləri | |
Qəmərli | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Qərbi Azərbaycan |
Bölgə | Gərnibasar mahalı |
Tarixi
redaktəİrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonu ərazisində kənd. Kəndin bir adı da Çatmadaş olmuşdur[1]. Qafqazın 5 verstlik xəritəsində Çatma formasında[2] qeyd edilmişdir. Kəndin adının ikinci komponenti dağ//daş sözləri sonralar ixtisar edilərək rəsmi sənədlərdə Çatma formasında işlədilmişdir.
Əhalisi
redaktəKənddə 1873-cü ildə 41 nəfər, 1886-cı ildə 57 nəfər, 1897-ci ildə 162 nəfər, 1904-cü ildə 51 nəfər, 1914-cü ildə 178 nəfər, 1916-cı ildə 190 nəfər yalnız azərbaycanlı yaşamışdır[3]. 1918-ci ildə azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri öz yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 29 nəfər, 1926-cı ildə 18 nəfər, 1931-ci ildə 37 nəfər azərbaycanlı yaşamışdır[3]. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-1949-cu illərdə azərbaycanlılar zorla Azərbaycana köçürülmüşdür və kənd ləğv edilmişdir.[4]
Kənddə 31 nəfər kürd yaşamışdır. Prezidentin Şəxsi Mühafizə İdarəsinin rəhbəri, general Bəylər Əyyubov bu kənddə doğulmuşdur[5].
Mənbə
redaktə- Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994.
- PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
- Həbib Rəhimoğlu. "Silinməz adlar, sağalmaz yaralar", Bakı, "Azərnəşr", 1997.
- B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti". Bakı, "Oğuz eli", 1998.
- Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995.
İstinadlar
redaktə- ↑ Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.50
- ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.281
- ↑ 1 2 Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.50-51, 130-131
- ↑ "Arxivlənmiş surət". 2011-05-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-06-22.
- ↑ [1][ölü keçid]