Cat Otagi - Wikipedia
Çat otağı və ya söhbət otağı (və bəzən qrup çatı) — əsasən sinxron konfransın istənilən formasını, bəzən hətta asinxron konfransı təsvir etmək üçün istifadə olunan termin. Beləliklə, bu termin real vaxt rejimində onlayn çat və yad insanlarla onlayn qarşılıqlı əlaqədən (məsələn, onlayn forumlar) tam immersiv qrafik sosial mühitlərə qədər istənilən texnologiyanı ifadə edə bilər.
Çat otağının əsas istifadəsi digər istifadəçilər qrupu ilə mətn vasitəsilə məlumat mübadiləsi etməkdir. Ümumiyyətlə, eyni söhbətdə birdən çox insanla söhbət etmək imkanı çat otaqlarını daha çox təkbətək ünsiyyət üçün nəzərdə tutulmuş ani mesajlaşma proqramlarından fərqləndirir. Müəyyən bir çat otağındakı istifadəçilər, ümumiyyətlə, paylaşılan internet və ya digər oxşar əlaqə vasitəsilə bağlıdırlar. Yeni texnologiya fayl mübadiləsi və veb-kameraların istifadəsinə imkan vermişdir.
Tarixi
redaktəİlk söhbət sistemi 1971-ci ildə ABŞ hökuməti tərəfindən istifadə edilmişdir. Bu, Berkli Universitetindən gənc fəlsəfə doktoru məzunu Mürrey Turoff tərəfindən hazırlanmışdır.[1]
İlk[2] xüsusi onlayn söhbət xidməti 1980-ci ildə "CompuServe CB Simulator" idi.[3] Bu, Ohayoda "CompuServe"in icraçı direktoru Aleksandr "Sendi" Trevortərəfindən yaradılmışdır. Çat otaqları AOL ilə əsas populyarlıq qazanmışdır.[4]
Oyunlarda
redaktəOyunlar tez-tez çat otaqlarında da oynanılır. Bunlar adətən oyunu keçirmək üçün otağa qoşulan IRC bot kimi xarici proses tərəfindən həyata keçirilir. Trivia sual-cavab oyunları ən çox yayılmışdır ki, "Hunt the Wumpusdur" buna nümunədir.[5]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Subramanian, Ramesh. "CSDL | IEEE Computer Society". www.computer.org. 2023-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-02.
- ↑ "CompuServe Innovator Resigns After 25 Years", The Columbus Dispatch, 11 May 1996, p. 2F
- ↑ "Wired and Inspired", The Columbus Dispatch (Business page), by Mike Pramik, 12 November 2000
- ↑ "This Week in History: Man caught on tracks is killed". 2023-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-02.
- ↑ "INTERESTING IDEA !". alt.irc. 28 July 1991. 27 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 March 2015.
Xarici keçidlər
redaktə- The Psychology of Cyberspace (2006)—E-book exploring the psychological aspects of online environments by Dr. John Suler, Rider University
- Woolley, David R. "PLATO: The Emergence of Online Community". Matrix News. January 1994. September 4, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 16, 2012.